Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Şamil Tuncay: “Mənə qarşı haqsızlıq edilib”

Şamil Tuncay: “Mənə qarşı haqsızlıq edilib”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Cüdo üzrə milli komandanın üzvü Tuncay Şamil Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən haqsız şəkildə milli komandadan uzaşlaşdırıldığını bildirilib.

Bu barədə “Cebheinfo.az”-a Tuncay Şamilin özü məlumat verib.

Şamil Tuncay heç bir təqsiri olmadığı halda milli komandadan uzaqlaşdırıldığını  deyib.

“Ölkəmizin Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin idman sahəsinə göstərdiyi diqqət və qayğı hər kəsə məlumdur. Lakin Cüdo Federasiyasına təyin edilmiş bəzi vəzifəli şəxslər bu etimaddan sui-istifadə edərək mənə qarşı ədalətsiz qərar qəbul ediblər. Mən - Azərbaycan vətəndaşı Şamil Tuncay Zəfər oğlu, bu haqsızlığın araşdırılmasını və ədalətin bərqərar olunmasını tələb edirəm”, – deyə cüdoçu vurğulayıb.

O bildirib ki, 2023–2025-ci illərdə bir sıra beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsinə baxmayaraq, milli komandadan uzaqlaşdırılıb. 
Onun sözlərinə görə, 31 iyul 2025-ci ildə Makedoniyaya yarışa gedərkən komandanın digər üzvü Aslan Kotsoyevlə yaranmış mübahisə zamanı Kotsoyev ona qarşı fiziki güc tətbiq edib:

“Hadisə hava limanının müşahidə kameralarında qeydə alınsa da, federasiya rəsmiləri Kotsoyevə qarşı tədbir görməyib, əksinə, məni komandadan kənarlaşdırıblar”. 

O vurğulayıb ki, bu məlumat atasına Cüdo Federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu tərəfindən çatdırılıb.Onun iddiasına görə, vitse-prezident həmçinin "Oğlun getsin, özünə başqa iş tapsın" ifadəsini işlədib. Şamil Tuncay qeyd edib ki, federasiya rəsmilərinin bu cür yanaşması onun 14 illik zəhmətini heçə saymaq deməkdir. Cüdoçunun iddiasına görə, ona qarşı qərəzli münasibət 22 iyun 2025-ci ildə Berlində keçirilən yarışda Aslan Kotsoyevi məğlub etməsindən sonra başlayıb. 

O qeyd edib ki, bu qələbə hətta baş məşqçi Rüstəm Alimlinin də xoşuna gəlməyib və həmin arenada ona qarşı soyuq münasibət göstərilib:

“Olimpiya çempionu Zelim Kotsoyevin qardaşı olan Aslan Kotsoyevin mövqeyini müdafiə edən federasiya rəsmiləri onu komandadan uzaqlaşdıraraq, Azərbaycan adından yarışlarda iştirak etmək hüququndan məhrum etməklə hansı maraqlara xidmət etdiklərini açıq şəkildə nümayiş etdiriblər”.

İddiaya görə, Federasiya rəsmiləri tərəfindən ona və atasına qarşı dəfələrlə Aslan Kotsoyevin adının hallandırılmaması ilə bağlı təzyiqlər göstərilib.

O əlavə edib ki, Federasiyada əvvəllər də idmançılar arasında ciddi insidentlər yaşanıb, lakin həmin şəxslər qısa müddət sonra yenidən komandaya qaytarılıblar:

“Bundan əvvəl iki idmançı arasında bıçaqlanma hadisəsi olmuşdu. Onlar yalnız üç ay müddətinə cəzalandırıldılar və hazırda yarışlarda iştirak edirlər. Həmin idmançılardan birinin federasiya rəhbərliyinə yaxın şəxsin şagirdi olması isə məsələnin ört-basdır edilməsinə səbəb olub”. 

Şamil Tuncay sonda federasiyanın onun barəsində qəbul etdiyi qərarın yenidən nəzərdən keçirilməsini və ədalətin təmin olunmasını tələb edib.

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Avqust 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri