“Saqqalları qısaldın, çadranı yığışdırın” Kadırov çağırış etdi
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Çeçenistan rəhbəri Ramzan Kadırov regionun güc strukturlarının rəhbərləri ilə keçirdiyi iclasda kişiləri uzun saqqal və qısaldılmış şalvar geyinməyi dəb halına gətirməməyə çağırıb.
“Qafqazinfo” TASS-a istinadla xəbər verir ki, Çeçenistan lideri bu cür geyim və xarici görünüş tərzinin gənclər arasında yanlış meyl yaratdığını bildirib.
Kadırov qeyd edib ki, uzun saqqal saxlayanların əksəriyyəti cümə namazlarına və məscidlərə getmir, əvəzində küçələrdə vaxt keçirib avaraçılıqla məşğul olurlar:
“Onlar uzun saqqal və qısaldılmış şalvar geyinməyi nə idisə bir dəbə çeviriblər və gənc nəsil də onlara bənzəməyə başlayır. Saqqallarınızı qısaldın və onları dinimizə uyğun şəkildə saxlayın”.
Region rəhbəri həmçinin çadra geyinməyə başlayan çeçen qadınlarına da müraciət edib. O, qadınları milli və dini dəyərlərə uyğun geyinməyə səsləyərək Çeçenistanda heç vaxt çadra örtünmək ənənəsinin olmadığını vurğulayıb.
Xatırladaq ki, avqust ayında Ramzan Kadırov “Vahid Rusiya” partiyasının Çeçenistan regional bölməsi tərəfindən təkrarən respublika rəhbərliyinə namizəd göstərilib. Bundan əvvəl isə o, seçkilərə “məcburi olaraq” qatıldığını bəyan etmişdi.
Baxış sayı:135
Bu xəbər 09 Sentyabr 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















