Icma.az
close
up
RU
Şamaxıda film kimi dələduzluq KOMBAYN ALMAQ İSTƏDİ, 10 MİN MANATINDAN OLDU

Şamaxıda film kimi dələduzluq KOMBAYN ALMAQ İSTƏDİ, 10 MİN MANATINDAN OLDU

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Şamaxı rayonu, Quşçu kənd sakini Həmidov Heydər Abgül oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:

"Cənab Nazir!

Mən, Həmidov Heydər Abgül oğlu, övladım Həmidov Məhərrəm Heydər oğlu ilə kombayn almaq qərarına gəldik. Bununla bağlı bir-iki araşdırma apardıq və bizə Bərdə şəhərində yerləşən "Aqrotexnika-1961" MMC-nin direktoru Əliyev Cahid Səlim oğlunun əlaqə nömrələrini verərək, onunla əlaqə saxlaya biləcəyimizi bildirdilər. Əlaqə saxladıq, o, məhsullarını göstərmək üçün bizi Əli Bayramlıya (Şirvan) kombayn və traktorlar satılan yerə apardı. Traktor və kombaynların ona məxsus olduğunu və hansını istəsək yoxlayıb ala biləcəyimizi bildirdi. Biz də NOVA -340 markalı texnikanı sürüb yoxlayıb bəyəndik.

Əliyev Cahid Səlim oğlu bizi Kürdəmir rayon ASAN Xidmət mərkəzinə dəvət etdi və aramızda 17 aprel 2023- cü il tarixində 11 saylı müqavilə imzalandı. Müqaviləyə görə, ümumi dəyəri 90 000 (doxsan min ) manat olan kənd təsərrüfatı texnikası -  taxıl yığan kombayn “NOVA” - 340 markalı texnika üçün ilkin 10 000 (on min) manat ödəniş mənim tərəfimdən icra olunmaqla, texnika on gün müddətində mənə verilməliydi. Mən 10 000 manatı Əliyev Cahid Səlim oğlunun kart hesabına ödədim. Vaxt bitdikdən sonra həmin şəxslə əlaqə saxlayanda o bildirdi ki, həmin kombayn Şirvan şəhərindədir, gəlib əmlaka qabaqcadan baxmalısınız. Sonradan bizə məlum oldu ki, onlar dələduz dəstə imiş. Saxta VÖEN açaraq özlərini şirkət kimi təqdim etmiş, bizi aldadaraq Şirvan şəhərində kombayn satılan yerə aparmış və bizə bir-iki kombayn göstərmişdir.

Polisə müraciət etdik. Hazırda işimizə Ağcabədi rayonunda baxılır. 9 aydır dələduz şəxs hələ də həbs olunmayıb.

Cənab Nazir!

Sizdən xahiş edirik, işimizin tez yekunlaşması və bizə dəyən zərərin ödənilməsi üçün göstəriş verəsiniz". 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 İyul 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see272

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see215

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see188

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see171

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see160

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see145

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see141

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see139

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see138

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see138

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri