Icma.az
close
up
RU
Şarl Mişel: Azərbaycan və Ermənistan liderlərində sülh həmişə daha düzgün yanaşmadır fikrinin formalaşdığını hiss edirdim

Şarl Mişel: Azərbaycan və Ermənistan liderlərində sülh həmişə daha düzgün yanaşmadır fikrinin formalaşdığını hiss edirdim

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Uzunmüddətli perspektivdə sülh ən güclü təhlükəsizlik təminatıdır və bölgədə daha çox iqtisadi layihələrin inkişafının dəstəklənməsi üçün şərait yaradır. Buna görə də mən çox şadam ki, bu gün mühüm irəliləyişlərin şahidi oluruq".

Oxu.Az xəbər verir ki, bu sözləri "Report"a müsahibəsi zamanı Bakıda səfərdə olan Avropa İttifaqı (Aİ) Şurasının keçmiş prezidenti Şarl Mişel deyib.

O, Azərbaycan və Ermənistan liderləri arasında görüşlərin təşkili barədə xatirələrini, Vaşinqton razılaşmasından sonra sülh prosesi barədə fikirlərini bölüşüb:

- Siz Aİ Şurasının prezidenti olduğunuz dövrdə Azərbaycan-Ermənistan arasında münasibətlərin bərpası prosesi ilə aktiv məşğul olur, liderlər arasında görüş keçirirdiniz. O zaman bugünkü nəticənin əldə oluna biləcəyini ehtimal edirdinizmi? Avqustun 8-də Vaşinqtonda əldə edilmiş nailiyyəti necə qiymətləndirirsiniz?

- Siyasi dialoqu yenidən başlatmaq və gələcəkdə münasibətlərin yaxşılaşdırılması, sülh prosesinin davam etdirilməsi üçün əsas dayaqları müəyyənləşdirmək lazım idi. O dövrdə (Aİ Şurasının prezidenti olduğu dövr) qarşıdakı çətinlikləri və problemləri bir çox aydın səbəblərə görə tam qiymətləndirməmişdim.

Amma o vaxtdan etibarən mən münasibətlərin müsbət yöndə inkişaf edəcəyinə əmin idim. Çünki hər iki tərəfdə belə bir anlayışın - sülh həmişə daha düzgün yanaşmadır- formalaşdığını hiss edirdim.

Uzunmüddətli perspektivdə sülh ən güclü təhlükəsizlik təminatıdır və bölgədə daha çox iqtisadi layihələrin inkişafının dəstəklənməsi üçün şərait yaradır. Buna görə də mən çox şadam ki, bu gün mühüm irəliləyişlərin şahidi oluruq.

Düşünürəm ki, "Brüssel prosesi" adlandırılan təşəbbüs optimist və pozitiv bir vasitə idi, hər iki ölkənin liderlərinə bir-birinə yaxınlaşmaq üçün mümkün addımları və qərarları müəyyənləşdirməkdə yardım edən bir alət idi və bir daha qeyd etmək istəyirəm ki, qarşıdakı həftələr və aylar son nailiyyətlərin möhkəmləndirilməsi və onların davamlı olmasını təmin etmək baxımından son dərəcə mühüm olacaq.

- Aİ Şurasına prezidentliyiniz dövründə liderlərlə görüşlər təşkil edərkən üzləşdiyiniz çətinliklər barədə də məlumat almaq istərdik.

- Bilirsiniz, hər hansı münaqişə və ya fikir ayrılığı zamanı, səbəbindən asılı olmayaraq, başlanğıc nöqtə tərəflərin bir-birinə etimadsızlığı olur. Qarşı tərəfə etibar etmədikdə irəliləyiş üçün atıla biləcək konkret addımları müəyyənləşdirmək çətinləşir. Mən vasitəçilik fəaliyyətimə başladığım ilk vaxtlardan başa düşdüm ki, ən azı minimal etimad və inam bazasını yenidən qurmağa kömək etmək vacibdir. Bu isə asan deyildi. Bəzən həddindən artıq çətin idi. Amma, eyni zamanda, qətiyyət nümayiş etdirmək də çox vacib idi. Mənim təəssüratıma görə, bu gün hər iki tərəfdə atılmış qərarlar çox cəsarətli addımlardır və bu qərarlar səmimi şəkildə irəliləyişə və sülh yanaşmasının möhkəmlənməsinə yönəlmiş iradəni göstərir.

- Azərbaycan artıq Ermənistana qarşı blokadanı aradan götürüb. Buna nümunə olaraq Qazaxıstandan taxılın Ermənistana Azərbaycan üzərindən aparılmasını göstərmək olar. Bu irəliləyişə münasibətinizi öyrənmək istərdik.

- Bu qərar çox mühüm addımdır, çünki bir neçə ay və ya il əvvəl belə bir vəziyyəti təsəvvür etmək çətin idi. Amma bu gün bu qərar artıq qəbul olunub - bu, real və konkret bir faktdır. Mən başa düşürəm ki, bu gün də hələ müəyyən çətinliklər və həssas məqamlar var və biz bunun fərqində olmalıyıq. Lakin belə qərarların qəbul edilməsi, məncə, ümidverici bir siqnaldır. Arzum budur ki, qarşıdakı aylarda hər iki tərəf bu istiqamətdə əlavə səylər göstərərək sülh yolunu geridönməz etsin.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri