Icma.az
close
up
RU
Böyük Zəfərə aparan yol

Böyük Zəfərə aparan yol

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev bütün mənalı həyаtı və fəаliyyəti bоyu yаlnız bir müqəddəs vəzifəyə хidmət еtmişdir. Bu оnun həyаtının аmаlı оlаn Аzərbаycаnçılıq idеyаlаrı, Аzərbаycаn dövlətinə, хаlqınа хidmət idi. İstər sоvеt dövrü оlsun, istərsə də müstəqillik illəri, fərqi yох idi – dahi şəxsiyyət Hеydər Əliyеv hər zаmаn və hər yеrdə Аzərbаycаn üçün çаlışır, ən böyük qаyəsini milliliyin, həmrəyliyin qоrunub sахlаnılmаsındа görürdü. Аzərbаycаn tаriхinin 1969-cu ildən bəri yаşаnаn dövrü Ulu Öndərin аdı ilə sıх bаğlıdır və tаriхimizə Hеydər Əliyеv еpохаsı kimi əbədi həkk оlunmuşdur. Bu dövrün isə Аzərbаycаnın gələcək tаriхi tаlеyi bахımındаn bаşlıcа məzmunu Аzərbаycаnçılıqdır. Dahi şəxsiyyət Heydər Əliyev milli ideologiyamızın əsas prinsiplərini müəyyənləşdirməklə bərabər, onların həyata keçirilməsinə də şəxsən özü nəzarət edirdi. Ulu Öndərin Azərbaycan cəmiyyətində həmrəylik hisslərinin möhkəmlənməsi, dünya azərbaycanlılarının birliyi yolunda apardığı çoxsahəli fəaliyyət də bizim üçün əvəzsiz bir dərsdir. Onun milli siyasət konsepsiyasında dünya azərbaycanlıları ilə iş prioritet istiqamət, taleyüklü xətt kimi müəyyənləşdirilmişdi. Ümummilli Liderimiz öz çıxışlarında XX əsrdə xalqımızın əldə etdiyi tarixi qələbəni – müstəqilliyimizin qorunub saxlanılmasında xalqın milli şüurunun güclü şəkildə oyanmasını və vətənpərvərlik şüuruna çatdırılmasını dönə-dönə təkrar edirdi: “Vətənpərvərlik nədir? Vətənpərvərlik böyük məfhumdur. Bu sadəcə, orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər gənclər yetişdirilməsi təkcə təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq, ailədən başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir, bütün cəmiyyətin, onun hər bir üzvünün əməlindəki müsbət nümunələrlə yetkinləşir”.
Azərbaycan xalqının ən mühüm milli-mənəvi dəyərlərindən biri öz doğma yurduna bağlılığıdır. Ölkəmiz təkcə bu ərazidə yaşayan, yaradan və fəaliyyət göstərən azərbaycanlıların deyil, dünyanın hər yerində yaşayan azərbaycanlıların əzəli Vətənidir. Bütün varlığı, ruhu, duyğuları ilə xalqına, Vətəninə bağlı olan, ömrünü milli dövlətçilik ideologiyasının inkişafına və bərqərar olmasına həsr edən, Azərbaycanı qarış-qarış qurub inkişaf etdirən Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin təşəkkülünə, həmçinin milli mənlik və milli kimlik şüurumuzun inkişafına da təkan verdi.
Genişmiqyaslı layihələri, çoxşaxəli fəaliyyəti ilə hər bir azərbaycanlının ruhuna, duyğusuna vətənpərvərlik toxumları səpən Ümummilli Liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik şüuru, dil, mədəniyyət, vicdan azadlığı, iqtisadiyyat, elm konsepsiyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Dahi rəhbərin milli şüur – vətənpərvərlik şüuru elmi konsepsiyası bu gün yeni mahiyyət almış, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza Vətən sevgisi, Vətən birliyi, Vətən bütövlüyü aşılamışdır. Ulu Öndərin fikrincə, Vətən yalnız insanların toplumu olan, sadəcə, coğrafi ərazi deyil, Vətən hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq, şan-şöhrəti, namusu, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, qüdrəti, əbədi səcdəgahıdır. Səməd Vurğunun “Azərbaycan” şeirini söyləyərkən Ulu Öndərin necə kövrəldiyinin hamımız canlı şahidiyik. Bugünkü müasir, müstəqil Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin bizlərə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır.
Bu gün Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında dünyaya sürətli inteqrasiya yolundadır. Bu inteqrasiya xalqımızın öz tarixi keçmişinə bağlılığı kontekstində baş verir. Sevindirici haldır ki, Ulu Öndərimizin bu sahədə müəyyənləşdirmiş olduğu ənənələr müqəddəs bir miras kimi yaşadılır, qorunur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi strateji inkişaf kursunun uğurları sayəsində Azərbaycan bu gün çağdaş tarixinin intibah mərhələsinə qədəm qoymuş, müstəqil dövlətimiz iqtisadi inkişaf potensialına görə lider ölkəyə çevrilmiş, beynəlxalq siyasi münasibətlərdəki mövqeyi möhkəmlənmişdir.
Bu gün hamımız Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin ideyalarının həyatda gerçəkləşdiyinin şahidləriyik. Bu inkişafda dönə-dönə heyrətlə şahidi oluruq ki, Ümummilli Liderimiz xalqı, Vətəni üçün bir insan ömrünə sığmayan böyük işlər görmüşdür. Bunlardan biri də milli ideologiyamızın yaradılmasıdır. Ümumiyyətlə, Ulu Öndər fəaliyyəti boyu nə iş görübsə, orada Azərbaycançılıq ideyasının izləri var. Bu ideyalar müstəqillik illərində daha da inkişaf etmiş, formalaşmış, müstəqil dövlətimizin dayaqlarına çevrilmişdir.
Azərbaycan xalqı bu gün çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları qürur və sevinc hissləri keçirirlər. Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun 27 sentyabr 2020-ci il tarixdən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı Qarabağı azad etməklə çağdaş tariximizə şanlı səhifə yazdı. Tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi.
Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyəti hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir. Dövlət başçımızın işğaldan azad olunmuş Qarabağın rayonlarına səfərləri, möhtəşəm Xudafərin körpüsü üzərində, Qarabağ şəhərlərində müqəddəs üçrəngli Azərbaycan Bayrağını öpüb yüksəkliyə qaldırması hər bir azərbaycanlının iftixar etdiyi əsl vətəndaşlıq, əsl vətənpərvərlik örnəyidir.
Bu müharibənin milli dövlətçilik tariximizdəki müstəsna rolu nəzərə alınaraq ölkə Prezidentinin müvafiq sərəncamları ilə müharibənin başlandığı 27 sentyabrın Anım Günü, müharibənin gedişində dönüş nöqtəsi sayılan Şuşanın azad olunduğu 8 noyabrın “Zəfər Günü” kimi təntənəli şəkildə qeyd olunması qərara alındı. Bu tarixi zəfər, eyni zamanda Azərbaycan xalqının, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, millətimizin Vətən, dövlət, dövlətçilik, milli bayraq sevgisini, dövlət başçısı və xalq birliyini parlaq şəkildə nümayiş etdirdi.
İndi işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Ərazilər minalardan təmizlənir, yeni yollar salınır, körpülər, tunellər tikilir, yeni elektrik stansiyaları qurulur, innovativ layihələr həyata keçirilir. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta, həm də düşmənə göstərməkdədir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir. Çox şükürlər olsun ki, Azərbaycan Prezidentinin müdrik siyasəti, ordumuzun qətiyyəti sayəsində bizim bayrağımız Laçında, Şuşada, Xocalıda, Xankəndidə dalğa¬lanır.
44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı, haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarixboyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi həm də milli birliyə və həmrəyliyə, milli-mənəvi dəyərlərə və milli özünüdərkə söykənən Heydər Əliyev ideologiyasının alternativinin olmadığını bir daha ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandığı misilsiz uğurlar məhz Prezident İlham Əliyev siyasətinin təntənəsidir və Ulu Öndərin əbədiyaşar ideyalarından qaynaqlanır.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see340

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see310

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see280

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see217

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see210

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see200

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see196

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see187

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see179

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see173

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see171

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see162

UEFA Konfrans Liqası: Qarabağ Tvente yə qarşı

20 Avqust 2026 08:45see158

44 illik sevgilisi ilə 141 milyonluq mirasa görə evlənəcək Fotolar

20 Avqust 2026 05:49see158

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see157

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see155

Avro və rubl bahalaşdı

20 Avqust 2026 09:13see154

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see151

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see141

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri