Icma.az
close
up
RU
Savadlı müəllim yüksək bilik

Savadlı müəllim yüksək bilik

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təhsildə sertifikatlaşdırmanın hədəfi budur

Təhsil Nazirliyinin təşkilatçılığı ilə ADA Universitetində “Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda toplantı keçirildi.

Elm və təhsil naziri Emin Əmrullayev toplantıda bildirdi ki, son 5 il ərzində keçirilən sertifikatlaşdırma imtahanlarında ümumilikdə 104 435 müəllim iştirak edib. Onlardan 58 faizi 30–50 bal aralığında nəticə göstərərək uğur qazanıb. Yalnız yüksək bal toplayan müəllimlərin deyil, sertifikatlaşdırmadan keçmiş bütün müəllimlərin əməkhaqqısı artırılır. Sadəcə, bu artım diferensial şəkildə həyata keçirilir. Bir qisim müəllimin maaşı 10 faiz, digər qisminin isə 35 faiz artırılır.

Bildirildi ki, sertifikatlaşdırma nəticələri təhsil sistemində real bacarıq göstəricilərini əks etdirir və 30 baldan aşağı nəticə göstərən müəllimlərin təhsil verdiyi şagirdlərin də nəticələrinin zəif olduğu müşahidə olunur. Bu səbəbdən keyfiyyətin artırılması istiqamətində müvafiq addımların atılması zəruridir.

Emin Əmrullayev vurğuladı ki, ölkənin ümumtəhsil müəssisələrində aparılan son yoxlamalar ibtidai və orta təhsil pilləsində ciddi çatışmazlıqların olduğunu aşkar edib. Yoxlamalar zamanı bəzi siniflərdə şagirdlərin 50-70 faizinin dövlət tərəfindən müəyyən edilmiş minimal təhsil standartlarına belə cavab vermədiyi məlum olub. Yeniyetmələrin və azyaşlıların təməl bilik və bacarıqlara yiyələnə bilməməsi birtərəfli problem deyil, bu uğursuzluğun arxasında bir neçə ciddi fundamental səbəb dayanır.

Emin Əmrullayev müəllimlərin işə qəbulunun mərkəzləşdirilməsindən danışarkən söylədi ki, bu proses artıq 2012-ci ildən tətbiq edilir və daha yaxşı müəllim seçməkdən çox, prosesi şəffaflaşdırmaq və rüşvətlə mübarizə aparmaq məqsədilə atılıb. Rəsmi məlumatlara əsasən son 10 ildə mərkəzləşdirilmiş qaydada işə qəbul olunan müəllimlərin fənn üzrə bilik səviyyəsi əvvəlki dövrlərdə işə qəbul olunanlarla müqayisədə 2,5 dəfə yüksəkdir.

Hazırda təhsilin keyfiyyətinin yüksəldilməsi və pedaqoji kadrların sosial rifahının yaxşılaşdırılması məqsədilə mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsinin yaradılması nəzərdə tutulur. Tamştatlı müəllim statusu alan şəxslər gələcəkdə növbəti sertifikatlaşdırma proseslərindən azad ediləcəklər.

Bununla yanaşı, islahatların növbəti mərhələsində sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə göstərən müəllimlər tamştatlı fəaliyyətlə bərabər, həm də maaş əlavəsi tətbiq olunan saathesabı müəllim statusunda işlərini davam etdirə biləcəklər. İmtahanlarda müvafiq keçid balını toplaya bilməyərək uğursuz nəticə göstərən təhsil işçilərinin fəaliyyəti isə yenidən dəyərləndiriləcək. Həmin şəxslərin köməkçi müəllim kimi fəaliyyət göstərməsi təmin olunacaq və ya mövcud qanunvericiliyə uyğun olaraq onlarla bağlanmış əmək müqaviləsinə xitam veriləcək.

Görüşdən sonra bu sınaqlardan uğurla çıxmış pedaqoqların təəssüratlarını öyrəndik. Sertifikatlaşdırma sınaqlarında maksimal nəticə göstərən Qusar rayon Caqarqışlaq kənd tam orta məktəbinin informatika müəllimi Sevinc Məsimova imtahanda 60 bal toplayıb:

– Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə kənd məktəbində şagirdlərə informatika fənnini tədris etmək həm böyük məsuliyyət, həm də fərəhdir. İnanıram ki, qazandığımız bu nailiyyətlər təhsilimizin sabahına açılan ən parlaq pəncərədir. Bir müəllim üçün ən böyük mükafat özünə olan inamın artması və şagirdlərinin qarşısına daha böyük qürurla çıxmaqdır.

Qəbələ şəhər Nicat Payayev adına 4 nömrəli tam orta məktəbin texnologiya müəllimi Könül Qəribova sertifikatlaşdırma imtahanının ilk mərhələsində 56 bal toplayıb:

– İmtahanın sualları olduqca düşündürücü idi. Qarşıda hələ müsahibə mərhələsi də var. Lakin bir həqiqətə inanıram ki, hər gün dərsinə məsuliyyətlə, hazırlıqlı gedən müəllim üçün bu sınaqlarda uğur qazanmaq heç də çətin deyil.

Bakıdakı 286 nömrəli tam orta məktəbinin fiziki tərbiyə müəllimi Ayxan Məmmədov isə 57 bal toplayıb:

– Müəllimlik fəaliyyəti davamlı imtahandır. Ona görə də sertifikatlaşdırma prosesini həm də pedaqoq üçün öz potensialını görmək, zəif və güclü tərəflərini müəyyən etmək üçün bir fürsət kimi görürəm.

Fidan ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2026 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see395

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see306

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see287

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see278

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see268

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see257

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see256

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see253

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see238

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see222

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see213

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see212

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see211

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see211

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see207

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see201

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri