Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Süni intellekt Avstraliya hökumətinə sızdı

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Sanki ağdamlı olmayanlar da ağdamlı idi… Fotolar

Sanki ağdamlı olmayanlar da ağdamlı idi… Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“…Ağdam çox gözəl idi. Göytəpədə hər tərəf yamyaşıl, torpağı bərəkətli, insanları həyat dolu idi. Məktəbin qabağında düşürdün, sola dönürdün bir qardaşımın evi idi, sonra bir az qabağa gedirdin o biri qardaşımın, oradan da sola dönürdün bacımın. Qağam (red- ata) həyətimizdə elə böyük ikinci ev tikdirmişdi ki, heç oraya köçmək qismət də olmadı…”

Hə, Ağdam yaddaşımda həmişə nənəmin yuxarıda təsvir etdiyi, danışdığı xatirələri kimi canlanırdı - yamyaşıl, cənnət. Hələ uşaq vaxtı saatlarla oturub onun Ağdam haqqında danışdığı hər şeyə qulaq asır, onları yaddaşıma hopdururdum. Gəlin köçüb həmin kənddən çox əvvəl çıxsa da, nənəmin xəmiri orada - Ağdamda yoğrulmuşdu. Hələ 8-9 il bundan əvvəl xəritədə öz evlərini tapıb, quru divarlarını görüb, tanıyıb ağladığı indiyə qədər yadımdadır. Elə qəribə gəlirdi ki, quru divardan, 3-4 daşdan, hətta yolayrıcından bir evi tanımaq…

Ağdama getdiyimi öyrənib yolda zəng etdi. “Bilirsən, qatar Göytəpədən keçir. Yolun qıraq tərəflərindən bizim evlər başlayırdı. Orada birindən soruşarsan da Göytəpə haradan başlayır, desinlər sənə. Çəkib göndərə bilərsən?”- nənəmin verdiyi sual elə qəribə gəldi ki… Səsindəki o nisgildən utanıb heç soruşa da bilmədim ki, sağ tərəf, ya sol tərəf? Heç deyə də bilmədim ki, onlar da bilmir, nənə, Göytəpə haradan başlayır… 

Təzəkəndlə Ağdamın arası düz 20 dəqiqəlik yol idi. O həmin 20 dəqiqədə bir ümid həm sağı çəkdim, həm də solu…

O daşı daş üstündə olmayan Ağdamı görəndə gözlərimə inana bilmədim. Bəs hər tərəf yaşıllıq idi? Bəs həyat qaynayırdı Ağdamda? Məktəbin qabağı? Harada idi o məktəb? Bəs görən hansı daş divar idi o bizim evimizin, ailəmizin doğma evləri? Başımı qatarın pəncərəsinə söykəyib, içimdə milyon hisslə gedirdim Ağdama. 

Sonra yeni tikilən körpünü, salınan yolları, hələ yeni-yeni tikilən evləri, evlərin qarşısında zivədən asılan paltarları gördüm. Yolun solunda yeni nəfəslər, sağında isə hələ yeni nəfəsə, insan əməyinə möhtac quru torpaqlar var idi. Bir də həmin quru torpaq arasında baş qaldıran bir şəhidin fotosu…

Birdən bələdçi xanımın “Çatırıq, 5-6 dəqiqə qalıb” deməyinə dik atılıb, gözümü pəncərədən çəkdim. Səhərdən özümü toxtasam da, indi həyəcandan əllərim əsirdi. İlk Qarabağ səfərim - özü də Ağdama…

Sonra o səsi eşitdim: “Ağdam stansiyası. Sonuncudur…”

Alqış sədaları, sevinc pıçıldaşmaları ilə qatardan düşdük. Hamının üzündə təbəssüm var idi. İndi sanki ağdamlı olmayanlar da ağdamlı idi… 

Qatardan düşüb ətrafa baxdım. Burada - 32 il sonra yenidən fəaliyyəti bərpa olunan həmin vağzalda idik. İçəriyə keçib ölkədə ilk olan - həm avtovağzal, həm də dəmiryol vağzalı kimi fəaliyyət göstərəcək məkanı gəzməyə başladıq. İkinci mərtəbədə fəaliyyət göstərən restoranın eyvanına çıxıb ətrafa baxdım. Vağzalın arxa tərəfində daşı daş üstündə olmayan evlərin qalıqlarını, bir az da irəlidə yeni tikilən binaları gördüm. Sonra asta səslə pıçıldadım: “Ağdam gözəlləşir. Ağdam mütləq gözəlləşəcək!..”

Aşağı düşüb vağzalın çıxış hissəsinə gedəndə musiqiçilərin tar-kamanı köklədiyini gördüm. Az sonra oranı bir səs bürüdü:

“Anadır arzulara hər zaman Qarabağ, 

Danışan dil-dodağım tar, kaman Qarabağ. 

Qarabağ, can Qarabağ, ana yurdum…”

Hamı illərin həsrəti ilə dodağının altında bu mahnını zümzümə edirdi.

Oradan kənarlaşıb vağzalın həyətinə çıxdım. Bu ilin payızında Ağdam şəhərinə ilk köç olacağı yadıma düşəndə burada həyatın necə qaynar olacağını təsəvvür etdim. Ağdam həm də səs-küylə gözəlləşəcək, qaynar nəfəslə cücərəcək.

“Yurda addım-addım dönür dualar -

Tanrı dərgahına qayıdan kimi...”

Yavaş-yavaş platformanın kənarında addımlayıram. Qatarın Bakıya düşmək vaxtı yaxınlaşdıqca vağzal dolu sərnişinləri müşahidə edirəm. İllərdir bu anın həsrəti ilə qovrulan ürəklər, indi ümidlə parıldayırdı.

Keçib yerimə əyləşdim. Qatar Bakıdan Ağdama, Ağdamdan da Bakıya təkcə sərnişin daşımırdı. Vaqon dolu sevgi, vaqon dolu sevinc, vaqon dolu ümid daşıyırdı...

“Sən bizi ümidsiz qoymadın, Allah,

Bilirdik...

Ayrılıq bitəcək bir gün.

Didərgin ruhların keşik çəkdiyi

Ağdama qatar da gedəcək bir gün...”

Mədinə Useynova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see206

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see199

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see191

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see184

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see176

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri