Icma.az
close
up
RU
Şanlı zəfərin təcəssümü 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi ŞƏRH

Şanlı zəfərin təcəssümü 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncama əsasən, hər il noyabrın 25-i Kəlbəcər Şəhəri Günü kimi təsis edilmişdir. Bu mühüm qərar 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin əbədiləşdirilməsi, işğaldan azad olunmuş şəhərlərimizin şanlı tarixinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Kəlbəcər Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə, əsrarəngiz təbiətə və böyük strateji əhəmiyyətə malik bölgələrindən biridir. Dağlar qoynunda yerləşən bu diyar uca zirvələri, saf bulaqları, gur çayları, yaşıl meşələri, təbii sərvətləri və qədim tarixi abidələri ilə hər zaman xalqımızın fəxarət mənbəyi olmuşdur. Kəlbəcər yalnız coğrafi ərazi deyil, həm də milli yaddaşımızın, tarixi kimliyimizin və mənəvi dəyərlərimizin ayrılmaz parçasıdır.Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğal edilməsi xalqımızın yaddaşında ağır və faciəli səhifə kimi qaldı. İşğal nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, ailələr öz ata-baba torpaqlarından ayrılmaq məcburiyyətində qaldılar. Rayonun tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə, sosial infrastrukturuna ciddi ziyan vuruldu, maddi və mənəvi sərvətləri talan edildi. Uzun illər ərzində kəlbəcərlilərin qəlbində doğma torpağa qayıtmaq ümidi yaşadı.
Azərbaycan dövləti və xalqı heç vaxt bu ədalətsizliklə barışmadı. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, milli birlik və güclü dövlət quruculuğu siyasəti ölkəmizin gələcək tarixi qələbələrinin möhkəm təməlini formalaşdırdı. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Dövlət başçısının qətiyyətli rəhbərliyi ilə Azərbaycan iqtisadi, siyasi və hərbi qüdrətini artıraraq öz ərazi bütövlüyünü bərpa etmək istiqamətində mühüm addımlar atdı.2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı işğaldan azad etdi. Bu müharibə Azərbaycan xalqının birliyini, ordumuzun gücünü, əsgər və zabitlərimizin fədakarlığını, dövlətimizin siyasi iradəsini nümayiş etdirən möhtəşəm tarixi hadisəyə çevrildi. Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində Ermənistan kapitulyasiya aktını imzalamağa və işğal altında saxladığı əraziləri boşaltmağa məcbur oldu. 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri və rayonun digər yaşayış məntəqələri Azərbaycana qaytarıldı. Beləliklə, uzun illər davam edən həsrətə son qoyuldu, Kəlbəcər yenidən öz doğma dövlətinin himayəsinə qovuşdu. Bu hadisə Azərbaycan tarixində siyasi uzaqgörənliyin, diplomatik məharətin və hərbi qüdrətin vəhdətinin parlaq nümunəsi kimi yadda qaldı.
Kəlbəcərin azad olunması Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin mühüm nəticələrindən biri oldu. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə öz haqlı mövqeyini ortaya qoydu. Bu Zəfər göstərdi ki, güclü dövlət, milli birlik və xalqın öz liderinə inamı ən mürəkkəb tarixi vəzifələrin həyata keçirilməsində həlledici rol oynayır.
Bu gün Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yeni inkişaf mərhələsinin əsasını təşkil edir. Dövlətimizin başçısının xüsusi diqqəti və nəzarəti ilə bölgədə müasir infrastruktur yaradılır, avtomobil yolları, körpülər, tunellər, elektrik və kommunikasiya xətləri çəkilir, yaşayış məntəqələri yenidən qurulur. Kəlbəcərin iqtisadi potensialının reallaşdırılması, turizm imkanlarının genişləndirilməsi, təbii sərvətlərindən səmərəli istifadə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan yalnız torpaqlarını işğaldan azad etməklə kifayətlənmir, eyni zamanda həmin əraziləri müasir və dayanıqlı inkişaf məkanına çevirir. Kəlbəcərdə həyata keçirilən quruculuq işləri dövlətimizin gücünün, imkanlarının və gələcəyə hesablanmış strategiyasının bariz göstəricisidir.Xüsusilə Böyük Qayıdış Proqramı çərçivəsində görülən işlər Kəlbəcərin həyatında yeni bir səhifə açır. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışına başlanılması tarixi hadisənin davamı və uzun illər davam edən yurd həsrətinin sona çatmasının rəmzidir. Doğma torpaqlarına qayıdan sakinlərin evlərində yenidən həyatın canlanması, küçələrdə uşaqların səsinin eşidilməsi, sosial və iqtisadi həyatın bərpası Azərbaycanın Zəfər tarixinin ən qürurverici nəticələrindəndir.

Malik Mirzəyev,

YAP Lerik rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Noyabr 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri