Icma.az
close
up
RU
Savadlı kim, ağıllı kim, Duqin kim?..

Savadlı kim, ağıllı kim, Duqin kim?..

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Adam var, ağıllıdır, amma savadı yoxdur. Adam da var, çox savadlıdır, fəqət, ağlı yoxdur. Hətta adamlar da var ki, nə ağlı var, nə savadı, amma karlıca "spravka”ları–arayışları var. Təəssüf ki, bizim Azərbaycanda xüsusən sonuncular sarıdan həmişə bolluq olub - sovetin də vaxtında, indi də.

Sözüm bunda deyil. Rusiya, onun prezidenti, xüsusən də saray politoloqu - geopolitiki Duqin, bir də qarşıdan gələ biləcək daha bir geosiyasi layihə haqda bir-iki kəlmə demək istəyirəm. 

Əvvəlcə cənab Duqinlə bağlı. Məncə, adam yetərincə savadlı şəxsdi, mən buna bir neçə dəfə, üstəgəl, bir neçə üsulla, necə deyər, hərtərəfli əmin olmuşam. 

Bilirsinizmi, bu məqama – savad məsələsinə ona görə xüsusi diqqət çəkirəm ki, savadsız adamın durub Kremlə ideoloqluq etməsi gülünclük olardı. 

Həm də lap uşaqlıqdan, ən əsası da tələbəlikdən savadlı-istedadlı adamlara – o vaxtki müəllimlərimizə böyük rəğbət bəsləmişəm, çox sevmişəm onları. Sonradan, yazı–pozu ilə məşğul olmağa başlayandan, məsələn, İsrailə və yəhudilərə xüsusi diqqətim olub. 

Təkcə ona görə yox ki, yəhudilər dünyada çox böyük təsirə və gücə malikdirlər, həm də ona görə ki, bu xalqın arasında həmişə savadın, istedadın və biliyin kultu olub, hamısı olmasa da, yəhudilərin çox böyük əksəriyyəti hansı işlə məşğul olursa, mütləq onun sənətkarına çevrilir. Onlardan ilk olaraq bunu öyrənməliyik. Savad söhbətini həm də buna görə başladım. 

O ki qaldı cənab Aleksandr Duqinə, doğrusu, etnik mənşəyindən xəbərsizəm, amma qənaətim budur ki, savadı var, amma ağlı yoxdur. Onu başa düşməyə çox cəhd edirəm: bəli, dünyada böyük geopolitika erası başlayır, geosiyasi və geoiqtisadi maraqlar romantik siyasi idealları (demokratiya, qlobalizm, planetar təfəkkür, hətta humanizm!) sıxışdırıb çıxrarır səhnədən, dünya siyasətçilərinin hamısı ilk növbədə "bunu etsək nə qazanacağıq?” deyir və sonra nəsə edir... 

Üstəgəl, elə geopolitika özü də elm kimi ölkələri yerləşdiyi bölgələrin, eləcə də dünyanın coğrafi özəlliklərindən, dənizlərindən-okeanlarından, boğazlarından-kanallarından- keçidlərindən-girişlərindən- çıxışlarından, böyük yollarından, ümumiyyətlə, kommunikasiyalarından istifadə etməyi və imkan daxilində onları nəzarətə götürməyi öyrədir və hətta buna səsləyir. 

Bir tərəfdən qonşu Rusiyanın Zəngəzur dəhlizini nəzarətə götürmək üçün bu qədər çabalaması, Duqin cənablarınınsa ölkəsi prosesi uduzduğuna görə az qala isterik-epileptik tutmalar keçirməsi bizə çox təəccüblü gəlir. Amma o da var ki, heç ABŞ da siyasi filantrop deyil, onu da Zəngəzur dəhlizində maraq, hətta qazanc cəlb edir. Və yaxud da Britaniya (səhv etmirəmsə!) bugünədək hətta Cəbəllütariq boğazına elə-belə, darıxdığından nəzarət edir? Və ya bir neçə ay öncə ABŞ Panama kanalı uğrunda az qala savaşa çıxmamışdımı?.. 

Yəni dediyimiz budur ki, bütün bunları başa düşürük və demirik ki, Duqin canabları tamam sərsəmləyib, xərifləyib. Amma ağıllı adam olsaydı, başqa məsələlərin də üstündə düşünərdi.

Məsələn, birincisi: axı nəyə görə nəinki Azərbaycan, hətta hələ ki Rusiyanın nəzarətində olan Ermənistan da bu layihədə  ABŞ–a üstünlük verir? Onları buna nə vadar edir?

İkincisi, bir düşünərdi ki, axı nəyə görə hətta qonşu ölkələr Rusiyadan qaçmağa, digər ölkələrlə əməkdaşlıq etməyə can atırlar? Niyə? Səbəbi nədir bunun? Niyə Duqin və digər savadlı ruslar SSRİ-nin süqutunun ilk illərində bir sıra əcnəbi politoloqların bir tövsiyəsini (Çalışın, ölkənizi digər ölkələr və xalqlar üçün cəlbedici edin!) hələ də qəribçiliyə salır və onun haqqında düşünmürlər? Bəlkə həmin politoloqlar haqlı idi?

Üçüncüsü, indi dünyada hamı bütün sferalarda ekstensiv inkişafdan intensiv inkişaf yoluna keçməyə çalışır. Bir daha deyirəm: bütün sferalarda! Görün, Rusiyanın indinin özündə nə qədər resursları var? Ruslar onlardan intensiv şəkildə istifadə edə bilirmi? İnanın, şəxsən iqtisadçı olmasaq da, tələbəlik vaxtı hamımız öz aramızdakı söhbətlərdə soruşurduq ki, axı niyə, məsələn, Finlandiya mebeli (indini bilmirəm, o vaxt belə idi!) dünyada belə məşhur olsun, SSRİ mebelini isə hamı lağa qoysun? SSRİ-nin meşələri yox idimi?

Müstəqillik qazananda onlardan soruşulanda ki, bəs milli valyutanızın arxasında nə dayanacaq, hətta estonlar deyirdi ki, ən böyük sərvətimiz meşələrimizdir! Və ya Ukraynanın torpaqları, mineralları çoxunu (eləcə də Trmapı!) cəlb etmirmi? Rusiyanın bunlardan yoxudurmu? Dünyada hətta almaz (nefti-qazı demirəm!) ehtiyatlarına görə ilk iki ölkə var: Rusiya və CAR... 

Baxın, kiçicik Yaponiya, nə bilim, Cənubi Koreya öz kiçik–məhdud resurslarından necə effektiv istifadə edir! Kuril adaları Rusiya üçün dəryada bir damla kimidir, hətta onu da Yaponiyaya vermir və əllərində saxlayırlar, halbuki yaponlar bu kiçicik adalardan bir Allah bilir ki, nə qədər fayda götürərdilər! Ruslar nə özləri bunu bacarır, nə də başqasına imkan verirlər.  

Bunların gözü hey kənarlardadır. Keçmiş "yenidənqurma” zamanı azca ağıllanmışdılar: deyirdilər ki, raket düzəldə bilirik, amma xörək bişirməyə qazanımız yoxdur! Fəqət nə oldu? Acazıq araq, duzlu xiyar və qara çörək problemini həll edəndən sonra yenidən gözləri qızdı, yenə başladılar ”Rossiya bolşaya!” qışqırmağa...

İndi bildinizmi, niyə Aleksandr Duqin kimiləri savadlı ağılsızlar hesab edirəm? Bəli, məhz bu səbəblərdən...

O ki qaldı son hadisələrə, hansılar ki, Duqini lap isterik hala saldı, Vaşinqton görüşü həqiqətən böyük hadisə oldu, özü də iki aspektdən. 

Birincisi, Bakı ilə İrəvan (bunun Ankara-İrəvan münasibətləri üçün də ciddi nəticələri olacaq) arasındakı sülh yolunun ən azı üçdən ikisi çox uğurla, möhtəşəm şəkildə keçildi. 

İkincisi, ABŞ işarə etdi ki, heç də post-sovet məkanını, o cümlədən Cənubi Qafqazı Rusiyaya və V.Putinə "hədiyyə” etmək fikrində deyil, Ermənistanla, xüsusən də bizim Azərbaycanla dərin əlaqələr qurmaq fikrindədir, çünki Zəngəzur dəhlizi, trans-Xəzər marşrutu ilə bağlı işlər gec-tez böyük geoiqtisadi layihə olacaq – yəni, buradan həqiqətən böyük geosiyasi və geoqitisadi qazanc iyi-qoxusu gəlir. 

Cənab Duqini dilxor edən budur, amma tamam olmasa da, hər halda, qatar deyəsən, çox uzaqlaşıb və yaxşı olardı, Rusiyanın "bir nömərli politoloqu” gedib kilsədə şam yandıraydı və ölkəsi üçün dua edəydi...    

Amma bir məqam da var. Mediada bir ara "İbrahim sazişi” haqqında məsələ qabardılırdı. ABŞ prezidenti Donald Trampın təşəbbüsü hesab olunur bu və Yaxın Şərqdə onu reallaşdırmaqçün artıq müəyyən cəhdlər edilib. Bir müddətdir belə mülahizələr dolaşır ki, guya Azərbaycanı, hətta Ermənistanı da bu sazişə cəlb etmək planlaları var.         

Bu haqda, sazişin təfərrüatları, maneələr (məsələn, İran bir yana, qardaş Türkiyə də onun əleyhinədir) haqqında hələ yazacağıq. Bizə elə gəlir ki, məşhur Vaşinqton görüşündən sonra bu məsələ də aktuallaşa bilər, çünki ABŞ prezidenti Donald Tramp Azərbaycana da, Ermənistana da böyük "avans” etdi, xüsusən Azərbaycana çox isti münasibət sərgilədi - burada  907-ci düzəlişi qeyd etmək yetər, o səbəbdən ki, Tramp bəzi politoloqların dediyi kimi, Azərbaycandan da məsafə saxlamaq fikrində olsaydı bundan nəinki imtina edər, hətta 907-ci düzəlişi özü üçün bəhanə və siyasi sipər edərdi. Amma etmədi, nəinki Bakı ilə İrəvanın, hətta Vaşinqtonla Bakının yaxınlaşması üçün çox ciddi jest etdi. Ona görə də "İbrahim sazişi məsələsi”ni də tamamilə inkar etmək olmaz, çünki ABŞ prezidenti də prinsipcə, etdiklərinin əvəzini uma bilər – bu isə Bakını və İrəvanı "İbrahim sazişi”nə qoşmaq cəhdi ola bilər.

Bizə elə gəlir ki, qardaş Türkiyə də bu məsələdə müdriklik göstərməlidir; bəli, onun İsraillə müəyyən problemi var, amma Ankara Təl-Əvivə münasibətdə İranı, necə deyər, "kopyalaya” bilməz. Tehran məsələdə ən radikal mövqe tutub və bu, molla ideologiyasının təməl daşlarından biridir, amma nə Bakı, nə də Ankara özünü Tehranla eyni cərgəyə qoymalıdır. Güman, qoymayacaqlar və çıxış yolu tapılacaq.   

Həm də biz bəzi məsələlərə görə bütün qeyri-Rusiya formatlarında iştirakımızı gücləndirməliyik. Bu formatlardan biri də ABŞ və onun layihələridir. Bunu Rusiyaya demarş kimi qəbul etmək lazım deyil: yox, bizim Rusiyayla problemimiz yoxdur, çox təəssüf ki, Rusiyanın bizimlə problemi var və bizimsə müdafiə olunmaq haqqımız var.

Əvvəldə dedik ki, bu mövzuda, hətta İbrahim peyğəmbərlə bağlı yenə də yazacağıq. 

O, bir növ birləşdirici peyğəmbərdir, üç böyük dinin - iudaizmin, xristianlığın və islamın banisi, təkallahlığın ilk müjdəçisi, insanların Tanrıya qurban verilməsi ənənəsinə son qoyan, hətta müqəddəs Kəbəni yenidən inşa edən peyğəmbər olub. 

Belə bir birləşdirici müqəddəs fiqurdan özlərini müdafiə etməkçün, özlərinə münasibəti dəyişməkçün nəinki yəhudilər, hətta müsəlmanlar (xüsusən müsəlmanlar, çünki biz müsəlmanlar xristianlarla, yəhudilərlə müqayisədə hələ çox zəifiik) istifadə edə bilərlər və etməlidirlər də...


Hüseynbala Səlimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Avqust 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see442

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see268

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see236

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see235

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see216

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see214

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see211

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see203

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see203

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see200

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see198

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see195

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see192

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see191

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see189

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see187

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see175

Bakının çox sayda küçəsində qaz olmayacaq ÜNVANLAR

02 Oktyabr 2026 08:52see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri