Icma.az
close
up
RU
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı Qonaqları zəngin proqram gözləyir

Şamaxıda növbəti Üzüm və Şərab Festivalı Qonaqları zəngin proqram gözləyir

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

3–14 sentyabr tarixlərində Şamaxı şəhərində növbəti Üzüm və Şərab Festivalı baş tutacaq. Tədbir Meysəri kəndində yerləşən "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi ərazisində keçiriləcək. Festivalda 24 şərab brendi təmsil olunacaq.


Festivalın məqsədi

İki gün davam edəcək festivalın əsas məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin, həmçinin bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Festival həm də şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq və məhsullarını geniş auditoriyaya tanıtmaq üçün mühüm platforma rolunu oynayacaq.

Festival iştirakçılarını gözləyən yeniliklər

Bu il keçiriləcək festival çərçivəsində üzüm istehsalı, şərabçılıq və ölkənin turizm potensialı ilə bağlı hər gün üçün fərqli maarifləndirici və əyləncəli tədbirlər təşkil olunacaq.

Festival ərazisində ziyarətçilər üçün sərgi, əyləncə və müxtəlif master-klas zonaları, eləcə də məşhur restoranların pavilyonları fəaliyyət göstərəcək. Qonaqlar yerli və xarici istehsalçıların şərab məhsullarını dequstasiya etmək, bəyəndikləri məhsulları ən sərfəli zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak etmək və şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanacaqlar.

Eyni zamanda ziyarətçilər festival günlərində maraqlı şou proqramlarda da iştirak edə biləcəklər. Festival üzümçülük və şərabçılıq sahəsində həm peşəkarlar, həm də bu sahəyə marağı olan şəxslər üçün unudulmaz təcrübə vəd edir.

İştirakçılar üçün nəqliyyat xidməti də təşkil olunacaq.

Üzüm və Şərab Festivalına öz şəxsi nəqliyyat vasitəsi ilə getmək istəyənlər üçün biletin qiyməti 20 manat, xüsusi ayrılmış avtobuslarla getmək istəyən şəxslər üçün isə 40 manatdır. Biletləri "İticket.az” saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Üzüm və Şərab Festivalı üçün xüsusi ayrılmış avtobuslar Heydər Əliyev Mərkəzinin dayanacağından 13 sentyabr saat 11:30-da yola düşəcək.

Şamaxıdan Bakıya geri dönüş reysləri isə 13 və 14 sentyabrda saat 20.40-da yola çıxacaq.

Üzüm və Şərab Festivalı haqqında

Qeyd edək ki, Üzüm və Şərab Festivalı ilk dəfə 2019-cu ildə təşkil olunub. Festival ənənəvi olaraq Şamaxı rayonunun Meysəri kəndində keçirilir.  Festivalın əsas məqsədi yerli üzüm və şərab istehsalını təşviq etmək, eyni zamanda şərab məhsullarının ixrac potensialının artırılmasıdır. Üzüm və Şərab Festivalı Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin, bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Avqust 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri