Icma.az
close
up
RU
“Şamaxı”nın baş meneceri: “Ayxan Abbasovla bağlı məsələyə nöqtə qoyulmayıb”

“Şamaxı”nın baş meneceri: “Ayxan Abbasovla bağlı məsələyə nöqtə qoyulmayıb”

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Şamaxı” klubunda baş məşqçi Ayxan Abbasovla bağlı məsələyə nöqtə qoyulmayıb”.

Bu barədə bölgə təmsilçisinin baş meneceri Kamran İsmayılov məlumat verib.

O, 44 yaşlı mütəxəssisin hazırkı müqaviləsinin müddətinin mövsümün sonunadək olduğunu xatırladıb.

“Baş məşqçi mövsümün sonunadək vəzifəsində qalacaq, işini davam etdirəcək. Yalan danışmaq istəmirəm, növbəti mövsüm üçün Ayxan Abbasovla hələlik yeni sözləşmə bağlanmayıb. Komandadan ayrılsa, yeni mütəxəssis kim olacaq? Bu barədə danışmaq çətindir. Həyatda, futbolda hər günün öz hökmü var. Mövsümün sonunda nə olacaq? İndi bunu demək bir az çətindir. Hər şey ola bilər. İndidən heç bir məsələyə konkret nöqtə qoyulmayıb. Bu səbəbdən şərh etmək, açıqlama vermək bir az çətindir. Hər şey ola bilər”, - deyə o, report.az-a açıqlamasında deyib.

K.İsmayılov Ayxan Abbasovla vidalaşacaqları təqdirdə yeni baş məşqçi axtarışına start verəcəklərini söyləyib:

“Klubumuz belə bir baxış var. İnanıram ki, iş prinsipimizə hörmətlə yanaşacaqsınız. Çalışırıq ki, məşqçi, futbolçu axtaranda, danışıq aparanda, məlumat verməyək, prosesi şərh etməyək. Danışıqlar vaxtı istər-istəməz razılıq alınmaya da bilər. Hər dəfə danışıqlar barədə mətbuata açıqlama verməyi düzgün hesab etmirik. Sadəcə, müqavilə bağlananda rəsmi məlumat veririk və daha sonra istənilən sualı cavablandırırıq. Sözləşmənin müddəti artırılmayanda da belə edirik. Hazırda heç bir məsələdə nöqtə qoyulmayıb. Bu səbəbdən indi nəsə demək çətindir. Mövsüm bitəndən sonra tam dəqiq nöqtə qoyulacaq ki, Ayxan Abbasov komandada qalır, ya yox. Qalmadığı halda, sözsüz ki, yeni baş məşqçi axtarışları, danışıqları başlayacaq. Hazırda Ayxan Abbasovla bağlı məsələyə nöqtə qoyulmayıb. Mövsümün sonunadək komandadır. Sonrasına baxacağıq”.

Xatırladaq ki, Azərbaycan millisinin də baş məşqçisi olan Ayxan Abbasov 2024-cü ildən “Şamaxı”da işləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Aprel 2026 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri