Şamaxıda ikigünlük Üzüm və Şərab Festivalı başa çatdı FOTOLAR
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
Şamaxıda Üzüm və Şərab Festivalı sentyabrın 20-də işini davam etdirib.
Demokrat.az xəbər verir ki, Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində baş tutan festivalda müxtəlif şərab brendləri öz pavilyonları ilə təmsil olunublar.
Qonaqlar pavilyonları gəzib, müxtəlif növ üzümçülük və şərabçılıq məhsullarının dadına baxmaq imkanı qazanıblar.
Üzümçülük və şərabçılıq ənənələri ilə tanış olan ziyarətçilər müxtəlif əyləncə və şou proqramlara da qoşulublar.
Əyləncə dolu gün ərzində qonaqlar “Avroviziya” təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva, eləcə də DJ Kamonun çıxışlarını izləyiblər.
Gün ərzində müxtəlif yaş qrupları üçün əyləncəli fəaliyyətlər festival proqramına xüsusi rəng qatıb. Ziyarətçilər müxtəlif müsabiqə və viktorinalarda iştirak edib.
Təşkilat Komitəsi tərəfindən festivalda təmsil olunan təşkilatlara sertifikatlar təqdim olunub.
Festivalın balaca qonaqları da yaddan çıxmayıb. Tədbir məkanında uşaq əyləncə zonası, balacalar üçün interaktiv proqram, animatorlar təşkil edilib.
Xatırladaq ki, festival Şamaxı Rayon İcra Hakimiyyəti, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə keçirilib.
Festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Şamaxıda Üzüm və Şərab Festivalı start götürür Fotolar
13 Sentyabr 2025 17:00
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Video
27 Avqust 2025 18:11
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı Qonaqları zəngin proqram gözləyir
20 Avqust 2025 15:15
Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb
21 Sentyabr 2026 00:31
Sabah Üzüm və Şərab Festivalı başlayır Video
18 Sentyabr 2026 12:48
Baxış sayı:107
Bu xəbər 20 Sentyabr 2026 23:12 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları