Icma.az
close
up
RU
Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

Yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 443 yanğına çıxış olub.

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilir.

Əsas məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilir və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilir.

Bu günlərdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri, Bulvar küçəsində, yerləşən “MİDA” yaşayış kompleksində “Yanğınların söndürülməsi və insanların təxliyyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirib. Təlimin keçirilməsində əsas məqsəd çoxmərtəbəli yaşayış binalarında yanğınlar zamanı əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu tipli obyektlərdə yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə aidiyyəti heyətin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı kompleksdə yerləşən binaların birində şərti yanğın yerinə operativ çatan FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri sakinlərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatını yerinə yetiriblər. Heç kimə sirr deyil ki, ehtiyatsızlıqdan mənzillərdə təhlükəsizlik qaydalarına riayət etmədikdə yanğın hadisələri baş verir. Yanğının səbəbləri nəzarətsiz qalmış uşaqların kibrit və elektrik cihazları ilə oynaması, yataqda siqaret çəkmək, odla ehtiyatsız davranma, elektrik cihazı və lampanın pərdəyə, divar kağızına, taxta əşyalara yaxın yerləşdirilməsi, bir elektrik paylayıcısına eyni vaxtda bir neçə cihazın qoşulması, elektrik xəttində qısa qapanmalar ola bilər. Bəs yanğın hadisəsi baş verəndə necə davranmalıyıq? 

XQ-yə Təhlükəsizlik üzrə ekspert Orxan Musayev bildirdi ki, yay mövsümünün gəlişi, havaların temperaturunun yüksəlməsi həyat fəaliyyətimizin bütün sahələrində yanğın təhlükəsizliyi qaydalarına münasibəti yenidən nəzərdən keçirməyi tələb edir. İsti hava şəraiti özü-özlüyündə bir yanğın amili olmasa da, müxtəlif texniki nasazlıqların, insan səhlənkarlığının və ya təsadüfi halların yanğına çevrilməsi üçün katalizator rolunu oynayır. Bu səbəbdən, istər məişətdə, istər iş yerində, istərsə də nəqliyyatda ayıq-sayıq olmaq və preventiv tədbirlər görmək həm əmlakımızın, həm də ən əsası, canımızın qorunması üçün zəruridir.

Məişət və mətbəx mühitində yanğın risklərini minimuma endirmək üçün ilk növbədə elektrik şəbəkəsinin yüklənməsinə diqqət yetirmək lazımdır. Yay aylarında kondisionerlərin, soyuducuların və digər güclü elektrik cihazlarının eyni vaxtda və fasiləsiz işləməsi elektrik naqillərində həddindən artıq qızmaya gətirib çıxarır. Xüsusilə istismar müddəti bitmiş, keyfiyyətsiz və ya standartlara cavab verməyən uzatma kabellərindən istifadə qısaqapanmanın əsas səbəblərindəndir. Mətbəxdə isə qida hazırlayarkən ocağı nəzarətsiz qoymaq ən böyük səhvlərdəndir. Bir məqamı da vurğulayım ki, mətbəxdə qəflətən alovlanan yağları su ilə söndürmək qətiyyən yolverilməzdir. Belə hallarda ən düzgün yanaşma qabı uyğun qapaqla örtərək oksigen çıxışını kəsmək və yanğın sönənə qədər gözləməkdir.

Ekspertin fikrincə nəqliyyat vasitələrinin istismarı zamanı yanğın təhlükəsizliyi məsələsi xüsusi aktuallıq kəsb edir. Avtomobilin salonunda və ya yük yerində, xüsusilə günəş şüalarının birbaşa təsirinə məruz qalan hissələrdə aerozollar, alışqanlar və ya yanar mayelər saxlamaq çox təhlükəlidir. Bundan əlavə, müasir dövrdə elektrik avtomobillərinin geniş yayılması yanğın təhlükəsizliyi qaydalarına yanaşmanı da dəyişir. Bu tip nəqliyyat vasitələrində, eləcə də ənənəvi avtomobillərdə texniki nasazlıqlar və elektrik dövrəsindəki qısaqapanmalar nəticəsində yanğınların baş verməsi bəzən qaçılmaz olur. Təəssüf ki, bir çox sürücü avtomobilində ilkin yanğınsöndürmə vasitəsini saxlamır və ya bu vasitə yararsız vəziyyətdə olur. Yanğın baş verdiyi ilk saniyələrdə avtomobildə işlək vəziyyətdə olan yanğınsöndürmə balonunun olmaması kiçik bir qığılcımın bütün nəqliyyat vasitəsinin tamamilə yanaraq yararsız hala düşməsinə və ciddi maddi ziyana səbəb olur.

İş yerlərində və ictimai məkanlarda isə yanğın təhlükəsizliyi bir növ mədəniyyət formasıdır. Evakuasiya yollarının, çıxış qapılarının və yanğınsöndürmə avadanlıqlarının qarşısının müxtəlif əşyalarla tutulması, ərazinin lazımsız əşyalarla yüklənməsi fövqəladə hal zamanı insanların təxliyəsini çətinləşdirir. Hər bir işçi öz iş yerində ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını bilməli və yanğın zamanı davranış alqoritminə bələd olmalıdır. İdarəetmə orqanları və rəhbərlik isə yanğın siqnalizasiya sistemlərinin daim işlək vəziyyətdə saxlanılmasına birbaşa məsuliyyət daşıyır.

Təbiət qoynunda istirahət edərkən isə yanğın mədəniyyəti birbaşa ekoloji məsuliyyətimizə çevrilir. Tonqal qalamaq üçün müəyyən edilmiş yerlərdən kənarda ocaq yandırmaq, hətta küləkli havada buna cəhd etmək böyük yanğınların başlanğıcı ola bilər. Bundan başqa, şüşə qırıntılarının və ya plastik şüşələrin təbiətdə atılıb qalması çoxlarının diqqət etmədiyi, lakin ciddi təhlükə yaradan bir məqamdır. Günəş şüalarının şüşə və ya su dolu şəffaf qablar vasitəsilə fokuslanması, quru otların alışmasına və genişmiqyaslı meşə yanğınlarına səbəb olan "linza" effektini yaradır.

Ekspert sonda vurğuladı ki, yanğın hadisələrinin çoxu məhz kiçik səhlənkarlıqların nəticəsidir. Hər bir vətəndaşın öz təhlükəsizliyinə məsuliyyətlə yanaşması, ətraf mühitdəki potensial riskləri vaxtında müəyyən edib aradan qaldırması bir çox faciənin qarşısını ala bilər. Yanğın baş verdiyi ilk anlarda panikaya düşmədən, dərhal 112 nömrəli "qaynar xətt"ə məlumat vermək və hadisənin dəqiq yerini bildirmək xilasedicilərin operativ müdaxiləsinə şərait yaradan ən vacib addımdır. Unutmayaq ki, təhlükəsizlik hamımızın birgə əməkdaşlığı ilə təmin olunur.

Müşfiq MİRZƏ

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:384
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 İyun 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri