Icma.az
close
up
RU
Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu

Saxta sənədlə 20 ildir Almaniyaya sığınan Aidə ifşa oldu

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bilə-bilə saxta sənəddən istifadə etməklə dövlət sərhədini keçən 70 yaşlı qadın məsuliyyətə cəlb olunub.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, 1956-cı ildə anadan olan Aidə Əliyeva 1961-ci ildə Bakıda dünyaya gəlmiş, amma 1980-ci ildə vəfat etmiş Aidə Əzizovanın kimliyi və fərdi məlumatlarından istifadə edib.

2003-cü ildə o, illər öncə vəfat edən qadının şəxsiyyət vəsiqəsini əldə edib, həmin sənəd əsasında ümumvətəndaş pasportunu dövri olaraq müvafiq qaydada yeniləyib.

Son olaraq isə 31 may 2018-ci ildə özünə məxsus biometrik fotoşəkli və əl-barmaq izləri əks olunmaqla ümumvətəndaş pasportunu əldə edib və 2025-ci ildə həmin pasportdakı məlumatların öz məlumatları olduğunu bəyan etməklə saxtalaşdırıb. Qadın Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyəyə gedib, daha sonra Azərbaycana qayıdıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş A.Əliyeva ifadəsində özünü qismən təqsirli bilərək deyib ki, 2000-ci ildə adını xatırlamadığı bir nəfər rus millətli adam tapıb və ona yəhudi milliyətindən olmaqla qeyri-qanuni şəxsiyyəti təsdiq edən sənəd düzəltməyi tapşırıb.

2000-ci ildə həmin adama “28 May” metrosu yaxınlığında yerləşən “Səməd Vurğun” parkında 5000 manat pul verib. Bir müddət sonra həmin şəxs eyni yerdə ona arxivdən götürdüyü bir pasportun surətini təqdim edib. Həmin şəxs bildirib ki, Aidə Əzizova 10 ildən çoxdur rəhmətə gedib, ata-anası yoxdur, milli mənsubiyyəti də yəhudidir.

Qadın ondan sənədləri əldə etdikdən sonra özünə Aidə Əliyeva adına ümumvətəndaş pasportu alıb, daha sonra isə sənədlərini Bakı şəhərində yerləşən Almaniya səfirliyinə təqdim edib. Almaniya dövlətində daimi yaşamaq barədə icazə verilməsi üçün müraciət edən qadın 2005-ci ildə istəyinə çatıb. 2005-ci ildə əri və övladları ilə Almaniyanın Nürnberq şəhərinə, daha sonra da Auzburqa yollanıb. Burada ona və ailəsinə müvəqqəti yaşamağa ev, aylıq təqaüd verilməyə başlanıb.

2024-cü ildə yenidən Azərbaycana qayıdanda isə qadının yaşa görə təqaüd almaq hüququ yaranıb. 2025-ci ildə 5 saylı ASAN Xidmət mərkəzinə müraciət edib, orada onun Aidə Əliyeva adı ilə saxta sənəd düzəltdirdiyi aşkar olunub.

Qadın etdiyi əməldən peşman olduğunu bildirib. Məhkəmənin qərarına əsasən, Aidə Əliyeva 2000 manat cərimələnib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Aprel 2026 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri