Saray qəbiristanlığında dağıntı törədildi Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Abşeronun Saray qəsəbəsində yerləşən qəbiristanlıqda məzarların ətrafına çəkilən kiçik hasarlar dağıdılıb, dəmir məhəccərlər çıxarılaraq oğurlanıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə sakinlər “Xəzər Xəbər”ə danışıblar. Onlar bu vəziyyətdən məzarları ziyarətə gələn zaman xəbər tutduqlarını deyiblər.
Məsələ ilə bağlı Saray qəsəbəsi üzrə İcra nümayəndəliyindən bildirilib ki, hadisədən xəbərdardırlar. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Abşeron rayon Polis İdarəsindən isə qeyd edilib ki, məsələ barədə dərhal araşdırma aparılıb və hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb olunub.
Daha ətraflı süjetdə:

Saray körpüsü belə sökülür Video
20 Dekabr 2024 13:41
Saray körpüsünün söküntüsünə başlanıldı VİDEO
19 Dekabr 2024 16:32
“Saray” körpüsü tamamilə sökülüb Video
10 Yanvar 2025 09:34
Saray qəsəbəsində binada yanğın başlayıb VİDEO
20 Dekabr 2024 12:38
TƏCİLİ: “Saray” MTKnın binası yanır VİDEO
20 Dekabr 2024 13:09

