Icma.az
close
up
RU
Samvel Karapetyan Rusiyanın növbəti emissarlarından biridir

Samvel Karapetyan Rusiyanın növbəti emissarlarından biridir

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Bu il iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca daxili siyasi gərginlik də artır. Artıq "Ermənistan" bloku tərəfindən sabiq prezident Robert Köçəryanın Baş nazir postuna namizədliyi irəli sürülüb. Revanşistlərin və daşnakların birgə hərəkət etməsi onu göstərir ki, onlar seçkiləri nə yolla olursa olsun, qazanmağa, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Eyni zamanda, hazırda ev dustaqlığında olan ikili vətəndaşlığa sahib (Rusiya, Ermənistan) iş adamı Samvel Karapetyanın sədri olduğu "Güclü Ermənistan" partiyası ilə birinci prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi partiyası arasında əməkdaşlıq barədə də məlumatlar var. 

Avropa İttifaqı (Aİ) isə mümkün hibrid təhdidlərə, kənar müdaxilələrə qarşı mübarizədə Ermənistana dəstəyini artıq ifadə edib. Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Ermənistanı xarici müdaxilə ilə üz-üzə buraxmayacağıq. Moldova ssenarisinin Ermənistanda tətbiqi mümkün görünür.

Milli Məclisin deputatı Arzuxan Əlizadə "525-ci qəzet"ə müsahibəsində Ermənistanda seçki ərəfəsində daxili siyasi vəziyyət, mümkün ssenarilər, hadisələrin necə inkişaf edəcəyi ilə bağlı fikirlərini bölüşüb.

- Əslində uzun müddətdir ki, Ermənistan daxilində siyasi gərginlik mövcuddur. Biz bu prosesləri izləyərək gördük ki, Paşinyan pillə-pillə, zaman-zaman ona rəqib ola biləcək, seçkilərdə maneə yaradacaq tərəfləri sıradan çıxarmaqla məşğul oldu. Söhbət həm siyasi rəqiblərdən, həm də dini kəsimdə olan, ona problemlər yarada biləcək, müqavimət gücü formalaşdıracaq din xadimlərindən gedir. Amma reallıq bundan ibarətdir ki, Paşinyana qarşı olan qüvvələr kənardan idarə olunurlar. Onlar nə qədər zəiflədilmiş vəziyyətə düşsələr də, yenə də kənardan aldıqları dəstək müqabilində ən azından alternativ bir rəqabət mühiti formalaşdırmaqla Paşinyanı hakimiyyətdən kənarlaşdırmağı hədəfləyirlər. Sirr deyil ki, Ermənistan hər zaman Rusiyanın forpostu olub və bu gün Paşinyanın apardığı siyasət Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq siyasətidir. Buna görə də  Rusiya daxildəki adamlarının əli ilə Paşinyana maneəçilik törətməklə onu kənarlaşdırmağı hədəfləyir. Bu hədəfinə nail olub-olmayacağını zaman göstərəcək.

Bu arada, Rusiyanın marioneti Köçəryan da fəallaşıb, "Ermənistan" blokundan namizədliyi irəli sürülüb. Onun ətrafında da Paşinyana qarşı olan qüvvələr, eləcə də daşnaklar, revanşistlər təmərküzləşəcəklər. Bu da bir reallıqdır. Amma indi Ermənistan daxilindəki sorğular göstərir ki, onların cəmi 8-10 faiz elektoratı var. Buna baxmayaraq, seçki ərəfəsində həmin qüvvələrin bir qədər də güclənəcəkləri ehtimalı var. Bununla belə, Paşinyanın dəstəyi də kifayət qədərdir. Paşinyan Avropadan dəstək alır, həmçinin Ermənistan cəmiyyətində müharibə istəməyən, ən azından reallıqları başa düşən insanlar çox yaxşı anlayırlar ki, Azərbaycanla növbəti münaqişə onları olduqca böyük faciələrlə üz-üzə qoya bilər. Ona görə də Paşinyana dəstək verəcəklər. Lakin istənilən halda seçkiöncəsi siyasi gərginliyin günü-gündən artacağını müşahidə edəcəyik. Köçəryan bundan əvvəlki növbədənkənar seçkilərdə Moskvaya getdi, Rusiya prezidenti ilə görüşdü, Rusiyanın birinci kanalına müsahibə verərək seçkilərə qatılacağını dedi. Amma Paşinyan da dərhal Moskvaya gedib, Putindən xeyir-dua aldı, yəqin ki, onun şərtlərini qəbul etdiyini bildirdi. Bu dövrdə də həm Avropa, həm Rusiya qarşısında müəyyən qədər reveranslar edərək öz postunu qoruya, müqaviməti qıra bildi. Bu dəfə bir qədər fərqli performans göstərir, amma yenə də ona qarşı qüvvələr birləşəcəklər. Rusiya yəqin ki, başa düşür ki, bu, son çırpıntıdır, ona görə də daxildəki qüvvələrini hesab edirəm ki, tam gücü ilə işə salacaq.  

- Rusiyanın seçkilərdə Samvel Karapetyanı dəstəklədiyinə dair fikirlər var. Bu şəxsin və rəhbəri olduğu partiyanın şansları necədir?

- Samvel Karapetyan Rusiyanın növbəti emissarlarından biridir. Moskvada başa düşürlər ki, sarkisyanlar, köçəryanlar artıq öz dövrlərini başa vurublar və elə böyük elektoratları da yoxdur. Ona görə də Samvel Karapetyanı bu prosesə qoşdular, amma hesab edirəm ki, Paşinyan zamanında onu zərərsizləşdirə bilib.

Məhkəmə qərarı ilə ev dustaqlığında olan və üzərində cinayət işi olan bu şəxsin özü çox böyük ehtimalla, indiki şərtlər müqabilində seçkilərdə iştirak edə bilməyəcək, amma tərəfdarlarını və kapitalını, hansı ki, Rusiyadan idarə olunacaq, əgər müxalifətin namizədi kimi Köçəryan üzərində dayanılacaqsa, ona yönəldəcək. Onun ətrafını gücləndirməyə çalışacaqlar. Ən azından seçkilərdə onun üzərindən qalib gəlsələr, uğur qazansalar, Karapetyanın Ermənistanda revanşist qüvvələrin başına keçəcəyi ehtimalı kifayət qədər yüksəkdir.

- Moldova ssenarisindən istifadə edilməsi ehtimalı da var. Avropa İttifaqı artıq Ermənistana dəstəyini bəyan edib. Bu ssenari  Ermənistanda nə dərəcədə real görünür?

- Rusiyanın Modova ssenarisi bir qədər başqa idi. Təbii ki, Rusiyanın Moldovaya təsir etmək imkanları yox deyildir. Amma göründü ki, Moldovaya Avropadan verilən dəstək nəticə etibarilə ölkənin Avropaya meyilli qüvvələrinin, hazırkı hakimiyyətin qələbəsi ilə başa çatmasına imkan verdi. Digər tərəfdən Moldovada seçicilərin əhəmiyyətli bir hissəsi Avropa ölkələrində yaşayırlar. Həmçinin Rumıniya vətəndaşlığı alan, ikili vətəndaşlığı olanlar var. Ölkədən kənarda verilən səslərin müqabilində əslində hazıki hakimiyyət uğur qazana bildi. Daxildə ciddi bir dirəniş də var idi. Sabiq prezident Dadonun üzərindən Rusiyanın təsir imkanları kifayət qədər geniş idi. Hesab etmirəm ki, Ermənistanda Rusiyanın dəstəkləyə biləcəyi qüvvənin elektoratı belə geniş olsun. Ermənilər İkinci Qarabağ müharibəsində gördülər ki, Azərbaycanla münaqişə növbəti faciələrə gətirib çıxaracaq. Buna görə də müharibə istəmirlər. Müharibənin əleyhinə olan kifayət qədər böyük bir kütlə var ki, onlar ən azından bu səbəbdən Paşinyana dəstək vermək məcburiyyətindədirlər, bu mənada hesab edirəm ki, Moldovadan fərqli olaraq Ermənistanda Paşinyanın elektoratı daha böyükdür, Avropanın verəcəyi dəstək müqabilində də Paşinyan növbəti dəfə Ermənstanda hakimiyyətdə qalmaq imkanını saxlayacaq. Amma Rusiya başa düşür ki, bu, son dirəniş ola bilər, Ukraynada özünü elə bir bataqlığa salıb ki, Qafqazda əvvəlki gücü yoxdur, Ermənistana nə qədər təsir etmək imkanları olsa da, yenə də o dərəcədə yetərli deyil ki, Ermənistanda öz adamını növbəti dəfə hakimiyyətə gətirmək imkanına malik olsun. Ən azından ABŞ-ın da bu məsələdə dəstəyi var, TRİPP layihəsi vasitəsilə artıq Ermənistanla müəyyən müqavilələr də imzalanıb. Həm ABŞ, həm də Avropadakı qüvvələr regiondan Rusiyanı tamamilə sıxışdırıb çıxarmaq əzmindədirlər. Bu baxımdan seçki ərəfəsində Paşinyana ciddi dəstək olacaq.

- Azərbaycanın əsas gözləntisi təbii ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ölkəmizə qarşı ərazi iddialarının ordan çıxarılmasıdır. Bu, həm də yekun sülh sazişinin imzalanması deməkdir. Paşinyan seçkilərdə qələbə qazansa, bu cür dəyişikliyə gedəcək? 

- Mən əvvəldən də deyirdim ki, Paşinyan seçkiyə qədər heç bir halda Konstitusiya dəyişikliyinə getməyəcək. Çünki bu, ölkə daxilində Paşinyan əleyhinə olan qüvvələrin əlinə bir qədər arqument verib fəallaşdıracaqdı. Paşinyan bunun fərqində idi. Amma başqa yolu da yoxdur, seçkilərdən sonra əgər öz postunda qalacaqsa, mütləq mənada Konstitusiyada Azərbaycana ərazi iddiaları ilə bağlı müddəanın çıxarılmasına dəstək verəcək. Hazırkı dönəmdə seçkiyə qədər inanmıram ki, açıq formada Konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları olan müddəanın çıxarılması ilə bağlı addım atsın. Paşinyan məsələ ilə bağlı ziddiyyətli açıqlamalar da verib, istənilən halda Ermənistanın başqa yolu yoxdur. Həmin dəyişikliyə gedilməsə, Azərbaycanla sülh sazişi imzalamaq mümkün olmayacaq. Nəticə etibarilə bizim ata biləcəyimiz başqa addımlar da var. Dəmir yumruq öz yerindədir. Ermənilər başa düşməlidirlər ki, Azərbaycanla növbəti münaqişəyə gedəcəklərsə, revanşistlər öz mövqelərini möhkəmlətməklə Azərbaycanın üzərinə gələcəklərsə, təbii ki, Ermənistanın mövcudluğu çox böyük sual altına düşə bilər. Paşinyanın seçkilərdən sonra Konstitusiya dəyişikliyinə getməsi labüddür. Yalnız ondan sonra sülh sazişinin imzalanması haqqında danışmaq olar.

- Levon Ter-Petrosyanın partiyası bir müddət əvvəl seçkilərdə iştirak edəcəyini açıqlayıb. Onların Karapetyanla eyni koalisiyada olması gözlənilir?

- Petrosyan hələ ki, özünün seçkilərdə iştirakı ilə bağlı açıqlama verməyib, təbii ki, onun da müəyyən elektoratı var, özü haqqında demokrat imici formalaşdırmışdı. Amma sonradan məlum oldu ki, elə o vaxt da bilinirdi ki, yalançı psevdo demokratlardandır. Onun özünün seçkilərdə iştirakını güman etmirəm, amma tərəfdarlarının və partiyasının daha güclü, şanslı namizəd ətrafında birləşməsi prosesi mümkün ssenaridir. Əgər Köçəryanın üzərində dayanacaqlarsa, o zaman tərəfdarlarının ona dəstək verməsi mümkündür. İstənilən halda, hazırda Ermənistanda rəy sorğuları da göstərir, reallıqlardan da çıxış etsək, əsas şanslı namizəd Paşinyan özüdür.

Pərvanə SULTANOVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Mart 2026 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri