Icma.az
close
up
RU
Şamaxı rayonunun Mədəniyyət Mərkəzində QHT tədbirləri başa vurdu FOTOLAR

Şamaxı rayonunun Mədəniyyət Mərkəzində QHT tədbirləri başa vurdu FOTOLAR

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyi 01.05.2026-ci il və 15.08.2026-ci il tarixləri əhatə edən “Maddi-mədəni abidələrimizin turizm potensialının təşviqi” layihəsini Şəki, İsmayıllı, Şamaxı rayonlarında həyata keçirdi. Şəki Şəhər 12 saylı Tam Orta Məktəbin böyük zalında, İsmayıllı Rayon, Uşaq və Ailələrə Dəstək Mərkəzinin iclas zalında və Şamaxı Şəhər Mədəniyyət Mərkəzində altı tədbirdən ibarət olan layihəyə, 140 nəfər benefisiar cəlb olunmuşdur.

Tədbirlərdə Azərbaycanın Dövlət Himni oxunduqdan və Ümummilli Liderimiz Heydər Əliyevin, eyni zamanda cəmi şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, «Zirvə» mədəniyyət və incəsənət ictimai birliyinin sədri Şahin Qədirov, “Maddi-mədəni abidələrimizin turizm potensialının təşviqi” layihəsini dəstəklədiyi üçün, Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi heyətinə minnətdarlığını bildirdi. Təşkilatın sədri və layihənin koordinatoru layihə haqqında məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bir yumruq kimi birləşərək, rəşadətli Azərbaycan ordusunun əzmi ilə 30 illik işğala son qoyulması, 2023-cü ildə aparılan antiterror əməliyyatı, ölkəmizdə, xüsusən işğaldan azad olunmuş torpaqlarımızda aparılan tikinti-quruculuq işləri barədə, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarında mərhələlərlə yeni yaşayış bina və evlərdə məskunlaşdırılmasından ətraflı məlumat verdi. Sonra, ölkəmizin turizm potensialından söhbət açaraq, hər il vətənimizə təşrif buyuran çoxsaylı turistlərlə bölgələrimizdə təmasda olan yerli insanlarımızın turizm bilgilərininin artırılmasının vacibliyini xüsusi vurğulayaraq, bu istiqamətdə maarifləndirmə işinin təşkilində aidiyyatı dövlət, özəl və ictimai qurumların birgə fəaliyyət göstərmələri üçün qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən ətraflı çıxış etdi.O, bildirdi ki, ölkəmizi, maddi-mədəni, tarixi mədəniyyət və incəsənət abidələrimizi dünyada tanıtmaq üçün, vətənimizə maraq göstərən əcnəbi turistlər arasında məqsədyönlü təbliğat işinin düzgün təşkili daha əhəmiyyətli olardı.Ekspertlər, tədbirlərdə iştirak edən rəsmi şəxslər çıxış üçün söz alaraq, turizm əhəmiyyətli, yüksək maddi-mədəni, tarixi abidələrlə zəngin olan bölgələrimizdə fəaliyyət göstərən rəsmi və özəl qurumlarla bərabər, yerli əhalinin də, turizm üzərindən maddi-mədəni abidələrimizin təşviqinə səfərbər edilməsinin vacibliyini xüsusi olaraq vurğuladılar. Eyni zamanda bildirdilər ki, “Maddi-mədəni abidələrimizin turizm potensialının təşviqi” layihəsinin qarşıya qoyduğu hədəflər turizmlə bərabər,eyni zamanda vətənimiz, tariximiz, maddi-mədəni mədəniyyət və incəsənət abidələrimizin dünya mədəni irsinin ayrılmaz bir hissəsinə aid olduğunu dünyanın sivil insanlarının diqqətinə çatdırmaqdan ibarətdir. Xüsusi olaraq bildirildi ki, bu gün də Azərbaycan xalqı öz ulu babalarının mədəni irsinə sadiq qalaraq, mədəniyyət və incəsənətin bütün sahələrində xaruqələr yaradır. Bədii sənətin dili kəskin, ömrü uzun olur, deyilənlər unudulur, yaradılanlar, yazılanlar xalqın mənəvi, mədəni tarixinə əbədi olaraq həkk olunur.Düşmən işğal altında uzun illər saxladığı, qarət etdiyi torpaqlarımızı ona görə özününküləşdirə bilmədi ki, ulularımız, ata-babalarımız Vətən torpağının hər qarışını mədəniyyət məbədinə çevirmişlər. Bu səbəbdən əsrlərdir hər dövrün düşmənindən xalqımızı, dövlətimizi qoruyan maddi-mədəni, tarixi abidələrimiz bundan sonra da öz missiyasını davam etdirəcək, yetər ki, mədəni irsimizə bundan sonra da, xüsusi qayğıyla yanaşaq deyə vurğuladılar.

Tədbirlərdə hədəf qruplarının turizm üzərindən maddi-mədəni irsimiz mövzusunda müzakirələrinin, birgə fəaliyyətlərinin təşkili, seminar və dəyirmi masaların keçirilməsi üçün ictimai birliklər, icmalar, dövlət müəssisələri arasında mütəmadi dialoq qurmaq məqsədilə internet üzərindən əlaqələndirici şəbəkələrin yaradılması, diqqətdən kənarda qalan tarixi, maddi-mədəni irsimizi əhatə edən kataloqların, kitabların nəşri, tərcüməsi və s. mövzuları əhatə edən maraqlı təklif və çıxışlardan sonra, yerli incəsənət xadimlərinin ifasında aşıq və lirik nəğmələr tədbir iştirakçılarının zövqünü oxşadı. Benefisiarları narahat edən bütün suallara aydınlıq gətirildi.

Yerlərdə rəsmi şəxslər, ziyalılar gələn qonaqlara minnətdarlıqlarını çatdırmaqla bərabər, bu cür tədbirlərin yerli əhali arasında mütəmadi təşkilinin əhəmiyyətinə toxunaraq, belə maarifləndirici tədbirlərin onların maddi-mədəni, tarixi irsimizin qorunmasına, təbliğinə səfərbər olunmalarına təkan olacağına əmin olduqlarını bildirdirdilər.

Maddi-mədəni abidələrimizin turizm potensialının təşviqi mövzusunda yaradılmış qruplar, səhifələr vasitəsilə 30 000 nəfərdən çox yerli əhali bu layihədən xəbərdar olmuş, diqqətdən kənar qalan, yeni aşkarlanan maddi-mədəni irsimizlə tanış olmuş, dolayı yolla maariflənmişlər.

Dəftərxana ləvazimatları, papkalar paylanmış tədbirlər, çay, şirniyyat süfrəsilə yekunlaşdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri