Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sarayın tək incisi, həm də Xan qızı

Sarayın tək incisi, həm də Xan qızı

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarabağın sonuncu xanı Mehdiqulu xan tək övladına anası Xurşidbanunun adını vermişdi. Xan nəslinin sonuncu vərəsəsi Xurşidbanu tək övlad olduğu üçün sarayın tək incisi çağırılırdı. Yaxşı tərbiyə görən bu qız yaxşı da təhsil almışdı. Ərəb, fars dillərini mükəmməl öyrənməsi onun ədəbiyyatımızın klassiklərini oxumasına şərait yaratmışdı. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi qohumlarının ruhu şeir üstə köklənən bu qızın şair kimi formalaşmasında xüsusi əməkləri olmuşdu.

Şuşanın bənzərsiz təbiət gözəllikləri isə sən demə bu Şuşa gözəlinin ruhunu zamanla oxşayacaqdı. Bu oxşamalarla o, gözü önündəki gözəllikləri misralayıb gözəl sənət əsərləri meydana çıxaracaqdı. Belə də oldu. Şairənin təbiəti vəsf edən şeirlərinin leymotivini məhz Şuşanın ecazkar təbiəti təşkil edir. Xurşidbanu özü tək inci idi, özü kimi də ölməz, həmişəyaşar incilər yaratdı. Bu gün də dəyərli, oxunaqlı, oxuduqca insanı düşündürən incilər....

Elin “Xan qızı”

Sarayın tək incisi məxsus olduğu elin dilində “Xan qızı” idi. Xan qızı olduğu həyatının bütün mərhələlərində xanlara layiq xüsusiyyətləri ilə meydana çıxırdı. Mənsub olduğu soyun, kökün, nəslin böyüklüyü onun xarakterində özünü büruzə verir, əməlləri bunu təsdiq edirdi. Xan qızına məxsus keyfiyyətləri onu xeyriyyəçilik kimi yüksək insani hisslə də birləşdirmiş, torpağına, elinə bağlı bu qadını şəxsiyyətə çevirmişdi. Xurşidbanu Natəvanın Şuşada “Məclisi üns” ədəbi məclisini təşkil etməsi, 1873-cü ildə Şuşaya su kəmərini çəkdirməsi (bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur), Araz çayından Mil düzünə su kəməri çəkməyə təşəbbüs etməsi onun xan nəslinə məxsusluğunun, eyni zamanda idarəetmə bacarığına malik qadın olduğunun göstəriciləri idi. Şairənin həyatına nəzər saldıqda onun həm gözəl şair, həm xeyriyyəçi, həm mehriban ana olması və bunların hər birini özünəməxsus şəkildə ifadə edə bilməsi onun iki əsrə yaxın dövrdə hörmət, dəyərlə anılmasını şərtləndirən amillərdir.

Xurşidbanunun yeni adı-Natəvan

Xurşidbanu dünyaya xan sarayında gəldi, xan qızı idi, əzizlənib tək inci kimi sevilirdi də. Bütün bunlar taleyin ona nəsib etdikləri idi. Lakin taleyin irəlidə daha nə payları var idi, onun heç ağlına belə gələ bilməzdi. Xurşidbanu bu taleyi həyatının irəlidəki illərində yaşayacaqdı. Bu alın yazıları bir-birinin ardınca yaşandıqca, onlar şairənin qələmindən süzülüb ömür kitabının səhifələrinə çevriləcəkdi. Və o, özünə yeni ad verəcəkdi-Natəvan. Mənası kimsəsiz, köməksiz, zəif anlamına gələn bu söz onun həyatının sonunadək hər addımında qarşısına çıxdığı üçün elə adına artıracağı təxəllüsə çevriləcəkdi.

Xurşidbanu Natəvan poeziyasına dalarkən o, hər misrasında vüsala yetməyən, sevdiyinə qovuşmayan bir qadın obrazı kimi canlanır gözlər önündə... Xan qızı hesab edib, hər istəyinə çatar deyə sandığımız qadının ömründən perik düşən nələr, nələr var...

Deyirlər, poeziya o zaman təsiredici olur ki, o, içdən gələn hisslərlə yazılır. İçdən gələn hisslər isə düşünürəm ki, o zaman təsirli olur ki, orada əlçatmayan bir hiss olur. Məhz bu zaman oxunan əsər göz yaşartmaq, ürək sızlatmaq gücünə malik olur. Natəvanın misraları kimi:

Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım,

Hərçi cəhd etdim, nə hasil, yetmədim cananə mən.

-deyən şair başqa bir qəzəlində:

Mənə ki, guşeyi-çeşm ilə bir nahən baxdın,

Tez öldürər məni bu mehnəti-nalən, getmə!

-deyir.

Nə oldu bülbülə kim, qıldı gülsitan tərkin?

Unutdu güllərini, etdi aşiyan tərkin.

-misraları ilə öz halını ifadə edir.

Və yaxud da:

Vüsalə yetməyibən zarü Natəvan qaldım,

Edib fələk yenə həsrət o məhcəmalə məni.

-deyir.

Hicran edibdir könlümü bərbad, ağlaram...

Nicran Natəvanın könlünü bərbad etmişdi. O, gizli ağlayırdı, göz yaşlarını hamıdan saxlayırdı. Onun göz yaşları gəncliyinin ilk illərindən axırdı. Lakin çarizm Qarabağda xanlığın davam etdirilməsinə son qoyduğu kimi, Xurşidbanunun da həyatına müdaxilə edəndə, onu öz maraqları naminə seçdiyi adamla evlənməyə vadar edəndə, ta dayanmadı. Evlənməyə məcbur oldu, dünyaya övladlarını da gətirdi. Lakin əri Xasay xan Usmiyev onun üzündə gülüş ola bilmədi. Şuşasından aralı qalan könlü yaralı quş tək qanadlandı, lakin uça bilmədi. Bu qəlb nisgillə doldu, nicran çəkdi. Bu isə həssas şair qəlbi üçün nə deməkdir, aydındır.

Yanar çün Natəvan xəstə, müdam ol atəşi-qəmdən,

Səbur ol, eylə adət şiveyi-ustad, pərvanə!

misraları şairənin taleyindən şikayəti deyildimi?..

Yeganə təsəlli: xalq sevgisi

Həm böyük bir xanlığa məxsusluğu, həm həssas bir lirizmə malikliyi, həm gözəl xanımlığı, mehriban analığı, həm də xeyriyyəçiliyi ilə ədəbi tariximizin bir parçası, ilk azərbaycanlı şairə qadını olan Xurşidbanu Natəvan xalqımızın qəlbində özünə elə bir qala ucaltmışdır ki, 194 ildir, sevənləri həmin qalanın zirvəsində onu yaşadır, əzizləyirlər. Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyildiyi kimi: Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

Bəlkə də bu sevgi onun heç də razı qalmadığı dünyasından yeganə təsəllisidir.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Avqust 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see862

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see476

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see338

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see304

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see288

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see285

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see283

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see269

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see258

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see257

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see251

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see246

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see243

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see241

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see230

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see224

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see224

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see223

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see199

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri