Icma.az
close
up
RU
Sanksiyalar da köç edəcək... Rusiya beynəlxalq ixrac qabiliyyətini Qərbdən Şərqə doğru dəyişir

Sanksiyalar da köç edəcək... Rusiya beynəlxalq ixrac qabiliyyətini Qərbdən Şərqə doğru dəyişir

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri 2028-ci ilə qədər Rusiya nefti və qazından imtina planını razılaşdırıblar. Aİ səfirləri qanun layihəsini nazirlərə təsdiq üçün təqdim etməyə qərar veriblər və bu, 20 oktyabrda keçiriləcək iclasda müzakirə ediləcək. Qanunun əsas müzakirə mövzularından biri maye qaz ixracatçılarının Avropaya tədarükləri üçün əvvəlcədən icazə almaları və qazın rus mənşəli olmadığının təsdiqlənməsi üçün Avropa limanlarında gömrük yoxlamasından keçmələri olacaq.

Məsələ ilə bağlı Bizimyol.info portalına açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, Avropa İttifaqının məqsədi Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatlarda iqtisadi gücünü zəiflətməkdir: “Avropa İttifaqının (Aİ) Rusiyanın enerjidaşıyıcıları ilə bağlı bugünə kimi qəbul etdiyi qərarlar birbaşa 2022-ci il Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Ukrayna xalqının qarşılaşdığı milli faciə ilə bağlıdır. Təbii ki, Rusiyanın enerjidaşıyıcılarının beynəlxalq ixrac qabiliyyətinin məhdudlaşdırılması birbaşa Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlıdır. Avropa ittifaqı artıq Rusiyanın Beynəlxalq ixrac qabiliyyətinin məhdudlaşdırılmasına qarşı 18 sanksiya paketi qəbul edir. İndi 19-cu sanksiya paketinin qəbul edilməsi gözlənilir. Bu sonuncu 19-cu sanksiya paketidir. Rusiyanın enerjidaşıyıcılarının Avropa İttifaqı ölkələrinə ixracının məhdudlaşdırılmasına hesablanmış sanksiya paketidir ki, bu 119-a yaxın Rusiyanın enerjidaşıyıcılarını daşıyan tankerləri əhatə edəcək və eyni zamanda iki şirkət - “Qazprom” neft və “Rosneft” şirkətləri bundan hədəfə alınacaq. Bundan əvvəl Surqut neft-qaz və digər şirkətlərə sanksiyalar tətbiq edilmişdir. 19-cu sanksiya paketində də Rusiyanın mayeləşmiş təbii qazın 2027-ci ilə kimi Avropa İttifaqı ölkələrinə idxalı dayandırılacaqdır. Bu mərhələli şəkildə həyat keçirilən bir sanksiya paketidir.

Qeyd edim ki, Rusiyanın enerjidaşıyıcılarının böyük bir əksəriyyəti, o cümlədən təbii qaz, xam nefti, eyni zamanda Rusiyanın ayrı-ayrı neft məhsulları əsasən Avropa İttifaqının müştəri bazarlarına daxil olmuşdur. İndiki sanksiyalar 2027-ci ilə kimi Rusiya neft məhsullarının və təbii qazının, həmçinin mayeləşmiş təbii qazın Avropa İttifaqı bazarlarına daxil olmasını qadağan edəcəkdir. Məqsəd yalnız birdir. Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatlarda iqtisadi gücünü zəiflətməkdir. Təbii ki, bu sanksiyalar da öz nəticəsini verəcək. Çünki Rusiyanın enerjidaşıyıcıları Qərbdən Şərqə doğru yerdəyişməsi bir az çətindir, çünki hazırda Rusiya əsasən xam nefti Çin Xalq Respublikasına, Hindistana, Tayvana və Türkiyəyə ixrac edir. Bunun da qarşısı alınacaqdır. Ona görə ki, həm Hindistanın, həm Çinin özəl neft emalı zavodları və eyni zamanda enerji şirkətləri artıq sanksiyalarla üzləşmək ərəfəsindədir”.

Zəfər Vəliyev

Zəfər Vəliyev qeyd edib ki, Rusiyanın enerji şirkətləri çox ciddi problemlərlə üzləşəcək: “Mən hesab edirəm ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaların sərtləşməsi birbaşa beynəlxalq ixrac qabiliyyətinin get-gedə zəifləməsi ilə nəticələnəcək. Ona görə ki, 2019-cu ilə kimi Rusiya Avropaya bir neçə istiqamətdə təbii qaz ixrac edirdi. “Şimal axını-1”, ixrac kəməri ilə “Şimal axını-2” ixrac kəməri artıq sənaye istismarına verilmə ərəfəsində idi. Bu iki kəmərin birlikdə ixrac gücü 120 milyard kub metrdən yuxarı idi, həmçinin Avropa qaz kəməri Belarus və Polşa üzərindən keçərək Almaniya Federativ Respublikasına daxil olurdu. Bu kəmərin də illik ötürücülük gücü 33 milyard kubmetrdən yuxarı idi. İkinci, böyük bir ixrac gücü Ukrayna üzərindən ixracı nəzərdə tutulan qaz kəməri idi ki, onun da tranzit müqavilə müddəti artıq 2025-ci ilin yanvar ayının 1-də başa çatdı. Yalnız Rusiya “Türk axını-2” ixrac kəməri vasitəsi ilə Cənubi və Mərkəzi Avropa ölkələrinə qaz ixracı həyata keçirildi ki, bu kəmərin də ötürücülük gücü 16 milyard kubmetrdən bir az yuxarı idi. Son dövrlər 2024 və 2025-ci illərdə Rusiya Avropanın digər ölkələrinə əsasən mayeləşmiş təbii qaz ixracını artırmışdır. Bu ixrac imkanları da indiki sanksiya paketi vasitəsi ilə tam məhdudlaşdırılacaq. Məqsəd Rusiyanın Beynəlxalq ixrac qabiliyyətini zəiflətməklə onun ixracdan əldə etdiyi əlavə gəlirlərdən məhrum etməkdir. Bu təbii ki, bu mexanizm əgər tam gücü ilə işə düşərsə, onda hesab edirəm ki, Rusiyanın enerji şirkətləri çox ciddi problemlərlə üzləşəcək”.

Ekspert vurğulayıb ki, Rusiyanın demək olar ki, beynəlxalq ixrac qabiliyyəti məhdudlaşacaq:“Son dövrlər artıq Ukrayna Silahlı Qüvvələri Rusiyanın əsasən neft-qaz enerji təsisatlarını, ixrac güclərini, eyni zamanda neft emalı zavodlarını, neft kimya zavodunu hədəfə alıb. Bu artıq onun nəticəsini göstərir. Rusiyanın 12-dən yuxarı böyük neft emalı zavodları demək olar ki, sıradan çıxarılıb. İndi son statistik rəqəmlərə görə sutkalıq 1 milyon barel neft artıq emaldan kənarda qalıb. Son statistik rəqəmlər onu göstərir ki, Rusiya zavodunun gündəlik emal gücü 28-dən yuxarı təxminən 4 milyon 800 min barelə düşüb. Bu olduqca aşağı göstəricidir. Hərbi əməliyyatların gedişi nəticəsində ola bilər ki, Rusiyanın digər neft emalı zavodları da Ukrayna Silahlı Qüvvələrinin hədəfinə çevrilsin. Bütün bunların fonunda qarşıdakı illərdə, aylarda Rusiyanın demək olar ki, beynəlxalq ixrac qabiliyyəti məhdudlaşacaq.

Burda yeganə bir məsələ var ki, alternativ mənbələrin də formalaşdırılmasına ehtiyac var. Yəni Avropa İttifaqı özünün enerji təhlükəsizliyini təmin etməklə bağlı mənbələrin şaxələnməsinə əlavə təsisatçıların tapılmasına və onlarla uzunmüddətli enerji təchizatı ilə bağlı müqavilələr bağlanmasına ehtiyac var. Buna necə nail olacaqlarsa artıq bu qarşıdakı illərin məsələsidir. Çünki Rusiya həm boru kəməri qazı, həm mayeləşmiş təbii qazından mərhələli şəkildə imtina digər alternativ mənbələrin inkişaf etməsini də qaçılmaz edir. Burda əsasən ABŞ-nin Avropa bazarlarına göndərdiyi mayeləşmiş təbii qaz həcmlərinin artırılmasına üstünlük verilir. Avropada mövcud mayeləşmiş təbii qaz terminallarının illik emal gücü 220 milyard kubmetrdən yuxarıdır. Amma tam gücüylə işləyə bilmir. Maksimum xammalla yüklənmə 74 %-dir. Lakin bu rəqəmə də çıxış bir az çətindir. Mayeləşmiş təbii qazın emalı kifayət qədər əlavə xərclər tələb edir. Yəni boru kəməri qazının üstünlüyü mayeləşmiş təbii qazdan üstünlüyü ondan ibarətdir ki, boru kəməri qazının təkrar emalına elə bil maddi vəsaitin yönəldilməsi tələb edilmir. Maksiumum Avropadakı mayeləşmiş təbii qaz güclərini terminalların xammalla yüklənmməsi maksimum 53-54 % civarındadır. Bu baxımdan düşünürəm ki, əlavə mənbələrin tapılmasına da ehtiyac yaranacaq.

Boru kəmərinin həcmlərinin qaldırılması ilə bağlı vaxtında Azərbaycanla danışıqlar aparılıb. Əlcəzairlə və digər təsisatçı ölkələrlə danışıqlar aparılır. Hansı ölkələr ki, Avropaya qaz ixracında müəyyən təcrübəyə malikdirlər. Düşünürəm ki, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar artıq öz nəticələrini verməkdədir. Bu, Avropa İttifaqı ilə məhdudlaşmayacaq. Eyni zamanda qeyd etdiyim kimi, Rusiya özünün beynəlxalq ixrac qabiliyyətini Qərbdən Şərqə doğru dəyişir. Burda kifayət qədər infrastruktur problemləri var. Mürəkkəb logistik problemlərlə üzləşilir. Bütün bunların fonunda eyni zamanda Rusiyanın enerji daşıyıcılarını idxal edən Çin, Hindistan və digər Asiya ölkələri qarşıdakı illərdə sanksiya hədəfinə tuş gələcək. Burda söhbət təkcə təbii qazdan, mayeləşmiş təbii qazdan, neft-kimya məhsullarından, neft məhsullarından, xam neft idxalından getmir. Bütövlükdə Rusiyanın enerjidaşıyıcıları ilə bağlı beynəlxalq ixrac qabiliyyəti həm Avropa istiqamətinə, həm Asiya istiqamətinə doğru məhdudlaşdırılacaq.

Son nəticə olaraq mən düşünürəm ki, Rusiyanın çox qısa müddətdə enerji sektorunun çox ciddi maliyyə problemləri ilə və həmçinin hasil edilən karbohidrogen yanacaqlarının satış bazarlarının tapılması baxımından çox ciddi problemlər yaşanacaq”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Oktyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see210

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see184

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see182

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see159

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see144

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see140

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see139

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see138

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see138

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see136

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see136

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see129

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see124

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see122

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri