Icma.az
close
up
RU
Sarılıq? Ana südü ilə əmizdirin!

Sarılıq? Ana südü ilə əmizdirin!

Icma.az, Saglamolun saytına istinadən bildirir.

«Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq». (Qamər, 49)

Doqquz ay boyunca körpəsini qucağına alıb, elə ilk anlardan əmizdirməyi həsrətlə gözləyən gənc ananın arzuları bu sözlərlə çilik-çilik olaraq, məğlubiyyətə uğrayır. Ümidsizlik və təlaş içində qızılı rəngli balacasını “xilas” etmək üçün öz əlləri ilə fototerapiyanın ultrabənövşəyi şüalarına təslim edir.

…Bilirubin…Bu səhnə ilə tanış olan bir çox ana üçün övladının həyati mühüm orqanlarının qəsdinə durmuş potensial cəllad kimi görünməyinə baxmayaraq, əslində o bədbəxt bir qəhrəmandır. Bəli, yanlış oxumadınız. Aparılan araşdırmalar təsdiqləmişdir ki, bilirubin zərərli şlak yox, yeni doğulmuş körpənin qanında bu və ya digər problemlər səbəbi ilə meydana çıxan sərbəst radikalları zərərsizləşdirmək üçün Uca Xaliq tərəfindən proqramlaşdırılmış xeyirli anti-oksidantdır. Belə ki, başda professor Snayder olmaqla Con Hopkins Universitetinin əməkdaşlarının apardığı təcrübələr nəticəsində məlum olmuşdur ki, rezus-konflikt, hamiləlik və doğuşun tam şəkildə təbii aparılmaması (göbək ciyəsinin vaxtından əvvəl sıxılması, epidural anesteziyadan istifadə və s.) və digər səbəblər etibarilə qanda meydana çıxan sərbəst radikalların, beyin, ağ ciyər, böyrək və d. Orqanlara zərər verməməsi üçün körpənin qaraciyəri normadan yüksək həddə bilirubin istehsal edir, hər bir bilirubin molekulu isə özlüynüdə 10 min hidrogen peroksid molekulunu zərərsizləşdirmək üçün fəaliyyətə başlayır. Başqa sözlə, İlahi hikmətlə orqanizm özünümüalicə rejiminə keçid alır.

ABŞ Pediatriya Akademiyası yenidoğulmuşlarda sarılığın müalicəsi yönündə edilən xətalara toxunaraq, bildirmişdir ki, bilirubinin suda həll olma nəzəriyyəsi özünü doğrultmur. Habelə ənənəvi üsulla körpəyədekstrozanın (qlükoza məhlulunun) verilməsi nəinki bilirubinin həddinin aşağı salmadığını, əksinə nəcisin bərkiməsi nəticəsində toksinlərin orqanizmdən atılmasının gecikməsinə gətirib çıxardığını qeyd etmişdir. Məhz bu nöqtədə ana südü ilə əmizdirmək olduqca mühüm əhəmiyyət kəsb edir. Belə ki, hər çağırışa əsasən əmizdirməklə, bilirubinin zərərsizləşdirdiyi toksinlərin sidik və nəcislə orqanizmdən çıxması təmin edilir.

Əmizdirməklə bağlı yanlış təsəvvürlərdən biri də rezus-konflikt və nadir müşahidə olunan, digər xəstəliklərin fonunda inkişaf edən patoloji (hemolitik) sarılıq halında ana südündəki anticisimlərin uşağın qanına keçməsinə şərait yaratması haqdadır. Araşdırmalar isə bunun əksini göstərir: ana südündəki rezus anticisimləri mədə şirəsində məhv olur, eləcə də o, eritrosidlərin, qırmızı qan cisimlərinin dağılmasına nəinki təsir etmir(1), hətta yüksək sıxlıqla (tez-tez) əmizdirmək, sarılıq təzahürünün azalmasına gətirib çıxarır. Bu prossesdə xüsusən erkən əmizdirmə olduqca aktualdır: yetişmiş laktasiyadan əvvəl, doğuşun 1-3-cü günləri ərzində istehsal edilən qiymətli materialın – bulamanın qarınişlədici effekti yeni doğuımuşlarda mekoniyin (ilkin nəcis) və növbəti etapda yetişmiş nəcisin çıxmasını sürətləndirir, bununla da sarılığın dəf edilməsi tezləşir.(2)

Eləcə də unutmaq olmaz ki, sağlamlığın bərpasında psixoloji-emosional vəziyyətin xüsusi rola malik olması təkzibedilməzdir. Yeni doğulmuşlarda bu hal yalnız ana ilə birbaşa dəri təması ilə baş verdiyindən, əmizdirmənin körpə səhhəti üçün verdiyi effekti heç bir fototerapiya cihazınının təmin etməyəcəyi və günəş şüaları altında anasının qolları arasında gəzməyin qat-qat xeyirli olması yəqin ki, aydın olur. Fototerapiya cihazından söz düşmüşkən, onu da qeyd etmək lazımdır ki, yeni doğulmuşlarda bu müalicə üsulu iki primitiv müşahidənin nəticəsində meydana çıxmışdır:

1. Təsadüfən günəşin altında qalan qanın tərkibində bilirubininin bilvredinə (məməli heyvanlarda eyni funksiyanı yerinə yetirəndaha zəif maddə) qədər parçalanmasının aşkarlanması;
2. Tibb bacısı C.Uardın günəş şuası toxunan sarılıqlı körpələrin digərlərinə nisbətən dərilərinin daha tez ağarmasınıtəsadüfən müşahidə etməsi. Həmçinin Kolorado Universiteti əməkdaşı Dr.S. Neyermayer və Kaliforniya Universiteti əməkdaşı Dr. C. Bret fototerapiya lampalarının ən yaxşı halda heç bir xeyiri olmaması, pis halda isə dəri xərçənginə səbəb olacağı qənaətindədirlər.(3)

Aydın olur ki, sarılıqlı körpələrin ana südü ilə əmizdirilməsinin dayandırılması ənənəsi özünü doğrultmamaqla yanaşı balacanın təbii şəkildə əmizdirilməsi müalicə prossesinə yalnız müsbət yöndə təsir edir.
Elə isə nuş olsun! : )

Müəllif: Həcər Abbasova

Vib.az

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri