Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

“Şamaxı” Füzuli Məmmədovun “Karvan Yevlax”ını darmadağın etdi

“Şamaxı” Füzuli Məmmədovun “Karvan Yevlax”ını darmadağın etdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Karvan-Yevlax - Şamaxı 0:3 (0:0)
1. Kamran İbrahimov - 3,0
4. Olavale Doyeni - 4,5
32. Elvin Yunuszadə - 4,0
(42. İbrahim Qədirzadə, 69) - 3,5
3. Said İranxan - 4,5
2. Şakil Sno - 4,5
37. Mois Nqvisani - 4,5
11. Kayl Spens - 4,0
19. Tompson Qavi - 5,0
(12. Vitor Roşa, 74) - 3,0
10. Samuel Durrant - 5,0
14. Uğur Cahangirov - 5,5
7. Araz Abdullayev (k) - 5,0
Ehtiyat oyunçular
99. Pedro Mateuş
25. Əmrah Bulud
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
77. Əli Abdullayev
5. Nika Çaçaşvili
21. İmani Barker
Məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Əli Abdullayev
1. Rikardo Fernandes - 6,0
82. Rüfət Abbasov - 6,5
(24. Sənan Muradlı, 90) - qiymətsiz
4. Sezar Enrike - 5,5
44. David Santos - 6,0
3. Vladislav Veremeyev - 5,5
5. Arsen Ağcabəyov (k) - 6,0
97. Oruc Məmmədov - 7,0
(21. Bilal İsmayılov, 86) - qiymətsiz
8. Alfons Msanqa - 5,5
(7. Edqar Adilxanov, 81) - qiymətsiz
13. Rikardo Apolinario - 5,5
11. Dioqo Balau - 7,5
9. Karim Rossi - 6,5
(90. Davud Mənsumov, 86) - qiymətsiz
Ehtiyat oyunçular
62. Abdulla Seydəhmədov
99. Səlim Həşimov
17. Rafael Məhərrəmli
80. Həbib İsmayılov
77. Nihat Mehralıyev
6. Antanio Lara
19. Abdullahi Şuaybu
Məşqçi: Elnur Çodarov
Komandanın ən yaxşısı: Dioqo Balau
Qollar: O.Məmmədov, 59 (0:1, R.Abbasov). K.Rossi, 70 (0:2, D.Balau). D.Balau, 82 (0:3, O.Məmmədov).
Vərəqələr: A.Msanqa, 31 (qeyri-idman hərəkəti). E.Yunuszadə, 41 (qeyri-idman hərəkəti). Ş.Sno, 63 (qeyri-idman hərəkəti). V.Veremeyev, 90 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: CAVİD CƏLİLOV, Namiq Hüseynov, Kamran Bayramov, Nicat İsmayıllı (hamısı Bakı).
VAR hakimi: Rəşad Əhmədov (Mingəçevir)
VAR hakiminin köməkçisi: Emin Əliyev (Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Azər Əsgərov (Bakı).
7 dekabr. Yevlax. Şəhər stadionu. 2000 tamaşaçı (6000 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olundu.
Oyunun qiyməti: 5,5.
Füzuli Məmmədovun gəlişindən sonra “Karvan-Yevlax” ilk iki oyunu “Qarabağ”a qarşı keçirmiş, həmin məğlubiyyətləri publika adi hadisə kimi qarşılamışdı. “Qarabağ”a bu ölkədə kim uduzmur ki?! Bu mənada “Şamaxı” “Karvan-Yevlax”ın “dişinə görə” rəqib idi. Həm də oyun Yevlaxda keçirilirdi.

Birinci hissə qarşılıqlı hücumlarla başladı. İlk təhlükəli vəziyyəti qonaqlar yaratdı. 5-ci dəqiqədə Arsenin zərbəsi qapıya çatmamış Elvinə dəyərək meydanı tərk etdi. Qonaqlar təzyiqi getdikcə artırırdı. 3 dəqiqə sonra Balau cərimə zərbəsindən sonra qarışıqlıqda qapıya zərbə endirməyə macal tapdı. Yaxşı da zərbə vurdu, amma top dirəyin azacıq yanından keçdi. 18-ci dəqiqədə isə “Karvan-Yevlax” qola çox yaxın oldu. Meydan sahibləri yaxşı əks-hücuma çıxdı. Uğur cinahla irəlilədi. Sezarla çiyin-çiyinə mübarizədən qalib ayrılan futbolçu qapı qarşısına ötürmə də verdi. Amma Spens boş qapıya düşə bilmədi. Açığı, bu topu qapıdan keçirməmək daha çətin idi, nəinki keçirmək. İlk hissənin sonrakı dəqiqələrində sakitlik oldu. Tərəflər sanki ilk 20 dəqiqədə hücum edib yoruldular. Bu üzdən komandaların fasiləyə qolsuz bərabərliklə yollanması təəccüb doğurmadı.
“Şamaxı” 2-ci hissəyə qolla başladı. 59-cu dəqiqədə Rüfətin asmasından sonra Oruc topu qapıdan keçirməyi bacardı. Müdafiələr hara baxırdı, qapıçı Kamran niyə əvvəl topa çıxmaq istədi, sonra tərəddüd etdi? Yəqin ki, bu suallar indi Füzuli Məmmədovu da düşündürür.
70-ci dəqiqədə “şirlər” rəqibi əks-hücumda yaxaladı və oyunun taleyini həll etdi. Rossi cərimə meydançasına yaxınlaşanda ləngisə də, Balauya ötürmə verə bildi. Balau isə topu saxlamadan Rossiyə qaytardı, o bir toxunuşla topu qapıdan keçirdi. “Karvan-Yevlax” bu qoldan sonra tam ruhdan düşdü.
82-ci dəqiqədə daha bir qol vuruldu. Balaunun təxminən 25 metrdən qapıya zərbəsi Kamranın üzərinə gedirdi. Kamran isə topu yumruqları ilə çıxarmaq əvəzinə baxımlı seyv etmək istədi. Lakin top birbaşa qapıya daxil oldu. Belədə Balau “ayın qolu” seçilə biləcək qola imza atdı.
83-cü dəqiqədə Kinqs şansını yoxladı, amma Rikardo belə zərbələri buraxacaq qapıçı olmadığını göstərdi. Beləliklə, “Karvan-Yevlax” yenə də məğlub oldu, “Şamaxı” isə bu qələbə sayəsində xalını 17-ə çatdırdı. Maraqlıdı ki, komanda “Şamaxı” adlanandan sonra ilk dəfə səfərdə 3 top fərqi ilə qələbə qazandı. Ən böyükhesablı qələbə də bu mövsüm olub. “Şirlər” Şamaxıda elə “Karvan-Yevlax”ı eyni hesabla məğlub edib.
Gözdən qaçmadı
* Cəza səbəbindən oyunu buraxan Vadim Abdullayev matçı “skayboks”dan izləyirdi, futbolçulara təlimat verirdi. Hətta mübahisəli epizodalarda yanında oturan hakim-inspektor Ramil Diniyevə etirazını bildirirdi.
* 3-cü qol buraxılandan sonra tamaşaçıların böyük qismi getdi.
Qalan tamaşaçılar isə “Şamaxı”ya dəstək olurdu, hətta oyundan sonra hər birini alqışladılar.
* Füzuli Məmmədov azarkeşlərə “səbrli olun” dedi.
MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:369
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Dekabr 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri