Icma.az
close
up
RU
Kəlbəcər Şəhəri Günü şanlı Zəfərimizin təcəssümüdür KONKRET

Kəlbəcər Şəhəri Günü şanlı Zəfərimizin təcəssümüdür KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılmasından sonra ölkəmizin həyatında başlanan yeni mərhələnin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası, Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Azərbaycan şanlı Qələbəmizin ilk günündən təkmil dirçəliş modeli ilə dünyanın diqqətində oldu. Tarixi sahibinə qovuşan  torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün son beş ildə  6 şəhərin, 2 qəsəbənun və 20-dən artıq kəndin doğma sakinlərinə qovuşduğunu yada salmaq kifayətdir. Bu şəhərlərdən biri də  Kəlbəcərdir.

Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımları sırasında xüsusi əhəmiyyət kəsb edən işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına uyğun olaraq 25 noyabr Kəlbəcər Şəhəri Günüdür. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən Kəlbəcər, Ağdam və Laçın bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Həmin sənəddə bu ərazilərimizin boşaldılması günləri də qeyd edilmişdir. Kəlbəcərin 15 noyabr tarixində boşaldılması nəzərdə tutulsa da qarşı tərəf əlavə 10 gün vaxt istədi. Kəlbəcər rayonu noyabrın 25-də  Azərbaycana təhvil verildi.  Kəlbəcər şəhəri də daxil olmaqla rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər simasının və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri boşaldan işğalçılar rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Bu yurdun əzəli və əbədi sakinləri olan azərbaycanlılara qalmaması üçün evlərə, bağlara və digər mülki obyektlərə od vuranlar öz vəhşi xislətlərini nümayiş etdirdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini  dünyaya təqdim etdi. ictimaiyyətinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Kəlbəcər rayonu 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüş və itkin düşmüşdür. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu.  Onlarla tarixi-mədəniyyət abidəsi, məktəb, uşaq bağçası, kitabxana,  klub,  mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi,  xəstəxana,  tibb məntəqəsi, yüzlərlə inzibati bina, minlərlə mənzil, maşın, texnika və s. talan edilmiş, dağıdılmış, rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Beynəlxalq hüquqa, BMT-nin əsas prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanılmışdı.

Vüqar Rəhimzadə vurğulayıb ki,  bu günlər işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də bərpa-quruculuq dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər rayonuna 2021-ci ilin 16 avqust tarixində reallaşdırdıqları ilk səfər burada Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Ötən beş ildə Prezident İlham Əliyev bu rayona 7 səfər edib. Hər bir səfər mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi, görülən işlərlə tanışlıq ilə yadda qalıb. Dövlətimizin başçısı Kəlbəcərə ilk səfəri zamanı “Ermənilər 30 il ərzində bizim torpaqlarımızı ancaq istismar edirdi, təbii sərvətləri talayırdı, evləri dağıdırdı, sökürdü. Sonra da deyirdi ki, bura erməni torpağıdır. Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq. Düşməni torpağımızdan qovaraq, düşmən ordusunu məhv edərək, qəhrəmanlıq, fədakarlıq göstərərək qayıtmışıq” söyləyərək onu da qeyd etmişdir  ki, Kəlbəcər  təbiət nöqteyi-nəzərdən ən gözəl rayonlardandır. Ermənilər təbiətimizə nə qədər ziyan vursalar da, onu tam məhv edə bilmədilər.

 Millət vəkili Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işlərindən geniş bəhs edərək bildirib ki, Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Kəlbəcər şəhərinin  işğala qədərki son Baş planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min kv.m təşkil edəcək ki, bunun da böyük hissəsi  fərdi yaşayış evlərinin, 46 min kv.m-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə  təmin olunması nəzərdə tutulub. Şəhərdə həmçinin  məktəb, uşaq bağçasının,  2 xəstəxananın,  reabilitasiya mərkəzinin, İşğal və Zəfər muzeylərinin, mehmanxanaların, müxtəlif ictimai-iaşə obyektlərinin və idman meydançalarının tikintisi planlaşdırılır. Plana əsasən, şəhər ərazisinin 22 faizi  yaşıllıqlardan ibarət olacaq. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi tikiləcək. Yaşayış məhəlləsi 19,5 hektar ərazidə layihələndirilib. Artıq kompleksdə dördmərtəbəli 6 bina, həmçinin “townhouse” tipli ikimərtəbəli 39 ev də inşa olunub. İkinci mərhələdə bu kompleksə 323 ailənin köçürülməsi planlaşdırılır. Bunun üçün isə müxtəlif tipli dördmərtəbəli 16 çoxmənzilli yaşayış binası, “townhouse” tipli ikimərtəbəli 57 ev inşa olunacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin 21 avqustunda Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər.  20 ailəyə mənzillərin açarları təqdim edildi.  Bu günədək  Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb.

Vüqar Rəhimzadə vurğulayıb ki,  görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini nümayiş etdirir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilib. İşıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. Kəlbəcər  artıq canlanır, buraya həyat qayıdır.

Millət vəkili bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşündə qeyd etdiyi kimi, biz düşməndən qisasımızı döyüş meydanında aldıq. Biz bir daha xalqımızın böyüklüyünü göstərdik. Onların bizə etdiklərini biz onlara etmədik. Halbuki onların etdikləri heç vaxt yaddaşımızdan silinməyəcək. O cümlədən kəlbəcərlilərə qarşı edilən hərbi cinayətlər, soyqırımı, Xocalı soyqırımı, digər bölgələrdən olan vətəndaşlarımıza qarşı düşmənçilik, ədavət və vəhşilik heç vaxt yaddaşımızdan silinməyəcək və silinməməlidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə görülən bərpa-quruculuq işlərinin miqyası böyükdür. Soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı, burada yeni həyata başlaması hər birimizi sevindirir. Dövlət başçısı İlham Əliyevin “Bizim işimiz quruculuqdur” çağırışı Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün nəzərdə tutulan hədəflərin reallıqda öz əksini tapması ilə təsdiqlənir. Bu mərhələ üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir. Azərbaycanın gücü, potensial imkanları bu hədəfə yüksək səviyyədə nail olunmasını təmin edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Noyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see305

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see284

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see229

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see221

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see163

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see153

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see144

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see143

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see142

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see136

Ukrayna Rusiyanın əsas mövqelərinə zərbələr endirdi Əməliyyat kadrlarlı

23 Noyabr 2025 20:06see135

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see135

Merzdən Ukrayna ilə bağlı bəd xəbər

23 Noyabr 2025 19:15see134

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see128

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see128

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see128

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see128

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see128

Hazırda İran və ABŞ arasında vasitəçilikdən söhbət getmir

23 Noyabr 2025 14:47see127

ÜST nin Çərçivə Konvensiyasının növbəti konfransı İrəvanda keçiriləcək

23 Noyabr 2025 17:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri