Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Sanki beynəlxalq hüququ qəsdən gözdən salırlar...

Sanki beynəlxalq hüququ qəsdən gözdən salırlar...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 iyun tarixli qərarı bir daha göstərdi ki, beynəlxalq hüquq qəsdən gözdən salınır. Ən acınacaqlısı odur ki, bunu beynəlxalq hüququn fundamental prinsiplərini hər şeydən üstün tutmalı olan təşkilatlar edir. Sanki ictimai şüura bilərəkdən bu fikir yeridilir ki, siyasi motiv və maraqların olduğu yerdə ədalətə ümid etmək sadəlövhlükdən başqa bir şey deyil.

    Əgər belə olmasaydı, həmin qərarda “Azərbaycan ilə “DQR” arasında təmas xətti”, qondarma rejimin ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi qeyri-hüquqi ifadələrə yer verilməzdi. Halbuki, onların hər biri beynəlxalq hüququn ölkələrin ərazi bütövlüyünü və suverenliyini təşviq edən fundamental prinsipləri ilə ziddiyyət təşkil edir və açıq-aşkar separatçılığın körüklənməsinə xidmət göstərir. Bu qərarla Azərbaycana o mesaj verilir ki, “sizdən və məkrli planlarımızdan əl çəkən deyilik”.

   Heç şübhəsiz ki, bu, insan haqları və demokratiya pərdəsi altında ölkəmizə qarşı cılız siyasi təzyiq cəhdidir. Son günlər Azərbaycanı yenidən qərəzli şəkildə hədəf seçən qərar və bəyanatları təhlil etdikdə asanlıqla görmək olur ki, bu addımlar təşkil olunmuş siyasi prosesin tərkib hissəsidir. İyunun 23-də Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən Milli Assambleya üzvlərinin suallarına verilən cavablar da elə bu qəbildəndir. Rəsmi qurumun cavabında “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi”, “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları” kimi heç bir hüquqi əsası olmayan ifadə və iddiaların yer alması göstərir ki, anti-Azərbaycan dairələrinin ünvanı dəyişməyib. Bu, həm də ona dəlalət edir ki, 1987-ci ildə “Humanite” qəzetində Mixail Qorbaçovun müşaviri Aqanbekyanın dili ilə təşviq olunan “Qarabağın Ermənistana birləşdirilməsi” tezisi bir çox fransız siyasətçiləri üçün hələ də doğmadır. Əks təqdirdə, Fransa prezidenti 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa zidd olan cəfəng bəyanatı verməzdi. 

    Bu cür ədalətsiz qərar və rəsmi cavabların ardınca AŞPA-nın ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə də göstərir ki, bütün bunlar düşünülmüş və idarə olunan prosesin tərkib hissəsidir. Çünki Avropa Məhkəməsinin, Fransa Xarici İşlər Nazirliyinin və AŞPA-nın beynəlxalq hüququ heçə sayan ifadə və terminləri arasında heç bir fərq yoxdur. Konkret olaraq AŞPA-nın son qətnaməsinə və tarixi Zəfərimizdən sonra Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi digər 14 qətnaməsinə gəldikdə isə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, sanki bir “asılılıqdır”. Əgər belə olmasydı, özlərini insan haqlarının və demokratiyanın əvəzedilməz “carçısı” kimi qələmə verməyə çalışan bəzi avropalı deputatlar həmin qətnamələrin müzakirəsi zamanı “xristian erməni qardaşlarımızı qorumalıyıq” kimi cahil və bölücü fikirləri dillərinə gətirməzdilər.

    Bəs, bu cahillik və qərəz nədən qaynaqlanır? Həmin sualın cavabı cəmiyyətimizə artıq məlum olsa da, düşünürəm ki, təkrarlamaqda fayda var. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki il əvvəl Milli Məclisdə keçirilən andiçmə mərasimində həmin qərəzin səbəbini açıq mətnlə bu cür ifadə etmişdi: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz,- İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”.

   Ətrafımızda baş verən proseslər, qərəzli qərar və qətnamələr cənab Prezidentin nə qədər haqlı olduğunu bir daha sübut edir. Avropadakı bəzi siyasətçilər onu da bilməlidirlər ki, dini və etnik zəmində bölücülüyü təşviq edən cahil təşəbbüslər olduqca təhlükəlidir. Çünki uydurma və saxta fobiyalar cahələt asılılığını yalnız gücləndirir, təkcə başqalarına yox, həm də öz cəmiyyətlərinə dərin yaralar vurur. İnanmaq istərdim ki, bunu edənlər, Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı təbrik məktubunda ifadə etdiyi bu bəyanatından ədalətli nəticə çıxara bilmək üçün özlərində siyasi cəsarət tapacaqlar: “İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir”.

    Geosiyasi proseslər, həqiqətən, elə təhlükəli həddə gəlib çatıb ki, dünya sivilizasiyası uydurma fobiyalardan, siyasi motivlərə söykənən saxta “damğalardan” və utancverici ikili standartlardan tezliklə azad olmasa, bəşəriyyət indikindən daha böyük və daha təhlükəli çağırışlarla üzləşməli olacaq. 

Ülvi Quliyev

Milli Məclisin deputatı 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyun 2026 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri