“San Mames”də 49 min azarkeşin və yaxşı futbol atmosferinin olacağı gözlənilir” Bilbaodan xəbər gəldi
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
“Qarabağ”ın Çempionlar Liqasının liqa mərhələsinin 3-cü tur matçında “Atletik”in qonağı olacağı oyuna saatlar qaldı.
Bəs bu ərəfədə oyunun keçiriləcəyi Bilbao şəhərində durum necədi? Xüsusən kollektivlə bağlı vəziyyət nə yerdədi?
Bu suallarla “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Hər şey qaydasındadı. Başqa səfər matçlarında olduğu kimi, bu dəfə də sabit şəkildə qarşılandıq. Hansısa problem yoxdu. Komanda dünən son məşqini tamamlayıb. Qeyri-adi nəsə yoxdu. “San Mames”də təxminən 49 min azarkeşin və yaxşı futbol atmosferinin olacağı gözlənilir. Hava şəraiti də sakitdi. Dünən hava günəşli idi. Bu gün də eynidi”.
Bu mövzuda digər xəbərlər:“Qarabağ” San Mames də dəstəksiz qalmayacaq
20 Oktyabr 2025 14:36
“Qarabağ” “San Mames”də məşq etdi
22 Oktyabr 2025 01:11
“Qarabağ”ın Bilbao planı “San Mames”də dəstək olacaq
08 Oktyabr 2025 10:29
San Mames də Qarabağ Atletik ə şok yaşadır YENİLƏNİR
22 Oktyabr 2025 20:49
Qarabağ San Mames də oyunöncəsi son məşqinə çıxdı FOTOLAR
21 Oktyabr 2025 23:16
Baxış sayı:70
Bu xəbər 22 Oktyabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















