Icma.az
close
up
RU
Samir Abasov: “Hücumçularımız “dişsiz”dirlər”

Samir Abasov: “Hücumçularımız “dişsiz”dirlər”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının XXV turunda keçirilən “Kəpəz” – “Neftçi” matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə yekunlaşdı.

Futbolpress.az xəbər verir ki, oyundan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı:

– Niyə məğlub olduz?

– Çünki qol buraxdıq və qol vura bilmədik. Hücumçularımız “dişsiz”dirlər.

– Motivasiyanız nədir?

– Motivasiya udmaqdır. Bu gündə oyuna yaxşı başladıq. Amma sonda verilən qərarlar və keyfiyyət çatışmazlığı özünü göstərdi. Bu cür oyunlarda qol vurub rahatlaşmaq lazımdır. Bunu etməyəndə daha stresdə olursan.

– Qol buraxdığınız epizodu necə şərh edərdiz?

– Ümumiyyətlə, haradan başladı necə bitdi baxmaq lazımdır. Ağadadaşla başladı səhv yanılmıramsa. Tam xatırlaya bilmirəm. Qola baxıb sonra şərh etməliyəm.

– Bu müdafiə xətti ötən mövsümdən qalıb. Sizcə də yenikənmək lazım deyil?

– Ümumiyyətlə bütün mövqelərə baxdıqda, ehtiyac var. Sadəcə indi bu barədə danışmaq gec və yersizdir. Bəlkə də təkbətək etdiyimiz səhvləri kollektivlə sığortalamışdıq. Amma bu gün edə bilmədik. İlk hissədə Ağadadaşdan narazı qaldım. Bu gün akademiyadan çıxan uşaqlar özlərinə qarşı olan rəyi də yerə vururlar. Bu gün rəqibdə Paçu Lira var idi. Bu görünürdü. Amma biz də hiss olunmurdu. Fasilədə də Ağaya dedim. Bir oyunçunun da üstünə düşmək istəmirəm. Ancaq ki, 1-2 epizoda girib boşa vermək… Belə bir şeylər olmamalıdır. Topu rahat vəziyyətdə itirmək olmaz. Oyundan nəticə çıxartmalıyıq.

– Yuri Matiasın müsahibəsi var idi ki, ailəsində problemləri var. Onun haqda klubun mövqeyi necədir?

– Mən məndən əvvəlki Matiası tanımırdım. İstəyərdim ki, bütün futbolçular Matias kimi olsun. Heç vaxt ailə daxili problemlərini hiss etdirməyib. Doğrusu, o müsahibədən xəbərim var. Amma Matias kimi futbolçuların bu cür istəkli oynamasına təşəkkür düşür.

– Keçən oyundan sonra qırmızı vərəqəylə bağlı İntizam Komitəsinin qərarını gözlədiyini dediniz. Amma İK-si oyunçunuzu 2 oyunluq cəzalandırıldı. Sizcə, həmin çıxışınızın bu qərara təsiri oldu?

Mən nə demişəm ki? Mən yenə də orada qırmızı vərəqə görmürəm. Bu, mənim şəxsi fikrimdir. İnşallah ki, bunun da altından çıxacayıq.

Mirkamal Kazım

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Mart 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see356

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see326

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see308

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see251

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see242

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see225

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see204

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see204

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see191

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see187

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see182

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see181

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see177

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see173

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see169

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see165

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see153

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri