Icma.az
close
up
RU
Şamaxıda diplomu olanlar da iş tapa bilmir

Şamaxıda diplomu olanlar da iş tapa bilmir

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şamaxı rayonunda işsizliklə bağlı ciddi problem yaşanır. Rayon sakinləri müvafiq sahələr üzrə təhsil alsalar da iş tapa bilmədiklərini deyirlər.

Gununsesi.info-ya müraciət edən Şamaxı rayonunun Əngərəxan kəndinin sakini Dostuxanım İslamova da iki təhsilli övladına iş tapa bilmədiyini deyir:

“Kasıb ailəyik, övladlarımızı zülmlə böyütmüşük. Övladlarımın babası Böyük Vətən Müharibəsi veteran olub. Onun qardaşı isə həmin müharibədə itkin düşüb. Mən 65 yaşımın tamam olması ilə əlaqədar olaraq pensiyaya çıxmışam.

İki övladımın diplomu ola-ola iş tapa bilmirlər. Onların işi ilə əlaqədar Dağlıq Şirvan Regional Təhsil İdarəsində olmuşuq. İdarənin müdiri Məsud Babayev və məsul işçisi Babalar Ağayev qəbuluna getmişik. Şəhid ailəsi və qazi olmaya-olmaya insanları işə götürüblər”.

Mənim övladlarımı isə texniki işçi kimi belə götürmürlər. Sonuncu dəfə Babalar Ağayevin qəbulunda olanda mənə kobud surətdə cavab verdi. Özünə arxayın şəkildə “get, kimə, hara istəyirsən şikayət elə” dedi”.

Dostuxanım İslamova, həmçinin qeyd edir ki, Əngərəxan kəndində orta məktəb və uşaq bağçası fəaliyyət göstərir. Lakin onun təhsil almış iki övladına iş tapılmır: “Maraqlanmışıq, həm məktəbdə, həm də uşaq bağçasında iş yerləri var. Həmin iş yerlərinə xeyli insan götürülüb. Bizə isə yox deyirlər”.

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinə müraciət etdik.

İdarənin məsul işçisi Babalar Ağayev bizə bildirdi ki, onlar texniki işçi heyətinin işə qəbul məsələləri ilə məşğul olurlar:

“Bu prosesi müəssisə rəhbərinin məktubuna əsasən araşdırırıq. Dövlətin tapşırığına əsasən, əvvəlcə Qarabağ müharibəsində şəhid olmuş şəxslərin ailələri ilə bağlı məsələlərə baxılır, sonra müharibə zamanı yaralanmış insanların ailələri, daha sonra isə müharibə iştirakçıları işə qəbul edilir. Nəhayət, az təminatlı ailələrə yer ayrılır. Yəni, işə qəbul qaydası bu növbəlilik prinsipi ilə həyata keçirilir. Bu qayda dəyişməzdir.

Biz vətəndaşlara verilən məlumatların məsuliyyətini yaxşı başa düşürük və hər bir vətəndaşa ətraflı şəkildə proseslər izah edilmişdir. Varislik prinsipi nəzərə alınmır.

Bizdə əsas məsələ diplom deyil, qeyd etdiyim şərtlərin olmasıdır. Diplomla işə qəbul olmaq üçün bütün sahələrdə imtahanlar keçirilir. Bizim xəbərimiz olmadan belə imtahanlardan keçərək əmrlə işə qəbul olunan çox sayda işçi olmuşdur. Biz yalnız verilən əmrləri icra edirik. Əgər şəxs diplomunu təqdim edirsə, həmin sahəyə uyğun imtahanları keçərək işlə təmin oluna bilər. Bizim vəzifəmiz yalnız verilən qaydaları yerinə yetirməkdir.

Biz yalnız texniki işçilərin işə qəbulunu həyata keçiririk. Bütün proses qanun çərçivəsində baş tutur. Təhsil sektoru çərçivəsində biz kiçik xidmət işçilərinin işlə təmin olunmasına cavabdehik. Bu işlərdə xüsusi təhsil tələb olunmur. Digər işlər isə müsabiqə yolu ilə həyata keçirilir və müsabiqədən uğurla keçənlər işlə təmin olunur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Aprel 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri