“Saturn” qazma qurğusu Türkmənistana qaytarılıb FOTO
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ötən ilin may ayında Türkmənistandan Azərbaycana gətirilmiş “Saturn” neft qazma qurğusu AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmilərinin müşayiəti ilə Xəzər dənizinin Türkmənistan sektoruna aparılıb.
"APA-Economics" xəbər verir ki, qurğu Şıx limanından “Hövsan”, “Hövsan 2” və “SOCAR 1” gəmilərinin dəstəyi ilə çıxarılıb, daha sonra “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri ilə yedəklənib.
Üç gün davam edən bu mürəkkəb əməliyyat təhlükəsiz şəkildə başa çatıb.
Qeyd edək ki, ASCO gəmiləri Türkmənistandan geriyə qayıdarkən “Neptun” qazma qurğusunu ölkəmizə çatdıracaqlar. Artıq qurğunun yedəklənməsi üçün hazırlıq prosesinə başlanılıb.
Baxış sayı:88
Bu xəbər 26 May 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















