Icma.az
close
up
RU
Saturnun ən böyük peyki əvvəl düşünüldüyü kimi okeana malik olmaya bilər

Saturnun ən böyük peyki əvvəl düşünüldüyü kimi okeana malik olmaya bilər

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Saturnun ən böyük peyki olan Titanın, alimlərin uzun müddət ehtimal etdiyi kimi, buzlu qabığının altında böyük qlobal okeanı yoxdur.

Bizimyol.info xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, bu nəticə on ildən artıq əvvəl toplanmış məlumatların diqqətlə yenidən təhlili əsasında əldə edilib.

Araşdırmaya görə, Titanın donmuş səthinin altına eniş açıq suya deyil, daha çox qalın sulu-buzlu qar qatına, buz tunellərinə və qayalı nüvəyə daha yaxın yerləşən su boşluqlarına gətirib çıxara bilər. Bu qənaət NASA-nın təxminən 20 il ərzində Saturn ətrafında dövr edən “Kassini” missiyasının məlumatlarının yeni təhlili nəticəsində formalaşıb.

Xatırladılıb ki, əvvəlki dövrlərdə “Kassini”nin ölçmələrinin şərhi Titanın altında nəhəng maye su okeanının mövcudluğuna işarə edirdi və bu xüsusiyyət potensial həyat baxımından ən ümidverici amillərdən biri sayılırdı. Lakin alimlər Titanı dərin okeanlı bir model kimi təsəvvür etdikdə, hesablamalar uyğun gəlməyib. Belə ki, məlumatlardan çıxarılan fiziki xüsusiyyətlər qlobal okeanın yaratmalı olduğu göstəricilərlə üst-üstə düşməyib.

Eyni ölçmələrin yeni metodlarla yenidən nəzərdən keçirilməsi isə tamamilə fərqli mənzərə ortaya qoyub: daha soyuq, daha sıx və xeyli dərəcədə sulu-buzlu bir mühit. Bu nəticələr təkcə tədqiqatçıların Titanın qabığının altında nə olduğu barədə təsəvvürlərini dəyişmir, həm də Günəş sistemindəki digər buzlu dünyalarda həyat axtarışına yanaşma tərzinə təsir göstərə bilər.

Vaşinqton Universitetinin Yer və kosmos elmləri üzrə dosenti Baptist Jurno: “Yer üzündəki kimi açıq okean əvəzinə, yəqin ki, Arktika dəniz buzuna və ya su laylarına daha çox bənzəyən bir mühitlə qarşı-qarşıyayıq”, - deyə qeyd edib.

Eyni zamanda, Vaşinqton Universitetinin magistrantı Ula Cons: “Titanda sulu-buzlu qatın aşkar edilməsi Günəş sistemimizdən kənarda həyat axtarışı üçün də həyəcanverici nəticələrə malikdir. Bu, yaşama yararlı hesab edə biləcəyimiz mühitlərin dairəsini genişləndirir”, - deyə vurğulayıb.

Bu tapıntılar 2028-ci ilə planlaşdırılan NASA-nın “Dragonfly” missiyasının Titana yönləndirilməsinə də kömək edəcək. Çünki alimlər həyat əlamətlərinin harada və necə axtarılmalı olduğunu yenidən düşünürlər.

Bundan əvvəl astronomlar mövcud olmamalı olan sirli “cəhənnəm planeti” aşkar etmişdilər. Söhbət kütləsinə görə Yupiterə yaxın olsa da, tipik qaz nəhənginə bənzəməyən "PSR J2322-2650b" adlanan planetdən gedir.

Həmçinin bildirilib ki, astronomlar ili cəmi 10 saat davam edən həddindən artıq isti “superyer” planetini də kəşf ediblər. Alimlərin sözlərinə görə, bu planet kiçik dəmir nüvəyə və yüngül mantiya süxurlarına malik ola bilər ki, bu da onun ulduzunun xüsusiyyətləri ilə uyğunluq təşkil edir.

Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Dekabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see267

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see237

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see213

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see207

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see207

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see187

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see180

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see180

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see174

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see166

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see160

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see158

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see156

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see155

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see155

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see155

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see153

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see149

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri