Icma.az
close
up
RU
Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ali məhkəmə sədrlərinin iclası keçirilib

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ali məhkəmə sədrlərinin iclası keçirilib

Icma.az bildirir, Apa.az portalına istinadən.

22-23 apreldə Ali Məhkəməsinin sədri İnam Kərimov Çin Xalq Respublikasının Hançjou şəhərində səfərdə olub.

Ali Məhkəmənin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində İnam Kərimov öncə Çin Ali Xalq Məhkəməsinin sədri Zhang Jun ilə ikitərəfli görüş keçirib.

Sədr Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları və yeniliklər barədə ətraflı məlumat verib. Görüşdə məhkəmə sistemində qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran məsələlər və iki ölkə arasında məhkəmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Daha sonra İnam Kərimov Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin ali məhkəmə sədrlərinin 20-ci iclasına qatılıb. İclasda təşkilat çərçivəsində məhkəmə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri çıxış edərək, iclasın dost ölkələr arasında uzunmüddətli hüquqi əməkdaşlığın qurulması baxımından əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu platforma birgə müzakirələr aparmaq, irəliləyişə yönəlmiş təcrübələr paylaşmaq və innovativ gələcəyə doğru addım atmaq üçün böyük bir fürsət yaradır.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sistemində mütərəqqi islahatlar aparılır. Bu istiqamətdə ötən müddətdə görülən işlər nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edilib və bu dəyişikliklər Azərbaycanda məhkəmə sisteminin inkişafına mühüm töhfə verib.

İnam Kərimov eyni zamanda “Süni intellektin hüquqi tətbiqləri” mövzusunda çıxış edib. Bildirilib ki, süni intellekt hüquq sistemləri üçün geniş imkanlar təqdim edir. İş yükünü azaldır, ədalət mühakiməsinə əlçatanlığı artırır. Həmçinin vurğulanıb ki, süni intellekt hakimin rolunu əvəz etməməli, dəstəkləyici bir vasitə kimi xidmət etməlidir, hüquqi qərarlar həmişə təcrübəli hakimlərin səlahiyyətində qalmalıdır.

Konkret məsələlər müzakirə edildikdən sonra qanunun aliliyinin birgə təşviqi, insan hüquqlarının və azadlıqlarının qorunması məqsədilə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi məqsədi ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərinin Ali Məhkəmə sədrlərinin Birgə Bəyanatı imzalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Aprel 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri