Icma.az
close
up
RU
Samir Əliyev: Gözlənilən odur ki, Premyer Liqanı Səbail tərk edəcək

Samir Əliyev: Gözlənilən odur ki, Premyer Liqanı Səbail tərk edəcək

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

U-21 yığmamızın Sabiq baş məşqçisi Samir Əliyevin Sport24.az-a müsahibəsi

- Samir müəllim, Misli Premyer Liqasının üçüncü dövrəsi başa çatdı. Komandaların çıxışını necə dəyərləndirirsiniz?

- Çempion demək olar bəllidir, "Qarabağ". Avrokuboklara vəsiqə qazanmağa yaxın olan klublar "Zirə", "Araz Naxçıvan" və "Turan Tovuz" komandalarıdır. Riyazi hesablamalara görə, "Sabah" və "Neftçi"nin şansları var. Məncə, bu üç komanda avrokuboklara şans qazanacaq. Baxmayaraq ki, "Turan Tovuz" son turda "Sumqayıt"a məğlub oldu. Qarşıda doqquz tur var, məncə, şansı əldən verməyəcək.

- Elitadan düşməmək üçün "Kəpəz" və "Səbail" rəqabət aparır. Hansı Komandanın Premyer Liqanı tərk edəcəyini düşünürsüz?

- Dörd dovrəli çempionatda ən əsas məhz dördüncü dövrə sayılır. Turnir cədvəlinə baxanda "Sumqayıt" son iki turdakı qələbədən sonra xal ehtiyatını artırdırdı. Futbol sürprizlərlə dolu oyundur. Gözlənilən odur ki, Premyer Liqanı "Səbail" tərk edəcək. Düzdür, qarşıda "Səbail" - "Kəpəz" matçı var. "Dənizçilər" qalib gələ bilsə, xal fərqini azaldacaq.

- Cavid Hüseynovun "Səbail"dən getməsinə münasibətiniz necədir?

- Komandanın içində olmasaq da, görünən odur ki, "Səbail"də problemlər var. Bu məsələlər komandanın növbəti oyundakı nəticələrinə təsir göstərə bilər. Cavid Hüseynov gənc, perspektivli məşqçidir. Sadəcə təzyiqə tab gətirməyib, içindəki öfkeni çıxartdı. Bundan öncə Vaqif Cavadovun "Sumqayıt"ı 11 oyundur qol vura bilmirdi, böyük təzyiqlə üzləşirdi. Amma Vaqif buna dözərək məsuliyyəti öz üzərinə götürüb son iki oyunu qələbə qazanıb turnir cədvəlində yaxşı mövqeyə gətirdi. Cavid isə öz üzərində işləyən məşqçidir. Ola bilsin "Səbail"ə gələndə bu problemləri düşünməyib. Məncə, futbol ictimaiyyəti və mətbuat ona dəstək olmalıdır. Cavidin gələcəyi var, yaxşı baş məşqçi ola bilər.

- Millimizin Belarus və Haiti yığması ilə oyunu üçün heyəti açıqlandı. Sizin üçün sürpriz adlar var idi?

- Millinin baş məşqçi Fernandu Santuş yeni futbolçulara dəvət göndərib, onları yoxlamaq istəyir. Gənc oyunçular üçün yaxşı şansdır. "Qəbələ"dən dəvət alan Şahin Şahniyarov millinin bütün aşağı yaş qruplarında oynayıb. Onun Premyer Liqa təcrübəsi var, potensiallı futbolçudur.

- Yığmamızın bu iki oyunda hansı nəticə əldə edəcəyini düşünürsünüz?

- Həmin oyunlarda qalib gəlməkdən vacib millinin futbolçularının hansı durumda olmasını izləməkdir. Bizə indiki oyunlar yox, seçmə mərhələdəki matçlar vacibdir. Yoldaşlıq oyunu həmin oyunlara hazırlıq deməkdir. Qalib gəlsək, lap yaxşı olar. Futbolçularda özünə güvən artacaq.

Nuh Tarverdiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://sport24.az
archiveBu xəbər 17 Mart 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri