Icma.az
close
up
RU
Saray körpüsü nə vaxt hazır olacaq? RƏSMİ

Saray körpüsü nə vaxt hazır olacaq? RƏSMİ

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpüdə tikinti işləri artıq yekunlaşmaq üzrədir".

Bu sözləri Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib.

A.Nəcəfli qeyd edib ki, yeni körpü 3 aşırımdan ibarət olmaqla uzunluğu 104 metr təşkil edir və ümumi eni 21.6 m təşkil edən körpü 4 hərəkət zolaqlı olmaqla inşa olunur.

AAYDA-nın sözçüsü vurğulayıb ki, körpünün sağ və sol hissələrində 2 metr enində piyada səkilərinin tikintisi aparılır və bu istiqamətdə işlər hələ davam etdirilir.

Qurum rəsmisi nəzərə çatdırıb ki, körpü boyunca sağ və sol hissələrdə piyada səkilərinin avtomobil yolunun hərəkət hissəsi ilə ayıran beton sədlərin armaturlanması və betonlanması işləri başa çatıb:

“Aparılan işlər çərçivəsində kənar və iki orta dayaqların tikintisi üzrə işlər tam olaraq yekunlaşıb. Körpünün hər üç aşırım hissəsinin tirləri tam şəkildə quraşdırılıb. üzərində armatur karkası toxunaraq betonlanıb”.

Hazırda asfaltlama işlərinə başlandığını deyən Anar Nəcəfli qeyd edib ki, bu işlər tam yekunlaşdıqdan sonra beton arakəsmələrin qoyulması işləri icra olunacaq.

“4 dayaq üzərində inşa olunan yeni körpü orta dayaqlarda diametri 1.5 m olmaqla 6 sütundan ibarətdir. Körpünün ümumi sütunlarının sayı 12 ədəddir. Hər dayaq iki cərgəli uzunluğu 14 metr, diametri isə bir metr olan svaylar üzərində tikilir. Svayların ümumi sayı isə 80 ədəd təşkil edir”.

“Körpünün aprel ayının əvvəlinədək yekunlaşması nəzərdə tutulub”, - deyə Anar Nəcəfli əlavə edib.

Mina Mikayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Mart 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri