Icma.az
close
up
RU
Şamil Ayrım: Azərbaycan və Türkiyənin həmrəyliyi Türk Dövlətləri Təşkilatına da böyük bir güc verir

Şamil Ayrım: Azərbaycan və Türkiyənin həmrəyliyi Türk Dövlətləri Təşkilatına da böyük bir güc verir

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev tərəfindən medalla təltif olunmağım Türkiyə-Azərbaycan həmrəyliyinin və gələcək ortaq fəaliyyətlərimizin daha da möhkəmlənməsi üçün fəaliyyət göstərən hər kəsə verilən dəyərdir.

Bu sözləri Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım "Report"un Ankara bürosuna açıqlamasında Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən təşkil edilərək ona təqdim olunan “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə bağlı fikirlərini bildirərkən deyib.

Azərbaycan-Türkiyə, eləcə də bütün türk dünyası ilə bağlı onun və komandasını daha çox işlər gözlədiyini vurğulayan Şamil Ayrım bildirib ki, sözgedən mükafat onu həmin işləri başa çatdırmağa, iki qardaş ölkə arasında əlaqələrin gözəl nümunələrini bütün dünyaya yaymağa həvəsləndirir: “Bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonlarında 200 min azərbaycanlı Qərbi Azərbaycandan qovulub. Hazırda bu insanların beynəlxalq hüquqdan faydalanaraq şərəfli bir şəkildə öz ata baba yurdlarına geri dönmələri məsələsi var.

Ötən il 5-6 dekabr tarixlərində Qərbi azərbaycanlıların evlərinə şərəfli və təhlükəsiz şəkildə geri qayıtmalarıyla bağlı beynəlxalq səviyyədə toplantı keçirildi. O, iclasın yekun sənədi BMT-yə təqdim edildi. Yəni Qərbi azərbaycanlıların bu haqları artıq BMT-nin də qeydinə düşdü. Buna görə də biz, istər ölkə daxilində, istərsə də ölkə xaricində fəaliyyətimizi davam etdirəcəyik. Bundan başqa 2020-ci ildə Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanan anlaşmanın 9-cu maddəsində Zəngəzur dəhlizinin açılması məsələsi var.

Təəssüf ki, Ermənistan Fransanın maraqlarının qurbanına çevrilərək bu anlaşmaya əməl etmək istəmir. Fransa Ermənistanın silahlanması üçün əlindən gələni edərək, döyüş meydanında qələbə qazanmış, danışıqlar masasında söz sahibi olan Azərbaycanın zamanını alır. Amma bütün bu süni maneələrə baxmayaraq biz ilahi ədalətin yenə də zəfər çalacağına, 2025-ci ildə Zəngəzur məsələsinin həll olacağına inanırıq”.

Ş.Ayrım əlavə edib ki, bölgədə Azərbaycan və Türkiyənin həmrəyliyi Türk Dövlətləri Təşkilatına da böyük bir güc verir: “Bu təşkilatın daha da böyüməsi üçün biz də bacardığımız dəstəyi əsirgəmirik. Şimali Kipr Türk Respublikasının da çox ölkə tərəfindən tanınacağına şahidlik edəcəyimizə inanıram. Biz çox pozitiv ruhdayıq”.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://report.az
archiveBu xəbər 18 Yanvar 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see279

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see244

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see230

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see203

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see192

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see188

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see174

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see169

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see168

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see161

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see157

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see157

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see156

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see156

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see145

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see137

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see136

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri