“Sanki yanlış məscidi sökürlər, sökülənə oxşamır...” Fotolar
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
İstanbulun Bağçalıevlər rayonunda yerləşən Yayla Məscidi dağılma riski olduğu üçün sökülməsinə qərar verilib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, günbəz və beton konstruksiyasının gözləniləndən daha möhkəm olması səbəbindən söküntü işləri 5 gündür davam edir.
Məlumata görə, 1982-ci ildə istifadəyə verilmiş məscid söküldükdən sonra yerində zəlzələyə davamlı və müasir məscid inşa ediləcək. Yeni məscidin inşasını adı açıqlanmayan xeyriyyəçi şəxsin maliyyələşdirəcəyi bildirilir.
Sosial şəbəkələrdə tarixə qovuşmaqda olan Yayla Məscidinin söküntü prosesinin görüntüləri paylaşılıb. Məscidin sökülməsini birmənalı qarşılamayan sosial şəbəkə istifadəçiləri isə görüntülərə “Sökülməmək üçün sonuna qədər dayanıb”, “Sanki yanlış məscidi sökürlər, sökülənə oxşamır” və s. kimi şərhlər yazıblar.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 25 Sentyabr 2026 16:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















