Icma.az
close
up
RU
Qız uşaqlarının inkişafında xalalar niyə önəmli ROL OYNAYIR?

Qız uşaqlarının inkişafında xalalar niyə önəmli ROL OYNAYIR?

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Valideynlik psixologiyası üzrə avstraliyalı mütəxəsssis Steve Biddulphun fikirlərinə görə, qız uşaqlarının uğurlu inkişafında analar qədər xalalar da önəmli rol oynayır.
Psixoloq bildirib ki, bu xala fiquru bioloji xala olmaya bilər.
Əlbəttə,  uşağın inkişafında psixologiyasının sağlam olmasında  valideynlərinin böyüdüyü ailə mühitinin önəmi hər kəsə məlumdur. Bəs qohumları? Məsələn, nə üçün qız uşağının inkişafında xala böyük rol oynayır?
Ümumiyyətlə, ailəylə yanaşı, qohum mühiti və s. uşağa, onun fikirlərinə necə təsir edir?
Bizim.Media
mövzuyla bağlı psixoloq Ofelya Məmmədovanın fikirlərini öyrənib. Psixoloq vurğulayıb ki, qız uşaqları böyüyərkən öz kimliklərini formalaşdırmaq üçün təkcə ananı yox, digər yaxın qadınları da izləyirlər.
“Xala burada çox maraqlı bir fiqurdur – həm ana qədər doğma, həm də dost qədər səmimi ola bilir. Çünki xala uşağa qarşı daha az məsuliyyət hiss etsə də, çox böyük emosional dəstək verə bilir. Bu da uşağın özünü güvəndə və qəbul olunmuş hiss etməsinə səbəb olur.
Ümumiyyətlə, uşaqlar yalnız valideynlərindən deyil, geniş ailə üzvlərindən də öyrənirlər. Hər biri uşaq üçün ayrıca bir nümunədir”.
Psixoloqun sözlərinə görə, xala uşaq üçün anaya çox yaxın fiqurdur. Çünki xala ilə ana eyni ailədən çıxıb, daha oxşar dəyərləri və davranışları bölüşürlər. Ona görə də uşaq xaladan gələn qayğını çox tez “ana qayğısı” ilə əlaqələndirir.
Psixoloq qeyd edib ki,  valideynlə fikir ayrılığı olduqda, uşaq çox vaxt xala, bibi, əmi və ya dayıya üz tutur.
“Geniş ailə sosial məktəbdir...”.
“Bu insanlar uşağa əlavə dəstək və güvən verir. Geniş ailə bir növ uşağın ilk sosial məktəbidir – paylaşmağı, ünsiyyəti, müxtəlif xarakterlərə uyğunlaşmağı burada öyrənir. Ənənələr, ailə hekayələri, dəyərlər də çox vaxt məhz bu qohumlar vasitəsilə ötürülür”.
Bəs oğlan uşaqları kimi nümunə götürür?
“Oğlan uşaqları isə əsasən atalarına, əmilərinə, dayılarına baxaraq kişi davranışlarını, güc, qoruma, liderlik kimi xüsusiyyətləri öyrənirlər. Amma bununla yanaşı, onlar analarından və nənələrindən də duyğusallığı, qayğını, empatiyanı götürürlər. Yəni oğlan uşaqlarının kimliyində həm kişi, həm də qadın fiqurlarının təsiri birləşir”,-deyə Ofelya Məmmədova qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Sentyabr 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri