Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə - Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olunub.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib. Bununla bağlı təşkil olunan mərasimdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri, ictimai xadimlər və Səfirlik kollektivi iştirak edib.
Səfir Rəşad Məmmədov, Ş.Ayrımın daha öncə də Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə dövlət başçısının sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunduğunu xatırladıb.
Ş.Ayrım, Azərbaycan - Türkiyə münasibətlərinin bütün sahələrdə hərtərəfli inkişafının fəaliyyətinin əsas istiqaməti olduğunu ifadə edib və Prezident İlham Əliyevə ona göstərilən diqqətə görə təşəkkürlərini bildirib.
Mərasimdə Səfirlik tərəfindən hazırlanan, Ş.Ayrımla bağlı qısa film nümayiş etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 16 Yanvar 2025 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















