Şarapova niyə daha tennis oynamır?
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Football-plus.az" xəbər verir ki, “Böyük dəbilqə” turnirlərinin beşqat çempionu Mariya Şarapova “Pretty Tought” podkastının qonağı olub.
Rusiyalı sabiq tennisçi karyerasını bitirəndən sonra bu idman növünə münasibəti haqda da danışıb.
- Mariya, indi tennis oynayırsanmı?
- Yox (gülür).
- Sonuncu dəfə nə vaxt oynamısan?
- Bir neçə ay əvvəl.
- Niyə oynamırsan, səbəb nədi?
- Bu idman növünü sevirəm, müntəzəm baxıram. Sadəcə, tennisə ayırmaq üçün daha çox vaxtımın olmasını istəyərdim. Həyatda həmişə belə hiss olur ki, vaxtilə çox yaxşı olduğun bir idman növündə indi istədiklərini edə bilmirsən. Ya bədənin əvvəlki kimi sözünə baxmır, ya da şüuraltı anlayırsan ki, daha əvvəlki qədər yaxşı deyilsən. Bu həyatda baş qatmalı çoxlu başqa məşğuliyyətlər varsa, niyə tennis oynayım?! Hə, çoxlu gözəl xatirələrim var...
- Artıq bədən başqalaşıb?
- Bəli, məhz belədi. Sürətim artıq fərqlidi, topa əvvəlki kimi reaksiya verə bilmirəm.
Baxış sayı:150
Bu xəbər 28 Aprel 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















