Icma.az
close
up
RU
Savaş Özdəmir: Biz bu dünyada qürbətdəyik

Savaş Özdəmir: Biz bu dünyada qürbətdəyik

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Müsahibim Türkiyə və Azərbaycan tamaşaçılarının çox sevdikləri türk aktyor Savaş Özdəmir oldu. Kiçik yaşlarımdan onun rol aldığı bir sıra serialları izləyir və sənətinə böyük maraq göstərirdim. Bir çoxları kimi, mənim də ən sevdiyim rolu  "Əşkiya dünyaya hökmdar olmaz" serialındakı Tipi obrazıdır.

Savaş Özdəmir ilə müsahibə zamanı daxili dünyasının zənginliyi, dərin və düşündürücü fikirləri ilə tanış oldum. Onun mənəvi keyfiyyətlərinə böyük heyranlıq duydum. Ümid edirəm ki, bu müsahibəni oxuyanlarda da eyni duyğu və düşüncələr oyanacaq.

- Aktyorluğa abşlayanda özünüzə hansı sözü verdiniz?

- Mən uşaqlığımdan incəsənətə maraq göstərmişəm. Çoxdanışan uşaq olmadığıma görə, özümü ifadə etmək yolunu rəsm çəkməkdə tapmışdım. Bir sözlə, öncəliklə ailəmə, sonra isə ətrafa özümü ifadə etmək üçün rəsm çəkməklə məşğul idim. Daha sonra atam musiqiçi olduğuna görə mən də musiqiyə həvəs göstərdim. Atam bağlamada ifa edərdi və mən də öyrəndim. Ancaq daha sonra gitaraya həvəsləndim, hətta balet təhsili aldım. Ən nəhayət, bütün bunları mənim sənətim olaraq görə bilmədim. Teatr ilə tanış olduqda isə gördüm ki, burada həm musiqi, həm rəqs, həm də aktyorluq var. Dedim ki, bəli, bu, mənim sənətimdir. Bu sənəti isə çox müqəddəs hesab edərək, özümə bu sözü verdim: varlıqda və yoxluqda artıq bu, mənim sənətimdir, mən məsul şəxsəm, insanlara gözəl sözlər deməli, onları bir yerə toplamalı, birləşdirməli - bir sözlə, körpü rolunu oynamalıyam. Çünki zənnimcə, sənətin gerçək mənası da budur.

- Elə bir rolunuz olubmu ki, siz real həyatda həmin obrazdan çıxmaqda çətinlik çəkəsiniz?

- Bu sual əslində çox verilir. Əlbəttə ki, hansısa roldan çıxdıqdan sonra gerçək həyata adaptasiya olmaqda insan bir az çətinlik çəkir. Amma nəticədə biz professionalıq. Öz kimliyimizlə canlandırdığımız kimlik arasında təbii olaraq sağlam bir sərhəd qoya bilirik. "Obrazdan çıxa bilmədim və ya o obraz ilə həyatıma davam etdim" deyilən bir şey yoxdur.

- Bəs bugünə kimi oynadığınız rollar arasında elə bir rolunuz varmı ki, gerçək Savaş Özdəmirlə eynilik təşkil etsin?

- Belə cavab verim: mənim üçün ayrılan rollarda mütləq özümə bənzər bir tərəf tapmağı bacarıram. Çünki insanın özü də eynidir... Çox şey dəyişmir. İnsanların xarakterləri, duyğuları onsuz da çox fərqli deyil. Hamımız eyni yollardan, duyğulardan keçirik. Bir sözlə, fərqli kimliklərlə eyni hekayənin içərisindəyik. Və mən bu məsələyə belə bir aspektdən yanaşıram. Amma eyni zamanda mənə sual versəniz ki, məhz mənim xarakterimlə çox yaxın olan hansısa rolum olubmu? Cavabım belə olar: hamının çox yaxşı bildiyi "Əşkiya dünyaya hökmdar olmaz" serialındakı Tipi obrazı. Tipinin dostluğu, vəfası, sədaqəti insana verdiyi dəyər, bacısına qarşı hörməti mənə yaxın xüsusiyyətlər idi.

- Sizin üçün ssenari, yoxsa oynayacağınız rol daha önəmlidir?

- Ssenarinin ümumi strukturu, dramaturji və psixoloji əsasları çox önəmlidir. Mən oynayacağım rolun psixoloji, fizioloji əsaslarını çox dərindən araşdırıram. Və çox uzun bir hazırlıq müddətim olur. Yəni işin əsas hazırlıq müddəti çox vacibdir. Hər bir hekayənin içərisindəki bütün obrazların çox önəmli məsuliyyətləri var. Bir şeyin çatışmazlığı bütün hekayənin pozulmağına səbəb ola bilər.

- Elə bir rol olubmu ki, onu oynamaq istəməmisiniz, amma məcbur qəbul etmisiniz?

- Mənə yönləndirilən bütün obrazlarda mütləq sevmədiyim cəhət tapıram. Və onu inkişaf etdirməyə çalışıram. Bunu da qeyd etməliyəm ki, obrazın sevmədiyim tərəfi olmayıb, amma əksinə, çox sevdiyim obrazlar olub. Məsələn, bir az əvvəl verdiyiniz suallardan birinə cavab verərkən dediyim kimi, Tipi də mənim sevdiyim obraz idi. Amma Dövlət Teatrında fəəliyyət göstərdiyim illərdə oynadığım Artur Millerin "Körpüdən baxış"ındakı Eddie Carbone rolunu, Dario Fonun "Bir anarxistin qəzası"ndakı Dəli obrazını çox sevmişdim.

- Bəzən deyirlər ki, teatr aktyoru olmaq üstünlükdür. Siz bu fikirlə razılaşırsınızmı?

- Teatr təhsili, aktyorluğu intizam tələb edən bir sahədir. Ümumiyyətlə, bu, aktyorluğun təməli olan bir sahə kimi qiymətləndirilir. Mən bu məsələni həm doğru hesab edir, həm də bir az fərqli baxıram. Əslində təməl aktyorluqdur, yəni çıxış nöqtəsi eynidir. Bu barədə Stanislavski yaxşı deyib: sən təmələ özünü qoymalısan. Yəni bir obraza yaxınlaşarkən öz həyatını, xatirələrini keçmişini təmələ qoymaq lazımdır. Buna isə dramatik aktyorluq deyilir. Ümumiyyətlə, dramatik aktyorluq dünya üzrə qəbul olunub. Ancaq bunun başqa intizam qaydaları da var. Yəni absurd aktyorluq, epik aktyorluq, qrotesk aktyorluq və sair. Bu suala daha dəqiq belə cavab verim: bir ata-anadan olan uşaqlar kimi düşünək. Başqa sözlə, kino, televiziya, teatr və musiqili aktyorluq bir-birindən fərqli sahələrdir. Eyni zamanda texniki bilik istəyir. Nəticə etibarilə isə yenə də çıxış nöqtəsi eynidir. Təkrar edirəm, bir ata-ananın fərqli xarakterlərdə olan övladları kimi düşünmək olar.

- Bir gün hər şeyi geridə buraxsaydınız, ən əvvəl hara getmək istəyərdiniz?

- Orxan Vəlinin bir şeirini xatırlatdı mənə bu sual. Deyir: görürəm, eşidirəm, hiss edirəm, amma ifadə edə bilmirəm...

İnsan övladı, olduğu yerə sığmayan bir varlıqdır. Bir yerə getmək istədiyini düşünür və o yerə gedir. Birinci xoşbəxt olmağa başlayır və sonra o yerdən sıxılır. Daha sonra isə başqa yerə gedir. Heç cür özünü bir yerə tam aid hiss etməyi bacarmır... Mənim hiss etdiyimə görə, bunun səbəbi belədir - biz bu dünyada qürbətdəyik. Əslində dünyadan o tərəfdə başqa bir yer var. Məncə, bizi gözləyən gerçək bir yuvamız var yəni. Bu səbəbdən özümüzü heç cür bir yerə aid hiss edə bilmirik.

- Sizi sevən pərəstişkarlarınızdan gələn ən təsirli cümlələrdən yadınızda qalan varmı?

- Bəli, belə bir cümlə var. Teatrda bir rolu oynayarkən gənc bir tamaşaçı mənə belə dedi: "Savaş abi, siz səhnəyə çıxanda mən fərqli bir şey hiss edirəm". Və sual verdi ki, mənə bu fərqin nə olduğunu deyə bilərsinizmi? Həm təəccübləndim, həm də xoşbəxt oldum. Amma həmin an cavab tapa bilmədim. O gənc tamaşaçımız həmin səhnəni bir neçə dəfə izləyib. Sonra yenə gəldi və yenidən sual verdi. Mən də düşünmüşdüm və belə cavab verdim: zənnimcə, mənim fərqim fərqli olmağa çalışmamağımdır.

- İndiki özünüz 10 il əvvəlki özünüzə nə demək istəyərdi?

- İnsan həyatı boyu inancını, cəsarətini itirə, uğursuz, məyus ola bilər. Yenidən cəhd edər və təkrar uğursuzluğa düçar olar. Hətta 10 il yox, 20-30 il əvvəlki özümə bunu deyə bilərəm: inanmağa davam et və əsla ümidini itirmə. Ən əsası, mücadilə etməyə, özünü və insanları sevməyə davam et!

- Əgər aktyor olmasaydınız, özünüzü başqa hansı sənət peşədə görərdiniz?

- Mən azadlığı, dənizi və göyün üzünü çox sevirəm. Bu səbəbdən də ya pilot, ya da dənizçi olmaq istəyərdim.

- Gənclərə vermək istədiyiniz məsləhətlər varmı?

- Gənclərin hər zaman yol göstərən şəxsə, ustada ehtiyacları var. Mən hər zaman bunu deyirəm, dünyada qısa yolla bir yerə çatmağa çalışmaq kimi xəstəlik başlayıb. Ünsiyyət dövründə yaşadığımız üçün, mənim müşahidə etdiyim qədərilə, sosial media və internet gənclərin beynini qarışdırır. Qısa yolla bir yerə çatmaq az müddətdə xoşbəxtlik gətirə bilər, amma uzun müddətdə itkiyə səbəb olar. Nəticədə isə xəyal qırıqlığı yaradar. Gənclər bir peşəni doğrudan da sevsinlər, ona vurulsunlar. Özlərinə yaxın bildikləri və inandıqları peşə uğrunda mübarizə aparsınlar, zəhmət çəksinlər, alın təri töksünlər. Mütləq şəkildə həmin peşənin təhsilini alsınlar və özlərini inkişaf etdirsinlər. Varlıqda da, yoxluqda da onunla qucaqlaşsınlar. Bir az özlərindən uzaqlaşıb: "Bu peşə vasitəsilə başqaları üçün nə edə, başqalarına necə toxuna, necə kömək edə bilərəm?" deyə düşünsələr, mənəviyyatları daha güclü olar və özlərini daha xoşbəxt hiss edərlər.

- Azərbaycanda hazırda nə hiss edir, nələrin şahidi olursunuz?

- Artıq Azərbaycana üçüncü gəlişimdir. İlk gəlişim serial vasitəsilə oldu. Buradakı ATV kanalında "Məlahət ilə söhbətlər" verilişinə dəvət olundum. Həyata, seriala, sənətə aid bir çox məsələdən danışdıq. Mən burada çox təsirlənmişdim. Azərbaycanın, xüsusilə Bakının ətraf mühiti, infrastruktur sistemi, insanların mədəni davranışları, sosial keyfiyyətləri, gülərüzlü olmaqları və mənə göstərdikləri diqqət və sevgi məni həqiqətən çox təəccübləndirdi. Burada özümü sanki bir super ulduz kimi hiss edirdim və buna çox təəccüb etmişdim. Azərbaycanda Türkiyədə mənə göstərilən diqqətin on qatını gördüm və insanlar bunu göstərməkdən çəkinmirdilər. Sonradan fərqinə vardım ki, mən onlar üçün dost, yoldaş, böyük qardaş - bir sözlə, çox şey olmuşam. Bu isə məni çox xoşbəxt etmişdi. Elə buna görə də yenidən gəlmək istəyim var idi. Buranı öz doğma vətənim kimi çox sevirəm. Azərbaycanlı dostlarımı, qardaşlarımı da çox sevirəm və burada uzun müddət qalmağa qərar verdim. Peşəkar karyeramı bir müddət burada davam etdirəcəyəm. Buna görə də Azərbaycanda olduğum üçün özümü çox xoşbəxt hiss edirəm.

- Son olaraq sizi sevənlərə pərəstişkarlarınıza nə demək istəyərdiniz?

- Onları çox sevirəm. Göstərdikləri sevgi mənə ruh verir. Gördüyüm işlə, həyatdakı mövqeyimlə onlara layiq olmaq üçün əlimdən gələni edəcəyəm. Hamısına salamlarımı və sevgilərimi yollayıram!

Aynur ƏDİL

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri