Icma.az
close
up
RU
Samir Nuriyevin rəhbərliyi ilə WUF13 ün növbəti iclası keçirildi FOTOLAR

Samir Nuriyevin rəhbərliyi ilə WUF13 ün növbəti iclası keçirildi FOTOLAR

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin dekabrın 11-də növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycanın milli inkişaf strategiyasında şəhərsalma fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu deyib. Ölkəmizdə bu sahədə formalaşdırılmış müasir yanaşmaların iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinə, sosial rifahın artırılmasına və iqlim dəyişikliklərinə səmərəli uyğunlaşmanın təmin olunmasına xidmət etdiyini söyləyib.

Samir Nuriyev son beş il ərzində xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını, sistemli planlaşdırma prinsiplərini rəhbər tutduğunu və yüksək icra potensialını aydın şəkildə nümayiş etdirdiyini vurğulayıb. Azərbaycanın postmünaqişə dövründə tətbiq edilən sürətli bərpa və quruculuq işlərinin yeni inkişaf modelini formalaşdırdığını deyib.

Təşkilat Komitəsinin sədri bu nailiyyətlərin Azərbaycanın təcrübəsinə beynəlxalq səviyyədə də marağı artırdığını, ölkəmizi bu sahədə etibarlı tərəfdaş kimi tanıtdığını qeyd edib. O, WUF13-ün 2026-cı ildə Bakı şəhərində keçirilməsinin Azərbaycanın beynəlxalq şəhərsalma proseslərinə verdiyi töhfənin, dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi siyasətin və etibarlı tərəfdaş kimi qazandığı yüksək etimadın bariz göstəricisi olduğunu söyləyib.

Samir Nuriyev WUF13-ə hazırlığın dövlətimizin başçısının birbaşa diqqət mərkəzində olduğunu vurğulayaraq, ilk iclasdan ötən müddətdə bu tədbirə hazırlıq çərçivəsində görülmüş işləri qeyd edib.

Daha sonra ümumi hazırlıq prosesinin gedişatı, substantiv, kommunikasiya, təşkilati-logistika sahələrində görülmüş işlər və gündəlikdə duran digər məsələlər üzrə Təşkilat Komitəsinin üzvlərinin məruzələri dinlənilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikası Prezidentinin bu mötəbər tədbirin yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar qarşıya qoyduğu vəzifəyə uyğun olaraq WUF13-ə hazırlıq prosesi, o cümlədən Tədbirlər Planının icrası və digər aidiyyəti məsələlər üzrə tapşırıqlar verib.






Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see246

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see235

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see211

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see199

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see167

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see167

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see154

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see150

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see145

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see140

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see137

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri