Icma.az
close
up
RU
Samir Abasov: İstək olmasa, işləyə bilməyəcəyik

Samir Abasov: İstək olmasa, işləyə bilməyəcəyik

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

"Neftçi" Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Yaxşı əhval-ruhiyyə ilə çıxırıq oyundan. Ciddi və yaxşı rəqibə qarşı oynadıq. Oyunun içində də bizə əziyyət verdilər. Qələbələrə elə ehtiyacımız var ki, çox sevindik.

- Milli komanda neçə gündür ki, müzakirə olunur. Qapıda Mehdi Cənnətov yox, Rza Cəfərovun dayanması çox müzakirə edildi. Son məğlubiyyətdən sonra Fernandu Santuşun əvəz olumması ilə bağlı fikirlər səsləndirilir. Bu haqda fikirləriniz necədir?

- İsveçlə görüşdə Rza Cəfərov start heyətində idi. Çox üzüldük məğlubiyyətə görə. Bir neçə il bundan qabaq mən də millinin üzvü olmuşam. Belə məğlubiyyətlər bizim də başımıza gəlib. Nə yaşamışamsa, aşağı-yuxar bilirəm o futbolçular nə çəkir. Bu, bizim millidir. Hamımız səmimi qəlbdən üzüləcəyik. Udacağıqsa, hamımız səmimi olaraq sevinəcəyik. Belə olmalıdır. İstəmərəm ki, millidən qayıdan futbolçum suyu süzülmüş halda gəlsin. Xalqımız adına da üzücüdür. Keçmiş olsun. Futbolçulara uğurlar arzulayıram. İnanıram ki, yaxşı işlər görüləcək. Bir baş məşqçi digər baş məşqçi haqda necə danışmalıdır? Bu gün həmin məşqçini millimizə gətiriblərsə, müqavilə imzalayıblarsa... Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur. Namizədləri gözdən keçirsəydik, Santuşun adını birinci deyərdik. Ən azından təcrübəsinə görə. Azərbaycanlı da olsa, məşqçi haqda danışmaq istəmirəm. Etikadan kənardır.

- Millinin oyunlarından sonra ən çox təndiq olunan Ramil Şeydayev idi. Rza Cəfərov İsveçlə matçdan sonra psixoloji sarsıntı keçirib. Onları necə köklədiz oyuna?

- Digərlərində görməyə bilərik. Amma demək olmaz ki, digərləri üzülmədi. Orada olan tərcüməşi Vüqar bizdə işləyir. O da danışır bizə, nə qədər üzülüblər. Kökləmək çox çətin idi. Bu məğlubiyyətdən sonra birə beş işimiz artır. Futboldur. Futbolçunun həyatında belə məğlubiyyətlər olacaq.

- Növbəti turda "Qarabağ"la oynayacaqsız. Qələbə "Neftçi"ni yenidən liqaya qaytara bilər?

- Bu gün çətin işə başlamışıq. Millidən danışırıqsa, belə şeylər bizim də başımıza gələ bilər. Mənim dövrümdə biz tam formalaşmış komanda deyilik. Adımızı qaytarmaq üçün futbolçular və mən çox işləməliyik. "Qarabağ"la oyun gələn həftədir. Hazırlaşacağıq. Azarkeşlər bizi bu gün necə dəstəklədilərsə, o oyunda da dəstəkləyəcklər. Onlar üçün də həmin matç çox vacibdir. Bundan da çətin oyunlar olacaq. 

- Bugünkü qələbədə əsas pay istək idi, yoxsa artıq istədiyiniz oyun sistemini görə bilirsiz?

- Faiz dərəcəsi ilə götürsək, istək önədi idi. Futbolçular da bir-birinə motivasiya verirdi. Hansısa oyunu otuzdurmağımızdan danışmaq reallıqdan uzaqdır.  Faiz dərəcəsi ilə götürsək, bəlkə də 10 faizdəyik. Daha dinamik, oyuna diqtə edən tərəf olmalıyıq. Bu istək olmasa, işləyə bilməyəcəyik. Qələbənin açarı istək idi. Hansı ki, bu vaxta kimi bunun belə, əziyətini çəkirdik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://sport24.az
archiveBu xəbər 23 Noyabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri