Icma.az
close
up
RU
Saxta profillərlə kiberdələduzluq edənlər saxlanıldı Video

Saxta profillərlə kiberdələduzluq edənlər saxlanıldı Video

Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və “WhatsApp” ani mesajlaşma hesabları vasitəsilə dövlət qulluqçuları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla törədilən çoxsaylı kiberdələduzluq hallarına qarşı əməliyyat keçirilib.

Axşam.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən bildirilib ki, tədbirlərlə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olaraq qeyd edilən cinayət əməllərində şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvləri ilə əlaqə yaradaraq onları yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə etdikləri bank kartları və digər məlumatlarla təmin ediblər. Həmin şəxslər tərəfindən onlayn satışı təşkil edilən mobil nömrə və bank kartlarından qeyd edilən kibercinayət əməllərinin törədilməsində istifadə olunduğu müəyyən edilib.

Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qeyd olunan cinayətkar əməllərə yönləndirildiyi aşkarlanıb. Həmin kart və mobil nömrələrin bəzilərinin qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı istifadə edildiyi də məlum olub.

Hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər aparılır. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində də tədbirlər davam etdirilir.

DİN bir daha vətəndaşlara müraciət edərək bildirir ki, bank rekvizitlərinin və mobil nömrələrin üçüncü şəxslərə cinayət əməllərində istifadə olunması məqsədilə təqdim edilməsi yolverilməzdir.

"Əgər bank kartınızdan və ya mobil nömrənizdən qeyri-qanuni məqsədlərlə istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə, mobil nömrənizə şübhəli SMS-lər daxil olursa və ya sizə ödəniş müqabilində bank kartı məlumatlarınızı təqdim etmək təklif edilirsə, ayıq-sayıqlıq nümayiş etdirməyiniz və dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur", - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://axsam.az
archiveBu xəbər 17 Avqust 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri