Icma.az
close
up
RU
Menu

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

London konsertinə hazırlıq başladı

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

Payızda bağda görülən 6 iş

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

“Şamaxı” sürpriz arzusunda, “Neftçi” qələbə axtarışında

“Şamaxı” sürpriz arzusunda, “Neftçi” qələbə axtarışında

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

İlk gündə “Karvan-Yevlax” Şamaxıda “Turan Tovuz”la münasibətlərinə aydınlıq gətirəcək. Digər matçda “Kəpəz” “İmişli”nin müqavimətini qırmağa çalışacaq.

Karvan-Yevlax – Turan Tovuz
6 turdur qələbə qazana bilməyən Yevlax təmsilçisi “qara zolaq”dan çıxmaq arzusundadır. Ötən tur “Sumqayıt” səfərində 1:4 hesabıyla uduzan “Karvan-Yevlax”da oyun sarıdan problemlər çoxdur. Komanda müdafiədə etibarsızdır, hücumda “diş göstərə” bilmir. Bir-iki oyunçunun fərdi ustalığı hesabına fərq yaratmağa çalışan yevlaxlıların cəhdləri uğursuz olur. Fiziki baxımdan axsayan hücum oyunçuları möhkəm müdafiəçilər qarşısında aciz qalır.

Ötən turda “Qarabağ”a məğlub olaraq birinci pillədəki yerini itirən “Turan Tovuz” görüşün favoritidir. Kurban Berdıyevin komandası daha sağlam, müdafiədə etibarlı, hücumda isə kəsərlidir. Son 3 oyunda 7 qol vuran tovuzlular yavaş-yavaş formaya düşür. Liderlə fərqin açılmasını istəməyən tovuzluların autsayder qarşısında xal itirmək ehtimalı aşağıdır.

Kəpəz – İmişli
İlk qələbəsini VIII turda qazanan “Kəpəz”də atmosfer yaxşıdır. Azər Bağırovun gəlişindən sonra komandada canlanma yaranıb. Ötən turda “Şamaxı”ya səfərdə 4 qol vuran gəncəlilər bu günün də favoritidir. “İmişli” müdafiədə kompakt oynayan, əsas silahı əks-hücumlar olan kollektivdir. “Kəpəz”in sıx qapanan müdafiə xəttinə qarşı hansı taktikadan istifadə edəcəyi maraqla gözlənilir.

3 xalı olan “Kəpəz” autsayder zolağından çıxmaq üçün mütləq qələbəyə ehtiyac duyur. Xal itkisi komandada yenidən atmosferi korlaya bilər. Bağırovun gəlişi ilə azarkeşlərin də ümidləri artıb və qazanılacaq üç xal münasibətləri daha xoş edəcək.

Araz-Naxçıvan – Sabah
“Liv Bona Dea Arena”nın təmirə bağlanması səbəbindən ev oyununu rəqibinin meydançasında keçirəcək “Araz-Naxçıvan” son turlarda yaxşı oyunu ilə diqqət çəkir. “Neftçi” səfərində geridüşsə də, bir xal qazanan naxçıvanlılar çempionatda sürətli hücum xəttinə sahib 2-3 komandadan biridir. “Araz-Naxçıvan”da hücum xəttində Simakala, Felipe Santos rəqib müdafiəçiləri təzyiq altında saxlayır, onları səhvə məcbur edir. Son oyunlarda yaxşı təsir bağışlayan “Sabah” üçün güc sınağıməhz bu rəqibə qarşı olacaq.

“Sabah” ardıcık iki oyundur, qələbə qazanır. Avrokuboklara vəsiqə yolunda əsas rəqibləri “Turan Tovuz”, “Zirə”ni məğlub etməyi bacaran “bayquşlar”da növbəti “qurban” hədəfi “Araz-Naxçıvan”dır. Dambrauskasın yetirmələri qələbə sayəsində naxçıvanlıları iki xal üstələyə bilər. Üstəlik, komandanın ehtiyatda bir oyunu daha var və bugünkü matç xal fərqinin artması baxımdan daha əhəmiyyətli olacaq.

Zirə – Sumqayıt
“Sabah”la matçda (0:3) mövsümün ən pis oyununu sərgiləyən “Zirə” il məğlubiyyətini də yaşadı. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivdə itkilər çoxdur. Zədəlilərin artması, hücumdakı itkilər oyun planına təsir edən əsas amillərdəndir. “Sumqayıt”la oyunlarda daha üstün tərəf olan “Zirə”nin bu tər qələbəsi ehtimal edilir. Turnir cədvəlində 6-cı sıraya geriləyən “qartallar” qələbə sayəsində məhz “kimyaçılar”ı da arxada qoyacaq.

Ötən tur “Karvan-Yevlax”la matçda inamlı qələbəyə sevinən “Sumqayıt” üçün güc sınağı məhz bu turun “Zirə” səfəri olacaq. Bu mövsüm “Qarabağ”a səfərdə qalib gəlməyi bacaran “kimyaçılar” əks-hücumlarda yaxşı oynamağı bacaran komandalardandır. Baş məşqçi Saşa İliçin üstünlüyü məhz bu taktikaya verəcəyi ehtimal edilir.

Qəbələ – Neftçi
Mövsümün ən baxımlı futbolunu oynayan komandalar sırasında olan “Qəbələ” və “Neftçi” münasibətlərinə Qəbələdə aydınlıq gətirəcək. Hər iki kollektiv yaxşı mövsüm keçirmir və bu matç onlar üçün dönüş oyunu kimidir. “Qəbələ”də əsas problem təcrübəsizlik və gənc oyunçuların keyfiyyət problemidir. Hər oyun qol vuran, ancaq üstünüyünü qoruya bilməyən “Qəbələ” azarkeşləri önündə yaxşı nəticəyə ümid edir.

“Neftçi” isə oyun baxımından pis təsir bağışlamır. Lakin əsas tablodur və komanda 8 tura 9 xal qazanıb. Liderdən, avrokuboklara vəsiqə verən yerlərdən hər tur bir addım da uzaqlaşan “Neftçi” Qəbələ səfərində favoritdir. Avrokuboklara vəsiqə mübarizəsində olan “Sabah” və “Araz-Naxçıvan”ın bu turda üz-üzə gəlməsi “ağ-qaralar” üçün şansdır. Hücum xəttini Vensan Abubakarla dolduran “Neftçi”dən gözləntilər yüksəkdir və “Qəbələ”yə məğlubiyyət yenidən klubda “suları bulandıracaq”.

Qarabağ – Şamaxı
Çempionlar Liqasında “Atletik” səfərindən xalsız dönəm “Qarabağ”ın Premyer Liqada xal itirəcəyi ehtimal edilmir. Ehtiyat qüvvəsi belə “Şamaxı”ya qalib gəlmək gücündə olan “atlılar”da bəzi futbolçuların istirahət edəcəyi gözlənilir. Təxminən 10 gün sonra “Çelsi”yə qarşı oyun var və hər oyunçunun ağlında indiki məqamda məhz bu matçdır. Çempionlar Liqası kimi turnirdən çıxıb liqaya dönmək “atlılar” üçün motivasiya baxımından daha çətindir.

“Şamaxı”nın isə ötən tur “Kəpəz”ə böyük hesabla uduzması təəccübə səbəb oldu. İlk böyük hesablı məğlubiyyətdən sonra baş məşqçi Ayxan Abbasovla bağlı narazılıq ortaya çıxıb. Milliyə də təyinat alan baş məşqçinin iki işin öhdəsindən gələ bilməyəcəyi bildirilir. DÇ-2026-nın seçmə mərhələsindəki məğlubiyyətlər, ardınca “Kəpəz”ə uduzmaq Abbasovun da “qanını qaraldıb”. Abbasov üçün durumu düzəltmək üçün ən ideal oyun məhz budur. “Qarabağ”ın daha əvvəl çempionatda gözlənilməz məğlubiyyətləri olub. “Şamaxı”nın bunu bacaracaq potensialda olub-olmaması ayrı mövzudur. “Qarabağ” kimi rəqibə qarış hər xırda imkanı belə maksimum dəyərləndirməlisən. “Şirlər” bunu bacarsa, “Sumqayıt”dan sonra bu mövsüm “atlılar”a ev məğlubiyyəti yaşadacaq ikinci kollektiv ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Oktyabr 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see338

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see224

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see224

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see213

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see210

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see204

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see195

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see194

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see190

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see190

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see172

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see169

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see168

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see164

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see162

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see160

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see159

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri