Icma.az
close
up
RU
Şanlı zəfərin təcəssümü 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi

Şanlı zəfərin təcəssümü 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Biz – bu torpaq uğrunda həyat yoldaşlarını və övladlarını şəhid vermiş ailələr hər il Kəlbəcər şəhəri gününü xüsusi qürur və kövrəkliklə qarşılayırıq.  Kəlbəcər  bizim üçün hər qarışı şəhid qanı ilə yoğurulmuş müqəddəs bir əmanətdir.
“Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” deməkdir. Bu qədim diyar minilliklər boyunca türk mədəniyyətinin, atəşpərəstliyin, xristianlığın və VII əsrdən başlayaraq İslamın izlərini yaşadan saysız abidələri ilə Azərbaycan tarixinin canlı salnaməsidir. Bu torpaq üzərində 30 min ildən artıq yaşı olan yaşayış məskənləri, 6 min illik qaya təsvirləri, qədim türk əlifbasının nümunələri və Tərtər çayı boyunca düzülmüş süni mağaralar mövcuddur.
Azərbaycanın ən yüksək dağ rayonlarından olan Kəlbəcər həm təbiəti, həm sərhədləri, həm də strateji mövqeyi ilə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Qədim yurdumuz işğaldan əvvəl 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsini özündə birləşdirən böyük yaşayış məkanı idi.
1993-cü ilin 2 aprelində Ermənistan ordusu tərəfindən işğal edilən Kəlbəcərdə yüzlərlə dinc sakin qətlə yetirildi, onlarla ailə əsir götürüldü və itkin düşdü. 53 mindən çox əhali isə öz doğma yurd-yuvasından didərgin salındı. Kəlbəcərə aid məktəblər, xəstəxanalar, klub və mədəniyyət evləri, muzeylər, tarixi abidələr, minlərlə ev və təsərrüfat dağıdıldı, sərvətlər talan edildi. Bütün bunlar yalnız kəlbəcərlilərin deyil, bu torpaq uğrunda canından keçən şəhidlərin ailələrinin də qəlbində dərin iz qoydu.
BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin azad olunmasını tələb edən 822 nömrəli Qətnaməsinin illərlə icra olunmaması, Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti və beynəlxalq qurumların susqunluğu bu haqsızlığın uzanmasına səbəb oldu.
Lakin 2020-ci il Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, Ordumuzun gücünü və Ali Baş Komandan İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Müharibənin ilk günlərindən etibarən Kəlbəcərin şimal hissəsinin strateji yüksəklikləri Ordumuzun nəzarətinə keçdi. Bu isə düşmənin Basarkeçər-Kəlbəcər yolundan istifadəsini iflic etdi. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan Ordusu bu istiqamətdə Ermənistan ordusunun hərəkətini “demək olar ki, tamamilə məhdudlaşdırdı”. Bu uğurlar müharibənin gedişinə ciddi təsir göstərdi.
Şanlı Qələbəmiz nəticəsində imzalanmış 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanat Kəlbəcərin 25 noyabr tarixində Azərbaycana qaytarılmasının hüquqi əsasını yaratdı. Kəlbəcər işğaldan azad olunarkən qeyri-qanuni məskunlaşan ermənilərin evləri yandırması, əkin sahələrini, meşələri, bağları məhv etməsi bir daha erməni vandallığının bütün çılpaqlığını dünyaya nümayiş etdirdi.
Bu gün Kəlbəcər yenidən dirçəliş dövrünü yaşayır. 2020-ci ilin noyabrında təsis olunan “Kəlbəcərin azad olunmasına görə” medalı ilə 9455 hərbi qulluqçunun təltif edilməsi bu torpağın uğrunda can qoyan qəhrəmanların əməyinə verilən yüksək dəyərin göstəricisidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd olunması isə bu diyarın dirçəlişinin rəsmi simvoluna çevrildi.
Bu gün Kəlbəcərin 2040-cı ilə qədər olan Baş Planı əsasında şəhər müasir konsepsiya ilə yenidən qurulur. Yaşayış fondunun iki dəfədən çox artırılması, 4 məktəb, 4 uşaq bağçası, xəstəxanalar, muzeylər, parklar, geniş yaşıllıq zonaları, yeni yollar və kommunikasiya xətləri Kəlbəcərin gələcəyini daha parlaq edir.
Artıq şəhərdə yüzlərlə ailə üçün yaşayış kompleksləri tikilib, köçürülmə prosesinə start verilib. 81 ailənin Kəlbəcərə qayıtması, 524 ailəlik böyük məhəllənin inşası, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması, bu kəndlərə ümumilikdə minlərlə ailənin köçürülməsi biz şəhid ailələri üçün ən böyük sevincdir. Çünki şəhidlərimizin ruhu doğma yurdlara həyat qayıtdıqca daha çox şad olur.
Kəlbəcərdə aparılan böyük infrastruktur layihələr də dirçəlişin əsas dayaqlarıdır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 87 faizinin hazır olması, dünyanın ən uzun avtomobil tunellərindən biri olan Murovdağ tunelinin inşası, Kəlbəcər-Laçın yolunun çəkilişi artıq bölgənin inkişafını yeni mərhələyə çıxarır.
Enerji infrastrukturu da tam bərpa olunur – Meydan, Çıraq-1, Çıraq-2, Soyuqbulaq, Aşağı Vəng, Nadirxanlı və digər Kiçik Su Elektrik Stansiyaları bölgəyə yeni nəfəs verir.
Kəlbəcərin dünyaca məşhur brendi olan “İstisu” artıq yenidən Azərbaycan xalqına xidmət edir. Müalicə-istirahət kompleksi, otellər, SPA mərkəzi və 100 milyon şüşəlik istehsal gücünə malik mineral su zavodu bu diyarı regionun iqtisadi və turizm mərkəzinə çevirir.
Müzəffər Ali Baş Komandanın Kəlbəcərə etdiyi ardıcıl səfərlər isə bu torpağın bərpasına verilən diqqətin göstəricisidir. Dövlətimizin başçısı hər səfərində yeni obyektlərin açılışında, elektrik stansiyalarının işə düşməsində, yaşayış komplekslərinin açılışında iştirak edir. Bu, Kəlbəcərin dirçəlişinin şəxsən Prezident tərəfindən idarə olunduğunu nümayiş etdirir.
Biz şəhid ailələri üçün Kəlbəcərin bərpası yalnız bir rayonun yenidən qurulması deyil, bu şəhid övladlarımızın arzularının gerçəkləşməsi, onların qanı bahasına azad olunmuş torpaqda həyatın yenidən çiçəklənməsidir. 
25 noyabr – Kəlbəcər şəhəri günü bizim üçün həm qürur, həm kədər, həm də gələcəyə sonsuz inam günüdür.
Təhminə Vəliyeva
Şəhid İlqar Vəliyevin həyat yoldaşı, Abşeron rayon sakini
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Noyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri