Satış planlarını aşanlar və geridə qalanlar: Çinin avtomobil bazarında 2025 ci il üçün yekun mənzərə
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
BYD 2025-ci ilin sonuna qədər Çinin ən böyük avtomobil istehsalçısı statusunu qoruyub saxlasa da, istehsal planını tam şəkildə yerinə yetirə bilməyib. Belə ki, şirkət qarşıya qoyulan 5,5 milyon avtomobil istehsalı hədəfinə qarşılıq cəmi 4,6 milyon ədəd avtomobil istehsal edərək planın yalnız 84%-ni reallaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "CarNewsChina" məlumat yayıb.
Məlumata görə, Çinin üç ən böyük avtomobil istehsalçısı arasında yalnız "Geely" planlaşdırılan hədəfi artıqlaması ilə yerinə yetirib. Şirkət 3 milyon avtomobil satmağı nəzərdə tutsa da, faktiki satış həcmi 3 024 567 ədəd təşkil edib.
"Chery" isə 3,26 milyon satış hədəfinə qarşı 2 631 381 ədəd satış reallaşdırıb və planın yalnız 80%-dən bir qədər çoxunu icra edib. Bununla belə, "Chery" Çinin aparıcı avtomobil ixracatçısı statusunu qoruyub saxlayıb.
"Great Wall Motor" öhdəliklərini yerinə yetirmək baxımından ən zəif nəticə göstərən şirkət olub. Belə ki, 4 milyonluq satış hədəfinə qarşı cəmi 1 323 672 avtomobil satılaraq planın yalnız 33%-i yerinə yetirilib.
Elektrikli avtomobil bazarına yeni daxil olan "Xiaomi" isə gözləntiləri üstələyib. Şirkət 2025-ci ildə 350 min avtomobil satmağı planlaşdırsa da, faktiki göstərici 400 mindən çox olub ki, bu da planın təxminən 115%-i deməkdir.
"XPeng" 350 min avtomobil satışı hədəfinə qarşı 430 min ədəd avtomobil sataraq planı 123% səviyyəsində yerinə yetirib. "Leapmotor" isə hədəfini təxminən 20% üstələyərək 596 500 satış reallaşdırıb.
"Li Auto" (Lixiang) isə planlaşdırılan satış həcminin yalnız 63%-nə nail olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 04 Yanvar 2026 04:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















