Santos dan Neymar açıqlaması
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Braziliya "Santos"u ölkə çempionatının 4-cü turunun "Atletiko Mineyro" ilə oyununda (2:0) zədələnən hücumçusu Neymarın səhhəti ilə bağlı məlumat paylaşıb.
QOL.az xəbər verir ki, klub meydanı göz yaşları içində tərk edən 33 yaşlı futbolçu ilə bağlı bunları bildirib:
"Neymar zədədən sağaldıqdan və əzələ kütləsi toplamaq üçün məşqlərdən sonra meydançaya qayıtdı və "Atletiko Mineiro" görüşün ilk yarısında sol budunda yenə narahatlıq hiss etdi. Futbolçunun müayinəsi nəticəsində yeni zədə bu dəfə yarımmembran əzələdə üzə çıxdı. Neymarın müalicəsinə başlanılacaq və o, yeni zədələrdən qaçmaq üçün əzələləri gücləndirmək üzərində işləyəcək".
Qeyd edək ki, Neymar bu ilin yanvarında "Santos"a keçib.
Baxış sayı:102
Bu xəbər 19 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















