Azərbaycan gələn il Türk Dövlətləri Təşkilatına sədrlik edəcək
Icma.az bildirir, Missiya.az portalına istinadən.
Azərbaycan gələn il Türk Dövlətləri Təşkilatına (TDT) sədrlik edəcək.
Missiya.Az Report-a istindən xəbər verir ki, bunu TDT Baş katibinin müavini Ömer Kocaman deyib.
O vurğulayıb ki, TDT Birinci Türkoloji Qurultayın 100-cü ildönümündə Bakıda böyük bir konqres keçirmək və bu konqresdə ortaq türk əlifbasını bütün dünyaya təkrar elan etmək planlaşdırılır:
“Ortaq dil və əlifba həmişə müzakirə mövzusu olub. Bu istiqamətdə müxtəlif işlər də həyata keçirilib. Hazırda bununla bağlı çox mühüm irəliləyiş var. Türk dövlətləri tarixində ilk dəfə 34 hərfdən ibarət əlifba qəbul olunub. 1926-cı ildə Bakıda bir qurultay olmuşdu (Birincu Türkoloji Qurultay - red.) və bu tədbirdə ortaq əlifba qəbul edilmişdi. İndi 2026-cı ilə doğru gedirik, yəni qurultayın 100-cü ilinə. Hesab edirəm ki, 100-cü ildə ortaq əlifba məsələsini birdəfəlik həll etməliyik. 100-cü ildə TDT-yə sədrlik Azərbaycana keçəcək və biz 2026-cı ildə 100 il əvvəl olduğu kimi Bakıda böyük bir konqres keçirəcəyik. Orada ortaq əlifbanı dünyaya təkrar elan etmək istəyirik”.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 15 Mart 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















