Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Saxtakarlıqla ritm tutmaq: ermənilər rəqsimizə OYNAYIR

Saxtakarlıqla ritm tutmaq: ermənilər rəqsimizə OYNAYIR

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mədəniyyət hər bir xalqın ruhudur. Bu ruhun ifadə vasitələrindən biri də milli rəqslərdir. Rəqslər bir xalqın tarixini, emosiyalarını, həyat tərzini və dünyagörüşünü əks etdirən incəsənət formasıdır. Tarix boyu Azərbaycan xalqına məxsus bir çox mədəni irs nümunələrini saxlatalaşdıran ermənilər milli rəqslərimizi də özününküləşdirməyə çalışıblar.
Cənubi Qafqaz əsrlər boyu müxtəlif xalqların yaşadığı bölgə olub. Lakin bu, heç vaxt mədəniyyətin mənimsənilməsinə əsas verməyib. XIX və XX əsrlərdə çar Rusiyası və daha sonra Sovet dövründə ermənilər kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürüldü. Bu köç dalğaları ilə yanaşı, erməni icmaları Azərbaycanın zəngin mədəni irsini – musiqisini, geyimlərini və xüsusilə də rəqslərini mənimsəməyə başladılar. Rəqs bir sənət forması olmaqla yanaşı, həm də kimlik göstəricisidir. Azərbaycan xalq rəqsləri – "Tərəkəmə", "Uzundərə", "Yallı", "Naz eləmə", "Qoçəli", "Qazağı" və digər rəqslər əslində bu coğrafiyanın tarixini danışan dilsiz şahidlərdir.
Araşdırmalar göstərir ki, ermənilərin Azərbaycan rəqslərini mənimsəmə taktikaları çoxşaxəlidir:
Ən çox istifadə edilən saxtakarlıq forması rəqslərin adlarının dəyişdirilərək erməni dilində təqdim olunmasıdır. Məsələn, "Uzundərə" Azərbaycan xalq rəqsidir. Bu rəqs Ermənistan ərazisində də geniş yayılıb, lakin ermənilər onu “Uzundara” adı ilə özlərininki kimi təqdim edirlər.

Müşahidələrə görə, ermənilər Azərbaycan rəqslərinin ifa qaydalarını dəyişdirərək onlara öz rəqs üslublarını əlavə ediblər. Bu zaman rəqsin melodiyası saxlanılsa da, hərəkətlərdə dəyişiklik edilib və nəticədə rəqs mənasını və estetik cazibəsini itirib.
Sovet dövründə mədəniyyətin “beynəlmiləlləşdirilməsi” adı altında bir çox xalqların mədəni irsi “birgə irs” kimi təqdim olunurdu. Ermənilər bu fürsətdən istifadə edərək Azərbaycan rəqslərini "Qafqaz xalqlarının ortaq mədəniyyəti" adı ilə öz folklor ansambllarına daxil edirdilər.
Azərbaycan Milli Elmlər Akademiyasının arxivlərində və xalq etnoqraflarının əsərlərində “Uzundərə”, “Tərəkəmə”, “Qazağı”, “Ceyrani”, “Vağzalı”, “Yallı”, “Mirzeyu” kimi rəqslərin qədim dövrlərdən Azərbaycanın müxtəlif bölgələrində ifa olunduğuna dair çoxlu sənədlər mövcuddur. Di gəl ki, ermənilər bu məşhur rəqləri də hədəf seçiblər.
Azərbaycan rəqsləri xüsusi geyim və musiqi müşayiəti ilə ifa olunur. Bu ünsürlər birlikdə xalqın etnik kimliyini əks etdirir. Ermənilər Azərbaycan rəqslərini mənimsəyərkən çox zaman eyni geyimlərdən və milli musiqi alətlərindən istifadə edirlər – bu isə onların mənimsəmə və plagiatlıq niyyətini daha açıq şəkildə aşkara çıxarır.
1960–80-ci illərə aid Azərbaycan televiziya arxivlərində həmin dövrdə ifa olunan və bu gün ermənilərin mənimsədiyi rəqslərin orijinal formaları mövcuddur. Bu arxiv materialları rəqslərin əsl sahibinin Azərbaycan xalqı olduğunu açıq şəkildə göstərir

Azərbaycan Mədəniyyət Nazirliyi və UNESCO nümayəndə heyətləri dəfələrlə bu məsələləri beynəlxalq tribunalarda qaldırıb, Ermənistanın mədəni plagiat nümunələrini sənədlərlə sübut edib.
Ermənilərin zaman-zaman hədəfə aldığı “Yallı” rəqsini 2018-ci ildə UNESCO Azərbaycan milli irs nümunəsi kimi tanıyıb. Belə ki, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilib.
Azərbaycan rəqslərinin daim ermənilərin hədəfində olması bir çox alimlərimizin də tədqiqat mövzusu olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının mərhum dosenti Ariz Abduləliyev belə alimlərdən biri olub. Ariz Abdullayev araşdırmalarında qeyd edir ki, Azərbaycan musiqisinə qarşı erməni bəstəkarları, musiqişünasları, ifaçıları tərəfindən həyata keçirilən məqsədli plagiat, mənimsəmə, özününküləşdirmə, oğurluq uzun illər boyu davam edib.
Mərhum alim bildirib ki, erməni saxtakarlığının musiqişünaslıq və etnomusiqişünaslıq metodları ilə araşdırılması, plagiatlığın sübut və ifşa olunması musiqi ictimaiyyəti qarşısında vacib və aktual məsələ kimi dayanıb.

Ariz Abdullayev öz araşdırması ilə erməni klassik bəstəkarı Komitasın fortepiano üçün altı nümunədən ibarət “Rəqslər” toplusunda (Moskva, 1939 ) dörd  Azərbaycan, iki Ərzurum xalq rəqsinin “erməni rəqsi” adı ilə nota yazıldığını müqayisə və təhlillərlə ifşa edib.
“Xalq rəqslərimizin qədim nümunələrindən “Otuziki” (digər adı “Toy rəqsi”), “İnnabı”, “Aşqabadı” (digər adı “Şuşa maralı”) bu məcmuədə “Eranqi Eravanskiy”, “Unabi Şuşinskiy”, “Marali Şuşinskiy” adı ilə yer almışdır. “Nə baxırsan, yanı-yanı” xalq mahnımız isə “Eranqi Vaqarşapatskiy” adı ilə rəqs kimi nota yazılıb”, - deyə A.Abduləliyevin elmi məqaləsində qeyd edilib.

O, erməni bəstəkar, pedaqoq, SSRİ xalq artisti A.Babacanyanın piano üçün 1978-ci ildə yazdığı “Elegiya” pyesinin xanəndələrimiz tərəfindən Füzulinin məşhur qəzəlinə oxunan “Şur təsnifi”, “Vaqarşapat rəqsi” pyesinin (1948) qədim “Otuziki” rəqsimiz, E.Petrosyanın “Axalsix kadrili”nin isə “Koroğlu havası” olmasını sübuta yetirib. Bu nümunələrdən vaxtilə Ü.Hacıbəyli öz opera və musiqili komediyalarında sitat kimi istifadə edib.


A.Abduləliyev elmi məqaləsində həmçinin bəstəkar və pedaqoq E.İ.Baqdasaryanın İrəvanda 1974-cü ildə “Ayastan” nəşriyyatında çap olunmuş “Erməni rəqsləri” not məcmuəsi haqqında ətraflı məlumat verib. Alim həmin məcmuədə 41 nümundən 22-sinin Azərbaycan xalq rəqsi olduğunu konkret dəlillərlə aşkar edib. Məsələn, “Əndican” rəqsimiz həmin məcmuədə “Naz par”, “Aşqabadı” rəqsimiz “Nunufar”, “Qızılgül” rəqsimiz “Djeyranı”, “Naz eləmə” rəqsimiz “Erevanskiy trınqı”, “Vağzalı” rəqsimiz “Qyumriyskiy tanets”, “Şağani” rəqsimiz “Şutoçnıy tanets”, “Dərvişi” rəqsimiz “Zanqequri”, “Xançobanı” rəqsimiz “Zurna trınqi”, “Turacı” rəqsimiz “Javoronok” adı ilə və erməni rəqsi kimi nota yazılıb.
“Tərəkəmə”, “Şalaxo”, “Uzundərə”, “Köçəri”, “Ənzəli”, “Fincan” rəqslərimiz isə eyni adla, lakin yenə də erməni rəqsi kimi məcmuəyə daxil olunub.
A.Abduləliyev qeyd edib ki, erməni not toplularındakı “eranqi”, “trınqı” sözləri də musiqimizdəki “rəng”, “diringi” termin və nümunələrindən əxz olunub. “Bunu da sübut etmək üçün musiqinin dili var”, - mərhum alim elmi araşdırmasında bildirib. 
Mədəniyyət sahəsi üzrə ekspertlər deyirlər ki, məktəblərdə və ali təhsil müəssisələrində milli rəqslərin tarixi və mənşəyi ilə bağlı dərslərin keçirilməsi çox vacibdir.
Mədəniyyət festivallarında və beynəlxalq tədbirlərdə Azərbaycan rəqslərinin orijinal şəkildə təbliği, rəqslərlə bağlı arxiv materiallarının rəqəmsallaşdırılması və ictimaiyyətə təqdim olunması da zərui tövsiyələr kimi önə çəkilir.
Ermənilərin Azərbaycan rəqslərini mənimsəmə cəhdləri sadəcə mədəni saxtakarlıq deyil, həm də bir xalqın kimliyinə qarşı aparılan sistemli ideoloji hücumdur. Bu cür plagiatlıq cəhdləri nə qədər davam etsə də, tarix, sənədlər və xalqın yaddaşı həqiqəti həmişə qoruyub saxlayır. Bu səbəbdən də bizlər – tarixçilər, sənətkarlar, müəllimlər, jurnalistlər, QHT təmsilçiləri və gənc nəsil milli mədəniyyətimizi qorumağa, onun təbliğini genişləndirməyə və həqiqətləri beynəlxalq aləmdə yaymağa davam etməliyik.

A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 İyul 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see624

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see437

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see325

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see316

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see240

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see232

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see230

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see213

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see211

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see211

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see210

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see202

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see195

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see187

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see186

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see184

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see182

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see180

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see175

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri