Icma.az
close
up
RU
Sanki qarşıdan qış yox, yay gəlir... Fotolar

Sanki qarşıdan qış yox, yay gəlir... Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Antalya deyəndə ilk ağlıma gələn nədənsə həmişə bol turisti olan dəniz sahili, isti qum və günəş olurdu. Kim mənə indi tanış olduğum Antalyadan bəhs etsə, bəlkə də inanmazdım. İndi məndən Antalyanı təsəvvür etməyimi istəsəniz, sizə qreypfrut ağacları ilə bol küçələr, çox da uca olmayan binalarının üzərində yazı tabloları yerləşdirilən, bol turisti olmasına baxmayaraq, izdihamsız bir şəhərdən danışaram.

Mən həm də Antalyanı lüks binalarla dolu, bahalı həyatın yaşandığı bir şəhər kimi təsəvvür edirdim. Lakin burada olduqca sadə bir həyat var. Dağların arasında, dənizin sahilində yerləşən bu şəhər yaşılıqları, sakitliyi və təbii gözəlliyi ilə insanı heyran edir. Sahil boyunca uzanan avtomobil yolları daşlarla döşənib. Bu da maşınların sürətlə hərəkət etməsinin qarşısını alır və şəhərin sakit ritmini qoruyur. İnsanlar gecənin gec saatlarına qədər küçələrdədir, hər yerdə bir rahatlıq hiss edilir. Payızın son ayı olmasına baxmayaraq hələ də dənizdə çimmək üçün bura üz tutan turistlər var. 

Mənim Antalyaya gəlmə səbəbim isə tətil deyildi. “Qafqazinfo”nun əməkdaşı olaraq Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda iştirak etmək üçün gəlmişdim. Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı, eləcə də Azərbaycanın Türkiyədəki Mədəniyyət Mərkəzinin dəstəyi ilə 3-5 noyabr tarixlərində keçirilən bu forum, mədəniyyət sahəsində çalışan peşəkarları və dünyanın müxtəlif ölkələrində Azərbaycanı təbliğ edən şəxsləri bir araya gətirdi.

Forumun məqsədi mədəniyyət diplomatiyasını gücləndirmək, diaspor və mədəniyyət nümayəndələri arasında əməkdaşlığı artırmaq idi. Tədbir çərçivəsində çıxışlar, müzakirələr, təqdimatlar, yeni platformaların təqdimatı və gələcək layihələrə dair fikir mübadilələri aparıldı.

Forumun gərgin proqramı arasında az da olsa asudə vaxt tapıb şəhəri gəzməmək mümkün deyildi. Biz də tədbirlər arasında yaranan boşluqlardan istifadə edərək Antalyanı kəşf etməyə çalışdıq. 

Axşam saatlarında getdiyimiz Karaoğlan parkında yerləşən interaktiv ekrana yaxınlaşdıqda, oradakı obraz sənin hərəkətlərini təkrarlayırdı. Şəhərdə quraşdırılmış bu ekran çoxlarının diqqətini cəlb edir. Olduqca maraqlı bir layihədir.

Karaoğlan parkından bir qədər uzaqlaşdıqda isə heykəllərlə dolu başqa bir sahə var. Burada müxtəlif formalı fiqurlar, o cümlədən qurbağa heykəlləri diqqətimi çəkdi. Balaca bir parkda yerləşən bu heykəllər sanki şəhərin ciddiyyətinə bir az yumor qatırdı. İnsanlar burada şəkil çəkdirir, uşaqlar heykəllərin ətrafında oynayırdı.

Şəhərin demək olar ki, hər yerində qreypfrut ağaclarına rast gəlmək olur. Bu ağaclar Antalyanın iqliminə uyğun olduğu üçün həm bəzək, həm də təbiəti qoruma məqsədilə əkilib. Küçələr boyu uzanan ağaclardakı iri, parlaq meyvələr şəhərə tropik bir rəng qatır. Maraqlısı budur ki, bu meyvələr yeyilə biləndir, lakin dadı bir qədər acı olduğundan daha çox ətir və içkilər üçün istifadə olunur.

Növbəti günlərin birində axşam saatlarında getdiyimiz restoranda isə maraqlı mənzərə ilə qarşılaşdıq. Orada ofisiantlar yeməkləri “rolik”lə gətirirdilər. Bu, əvvəlcə diqqətimi çəkdi və məni təccübləndirdi. Lakin sonradan müşahidə etdikcə xoş təəsürat yaratdı. Sanki bu şəhərin rahat və yaradıcı ruhu hər detalda hiss olunurdu. 

Antalyanda diqqətimi çəkən məqamlardan biri də bir marketdə qarşılaşdığım kitab rəfi olmuşdu. Məhsulların arasında yerləşdirən bu rəf çox maraqlı mənzərə yaratmışdı. 

Noyabr ayında Antalyaya gəlməyin bir neçə üstünlüyü var. Hava hələ də isti olduğundan, payız günəşindən zövq almaq və dənizdə çimmək mümkündür. Küçələrdə və hovuz başında olan insanları gördükcə adama elə gəlirdi ki, qarşıdan qış yox, yay fəsli gəlir. Bu səbəbdən çamadanda həm isti gödəkçə, həm də çimərlik üçün geyim götürmək məsləhətlidir. Günorta saatlarında hovuz və dənizdən istifadə edə bilərsiniz, amma səhər və axşam saatlarında hava bir qədər sərin olur.

Turistlərin sayı yay aylarına nisbətən az olduğundan, şəhəri daha rahat gəzə, küçələrdə və parkda sükunəti hiss edə bilərsiniz. Bu aylarda şəhərin təbii gözəllikləri, dağlarla dənizin birləşdiyi mənzərə daha sakit və diqqət çəkici görünür.

Şəhərdə saysız-hesabsız palma ağacları var. Onlar Antalyanın hər küçəsinə tropik bir ruh qatır, şəhəri həm isti, həm də canlı göstərir.

Lakin çatışmazlıqlar da var. Hələ də çimən turistlər olduğundan bəzi sahillərdə və məşhur məkanlarda izdiham hiss oluna bilər. Havanın isti olması gözlənilməz olsa da, bəzən payız yağışları planlaşdırılmış gəzintilərə mane olur.

Ümumilikdə, noyabr ayında Antalyaya səfər həm işgüzar, həm də mədəni səfərlər üçün əlverişli hesab olunur.

Bəli, Antalya mənim sadəcə istirahət şəhəri deyil, mədəniyyətlə nəfəs alan, sakit bir yer kimi yadımda qaldı. Burada hər şey - insanların rahatlığı, ağacların ətiri və heykəllər - sanki bir mesaj verir: mədəniyyət gündəlik həyatın içindədir. Elə Azərbaycan Mədəniyyət Elçiləri Forumunun da əsas məqsədi bu idi - mədəniyyəti həyatın təbii hissəsinə çevirmək və onu sərhədlərdən kənara daşımaq.

Lamiyə Məmmədova 














Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Noyabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri