Şamaxı stadionunda yeni işıqlandırma: işlər nə vaxt tamamlanacaq? “Şirlər”dən ə AÇIQLAMA
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Futbol üzrə Misli Premyer Liqasının növbəti oyunlarına hazırlaşan “Şamaxı”nın ev oyunlarını keçirdiyi şəhər stadionunda işıqlandırma sisteminin quraşdırılması ilə bağlı son vəziyyət məlum olub.
“Şirlər”in sözçüsü Yusif Hüseynin İdman.Biz-ə verdiyi məlumata görə, arena boyunca işıqlandırma prosesinə artıq start verilib.
“Bəli, işıqlandırma prosesi başlayıb və işlər davam edir. Bu, kifayət qədər böyük prosesdir. Kabellər çəkilməli, stadion boyunca quraşdırılacaq dirəklər isə xaricdən gətirilməlidir. Bu səbəbdən işlərin nə vaxt yekunlaşacağını dəqiq demək mümkün deyil. Amma proses sürətlə davam edir”, - deyə o açıqlamasında bildirib.
Qeyd edək ki, sentyabrın 20-də Misli Premyer Liqasının altıncı turunda “Şamaxı” “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüş Şamaxı şəhər stadionunda saat 16:30-da baş tutacaq. “Şamaxı” altı xalla turnir cədvəlinin yeddinci pilləsində yer alıb. İki xala malik “Araz-Naxçıvan” isə on birincidir.
Baxış sayı:96
Bu xəbər 19 Sentyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















