Samovar oğurlayan qazi tutuldu
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Bakı şəhər Binəqədi rayonu Fatmayi bağlar massivində oğurluq etdiyinə görə tutulmuş 2 nəfərin məhkəməsi başa çatıb.
Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində 1995-ci il təvəllüdlü Fuad Babayev və dostu, 1993-cü ildə anadan olmuş Samir Müseyibova (ad və soyadlar şərtidir) hökm oxunub.
Məhkəmədə bildirilib ki, hər iki şəxs Fatmayidə 2 bağ evinə gizli şəkildə daxil olaraq, evlərdən antik əşyaları, elektronika avadanlıqlarını oğurlayıblar. Onlar oğurladıqları əşyaları paytaxtın mərkəzindəki antik əşyalar mağazasında və ikinci əl əşyaların satışı ilə məşğul olan şəxslərə satıblar.
Zərərçəkmiş şəxslərdən biri ifadəsində bildirib ki, bir il imiş işlərinin çoxluğu ilə əlaqədar bağ evinə baş çəkmirmiş. O, evə getdikdə oradan oğurluq edildiyini və dəyəri 4000 manat olan qədim samovarın, eləcə də bir neçə digər dəyərli əşyanın yerində olmadığını görüb.
Polisə məlumat verildikdən sonra oğurluq törətmiş şəxslər saxlanılıb və barələrində cinayət işi başlanılıb.
O da məlum olub ki, oğurluğa görə məsuliyyətə cəlb edilən şəxslərdən 33 yaşlı Samir Vətən müharibəsi iştirakçısıdır və bir neçə medalla təltif edilib. Onun ilk dəfə cinayət törətməsi, Fuadın isə əvvəllər də məhkumluğunun olması qeyd edilib.
Məhkəmənin hökmü ilə Fuad Babayevə 2 il həbs cəzası verilib. Samir isə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun üzərinə elektron qolbaq taxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 21 Avqust 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















