Sanki göy yarılıb... 41 illik rekord Fotolar Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin İstanbul şəhərində güclü leysan son 41 ilin ən yüksək yağıntı göstəricilərindən birinin qeydə alınmasına səbəb olub. Beykoz rayonunda bir kvadratmetrə 242 kiloqram, Eyüpsultanda 190,5 kiloqram, Sarıyerdə isə 187,9 kiloqram yağıntı düşüb.
“Qafqazinfo” xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) məlumatına görə, şəhərin bir çox ərazisində yağıntının miqdarı bir kvadratmetrə 100 kiloqramı ötüb.
Xüsusilə Bosfor ətrafında və Avropa hissəsinin şimal və mərkəzi rayonlarında bu göstərici 100-230 kiloqram arasında dəyişib. Qeydə alınan rəqəmlər 1985-ci ildən bəri ən yüksək göstəricilər sırasındadır.
Yağışın fəsadlarının aradan qaldırılması üçün 8392 əməkdaş və 2246 nəqliyyat vasitəsi səfərbər edilib. Saat 23:30-a qədər bələdiyyənin müvafiq qurumlarına 6937 müraciət daxil olub.
Güclü yağış səbəbindən 15 metro, tramvay və funikulyor xəttində xidmət saatları uzadılıb. Metrobus marşrutlarının isə səhərə qədər işləyəcəyi açıqlanıb. Bələdiyyənin sosial müəssisələri də çöldə qalan sakinlərin ehtiyaclarını qarşılamaq üçün səhərə qədər açıq olacaq.
İstanbul Fəlakət Koordinasiya Mərkəzi xüsusilə şəhərin Anadolu hissəsində və Bosfor ətrafında yağışın davam edəcəyini bildirib. Cümə axşamı saat 10:00-dək bəzi ərazilərdə bir kvadratmetrə əlavə 50-75 kiloqram yağıntı düşəcəyi, küləyin sürətinin isə saatda 50-80 kilometrə çatacağı gözlənilir.
İBB sakinləri zərurət olmadıqda şəxsi avtomobillərdən istifadə etməməyə, ictimai nəqliyyata üstünlük verməyə, çay yataqlarından və daşqın riski olan ərazilərdən uzaq durmağa çağırıb. Bələdiyyə qruplarının fəsadların aradan qaldırılması üçün gecəboyu çalışacağı bildirilib.











Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 15 Oktyabr 2026 03:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















